Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2067/2025 18.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyan olaraq 4806 manat pulun, əldən çıxmış fayda olaraq 576 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onlayn şəkildə sosial şəbəkə üzərindən məhsul satışı reklamını həyata keçirib müəyyən tapşırıqları yerinə yetirməklə əlavə gəlir əldə edəcəyinə iddiaçını inandırıb aldadaraq etibarından sui-istifadə etmək yolu ilə dələduzluq cinayəti törətməklə iddiaçıya xeyli ziyan vurmuşdur. Məhkəmə aktı ilə müəyyən olmuşdur ki, iddiaçının istifadəsində olan ***-***-**-** mobil telefonun M10 hesabından Cavabdeh istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin M10 hesabına müxtəlif vaxtlarda, hissə-hissə olmaqla cəmi 4806 manat məbləğində köçürülmüş pulu cavabdeh ələ keçirməklə dələduzluq cinayəti törətmişdir. Qax Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 1(024)-6/2025 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılaraq 1(107)-184/2025 saylı qərarla Qax Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 1(024)-6/2025 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçı əlavə olaraq tələbində Azərbaycan Respublikasının Mərkəzi Bankının maddi ziyanla bağlı ödəməli məbləğin 10%-lik uçot dərəcəsi ilə müəyyən etdiyini və cavabdeh 12 ay ərzində iddiaçıya məxsus 4806 manat pul vəsaitini qanunsuz saxlamaqla, mülki dövriyyədə əldən çıxmış fayda kimi 576 manat pulun cavabdehdən tutulmasınında tələb etmişdir. Yekunda Cavabdeh maddi ziyan olaraq 4806 manat pulun, əldən çıxmış fayda olaraq 576 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi xahiş edir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, polis şöbəsində ona 4806 manatdan 300 manat ödəniş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında onun barəsində haqsız hökm çıxarıldığını, onun heç kimə borcu olmadığını, istintaqda boynuna almağa vadar edildiyini, 300 manat pulu qorxudan ödədiyini bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İş materiallarında olan: - Qax Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 1(024)-6/2025 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 01 il il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2025 1(107)- 184/2025 saylı qərarından görünür ki, Cavabdeh müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qax rayon məhkəməsinin 13 mart 2025-ci il tarixli 1(024)-6/2025 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 69 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllənin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ümumilikdə 4806 manat pul köçürmüşdür və həmin puldan cavabdeh heçnə qaytarmamışdır. Cavabdehin iddiaçıya 4806 manat ödəməli olduğu, iş materiallarında olan Qax Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 1(024)-6/2025 saylı hökmü ilə müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qax Rayon Məhkəməsinin 13 mart 2025ci il tarixli 1(024)-6/2025 saylı hökmü hazırkı iş üzrə preyudisial əməmiyyət kəbs edir. Cavabdehin iddiaçıya 4506 manat pul ödəməli olması isə qeyd edilən hökmlə öz təsdiqini tapmışdır. Beləliklə, işin hallarını və qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən 12 ay ərzində iddiaçıya məxsus 4806 manat pul vəsaitini qanunsuz saxlamaqla, mülki dövriyyədə əldən çıxmış fayda kimi 576 manat pulun tələb edilməsi hissəsini əsaslı hesab etmir. İş materialları ilə əldən çıxmış fayda sübut edilmədiyindən həmin hissədə iddia təmin edilməməldir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, MPM-in 119.1 və 121.1-ci maddələrinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 65.06 manatı, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4506 (dörd min beş yüz altı) manat pul və 65.06 (altmış beş manat altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2067/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2067/2025
18.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver