Məhkəmə qərarları › İş №e-2(075)-209/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-209/2024

14.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-209/2024 14.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri; İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun mərhum atası X6 arasında Şəki şəhərinin 4-cü kvartalında yerləşən 600 kv.m torpaq sahəsinin 14 aprel 2002-ci ildə alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhər XDS İcraiyyə Komitəsinin 27 aprel 1989-cu tarixli, 05 nömrəli iclas protokolunun qərarı əsasında ünvan 1 ünvanında yaşayan, bir nəfər ailə üzvlü, Şəki təmir tikinti sahəsində sürücü işləyən, Əfqanıstan Demokratik Respublikasında hərbi xidmətdə olmuş Cavabdeh istifadəsinə şəhərin 4-cü kvartalında 600 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. Təxminən 2002-ci ildə hazırki iş üzrə cavabdehlərdən Cavabdeh mərhum atası X3 müraciət edərək ona ayrılmış torpaq sahəsini satmaq istədiyini bildirmiş, əgər imkan varsa həmin torpaq sahəsini almağını təklif etmişdir. Atası da, onun təklifini qəbul etmiş və həmin torpaq sahəsini 1200 ABŞ dollarına alqı-satqı edilməsinə razılaşmışlar. Həmin vaxt torpağın sənədləri olmadığından alqı-satqının rəsmiləşdirilməsi mümkün olmamışdır. Daha sonra hazırki iş üzrə cavabdehlərdən Cavabdeh şəxsi işləri ilə əlaqədar Rusiya Federasiyasına getmiş və gedərkən torpaq sahəsinin mərhum atası X1 razı olması barədə iltizam vermişdir. Bundan sonra 14 aprel 2002-ci ildə hazırki iş üzrə cavabdehlərin mərhum atası X10, hazırki iş üzrə cavabdeh X9 və mərhum atası X6 arasında torpaq sahəsinin alqısatqısına dair akt bağlanmış və həmin akt notarial qaydada təsdiq edilmişdir. Həmin tarixdən torpaq sahəsi onların istifadəsinə verilmiş və bu günə kimi də mübahisəsiz qaydada tərəflərindən istifadə edilmişdir. Keçən müddət ərzində dəfələrlə Cavabdeh müqavilənin rəsmiləşdirilməsi barədə müraciət edilsə də, hər dəfə “onsuz da biz həmin torpağı sizə satmışıq deyərək” rəsmiləşdirməkdən yayınmışdır. Onun atası X6 19 aprel 2021-ci ildə kəskin respirator çatmamazlığı səbəbindən ölmüşdür. Bundan sonra mərhum atasının vərəsəsi qismində o tanınmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra tərəfindən Cavabdeh alqı-satqı müqaviləsinin bağlanması təklif edilsə də, bu dəfə də müqavilə bağlamaqdan yayınmışdır. 2002-ci ildən etibarən həmin torpaq sahəsi onların istifadəsində olmuş və heç bir şəxsin buna hər-hansı bir etirazı olmamışdır. İş materiallarından göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibəti 2002-ci il tarixdə yaranmışdır. Ona görə də həmin mübahisənin həlli üçün həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. İş materiallarından göründüyü kimi tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı yazılı əqd bağlanmış, əqd qanuna zidd olmamış, cavabdeh Səfərəli Həsənovla razılaşdıqları pulu verdikdən sonra torpaq sahəsini və evi onun istifadəsinə və sahibliyinə vermişlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək bildirdi ki, torpaq sahəsi bu günə kimi iddiaçının istifadəsində olmuşdur və heç bir problem yaranmamışdır. Aktda qeyd olunub ki, əgər Tacəddin və gələcəkdə onun oğlu torpaq sahəsinə iddia qaldırarsa həmin alqı-satqı razılaşmasına əsasən ödənilən pulun iki misli olmaqla geri qaytarmağa borcludur. Həmin vaxtı evin niyə rəsmiləşdirilmədiyi məsələsinə gəldikdə isə səbəb o zaman evin sənədlərinin hazırlanmasının çətin olması idi. Lakin hazırda həmin sənədləşmələri etmək rahatdır. İş materiallarından da göründüyü kimi onlar arasında alqı-satqı əqdi imzalanmışdır. Onlar arasında alqı-satqıya razı olmaq barədə qəbz yazılıb imzalanıb. Sonradan cavabdeh imzanın ona aid olmadığını deyib. Lakin cavabdeh torpağın satıldığı barədə məlumatlı idi. Cavabdeh özü də etiraf edib ki, o 2005ci ildə Rusiyadan gəlib və bu zaman əmlakın satıldığından məlumatlı olub. Cavabdehin özünün də bunu etiraf etməsi və alqı-satqı aktından görünür ki, cavabdehlər həqiqətən də alqı-satqı barədə razılaşıblar. Keçən müddət ərzində cavabdeh buna etiraz etməyib. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, Əfqanıstan veteranı olduğu üçün 1989-cu ildə ona torpaq verilib. Atası xəstə olduğundan və özünün imkanının zəif olması səbəbi ilə Rusiyaya işləmək üçün gedib. 2005-ci ildə atası vəfat edəndə Rusiyadan Azərbaycana qayıtmışdır. Gələndən sonra eşitmişdir ki evi satıblar. O bunu eşidib məhkəməyə müraciət etmək istəsə də ailə üzvləri buna qoymayıblar. O məhkəməyə müraciət etməməsinin səbəbini belə izah etdi ki, bu müddət ərzində qarşı tərəfi gözləmiş, aralarında razılığa gələ biləcəklərini fikirləşmişdir. Daha sonra Asan Xidmətdən çıxarış almaq üçün getmiş lakin sonradan ona dedilər ki torpağın üstündə pul var həmçinin torpaqda sürüşmə var. Həmən torpaqda ev yoxdur. O rahibin oğlunu tanımır. 1993-cü ildə Rusiyaya getmiş 1996-cı ildə anasının 2005-ci ildə isə atasının vəfat etməsi səbəbi ilə Azərbaycana gəlib. 1200 dolları atası ilə bacısı alıb. Torpaqdan hal-hazırda qarşı tərəf istifadə edir. Evin qapısını da onlar yerini dəyişiblər. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş X7 izahat verərək bildirdi ki, Rahib onun qardaşı oğludur. Cavabdehin torpaq sahəsi onların torpaq sahəsinə bitişikdir. Bir müddət sonra makler həmin torpağın satıldığını bildirdi. Onlar razılaşdıqdan sonra müəyyən olundu ki, torpaq sahəsi Tacəddinin adınadır. Atası Tacəddinin razılığının rəsmi qaydada alınmasını təmin edəcəyini bildirərək notariusun iştirakı ilə alqı-satqı etmişlər. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş X15 izahat verərək bildirdi ki, İddiaçı və cavabdeh onun qonşusudur. Tacəddinin atası Salman ona torpaq sahəsinin satmaq istədiyini demişdir. Səbəbini soruşduqda isə Salman ona onsuz da evin dağıldığını və uşaqların da Rusiyada olmağını bildirmişdir. O, da əmlakın satıldığını İlqara bildirib. Sonradan evin satıldığını eşitmişdir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfinən verilmiş 28 aprel 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19 aprel 2021-ci il tarixdən kəskin respirator çatmamazlığından Bakı şəhərində vəfat etmişdir. Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, ona məxsus olan 600 kv.m torpaq sahəsini X1 etiraz etmir. 14 aprel 2002-ci il tarixli aktdan görünür ki, Şəki şəhər XDS İcraiyyə Komitəsinin 27 aprel 1989-cu tl tarixli 05 nömrəli Qərarına əsasən Cavabdeh Şəhəri 4-cü kvartalında üç otaqlı ev tikmək üçün 600 kvm torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində kürsüyə qədər bünövrə qoyulmuşdur. Cavabdeh hazırda Rusiyada olduğundan onun adına olan həmin sahənin satılması üçün atası Nüyvərov Salmana razılıq vermişdir. X10 da həmin 600 kvm torpaq sahəsinim qonşusu X2 istəyir. Odur ki, hər iki tərəfin razılığı ilə Əliyev Vaqif həmin torpaq sahəsi üçün X8 1200 ABŞ dollarını verərək həmin torpaq sahəsini özünün torpaq sahəsinə birləşdirmişdir. X17 və yaxud oğlu gələcəkdə həmin torapq sahəsi üzrə hər hansı bir tələb və yaxud imtina edərsə onda verilmiş 200 ABŞ dollarının iki mislini qaytarmağa borcludur, Əliyev Vaqif həmin torpaq sahəsini gələcəkdə rəsmiləşdirdikdən sonra isə bu tələb öz qüvvəsini itirir. Aktda göstərilən 1200 ABŞ dollarını oğlu Tacəddinin əvəzinə onun razılğı ilə X10 qızı Yaqutun iştirakı ilə almış və gələcəkdə baş verə biləcək bütün mübahisələrə cavabdehlik daşıyır. Aktın doğruluğunu X10, X9 və X6 öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin 04 dekabr 2023-cü il tarixli Cavabdeh adına əmlak olub-olmaması barədə məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin 04 dekabr 2023-cü il tarixli Şəki şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 05 saylı iclas protokoluna əsasən Cavabdeh istifadəsinə verilmiş 0.06 ha torpaq sahəsinin kimin adına qeydiyyata alınmasına dair məlumatın verilməsi barədə 08 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Şəki şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 05 saylı iclas protokoluna əsasən X4 istifadəsinə verilmiş 0.06 ha torpaq sahəsinin kimin adına qeydiyyata alındığını müəyyən etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilcinin) etibarnaməyə, qanunun gostərişinə və ya buna vəkil edilmiş dovlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən)adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir vəonlara xitam verir. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2-ci maddəsinə əsasən Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərlə, tərəflərin izahatları ilə müəyyən olunur ki, Şəki şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 05 saylı iclas protokoluna əsasən Şəki şəhəri, 4-cü kvartalı ərazisindən 600 kv.m torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. İddiaçı iddia tələbinin əsaslandırıldığı hallar kimi həmin 0.6 ha torpaq sahəsinin Cavabdeh tərəfindən İddiaçı mərhum atası X3 1200 ABŞ dolları dəyərində satılmasını, lakin torpağın sənədləri olmadığından və cavabdehlərin təqsiri üzündən həmin əqdin notarial qaydada təsdiqlənməməsini göstərmişdir. Buna görə də iddiaçı, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun mərhum atası X6 arasında Şəki şəhərinin 4-cü kvartalında yerləşən 600 kv.m torpaq sahəsinin 14 aprel 2002-ci ildə alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur. İddiaçı iddia ərizəsində 0.06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbini qoymuş və bu tələbin əsaslandırıldığı hallar kimi tərəflər arasında iddia olunan mübahisəli hüquq münasibətinin, yəni 0.06 ha torpaq sahəsinə dair alqı-satqı əqdinin 2002-ci ildə şifahi formada bağlanmaqla Cavabdeh bu alqı-satqı ilə bağlı iltizam yazdığını, həmçinin bununla bağlı aktın bağlandığını və həmin aktın notarial qaydada təsdiq olunuğunu, həmin vaxt torpaq sahəsinə dair alqı-satqı əqdi ilə bağlı X6 tərəfindən Cavabdeh 1200 ABŞ dolları verildiyini, cavabdehlərdən alqı-satqı qaydasında 0.06 ha torpaq sahəsinin alındığını göstərir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir tələb üzrə iddiaçının üzərinə düşür. İddiaçı iddia ərizəsində Cavabdeh ilə X6 arasında alqı-satqı müqaviləsinin bağlanmasını; məhz bu səbəbdən Cavabdeh tərəfindən iltizamın imzalanmasını bildirsə də, bu hallara dəlalət edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinini iddiaçının istinad etdiyi Cavabdeh tərəfindən imzalanması göstərilən iltizam torpaq sahəsinin alqı-satqısı şərtlərini özündə əks etdirən müqavilə deyildir. Həmin ərizədə torpaq sahəsinin alqı-satqısının tərəfləri, torpağın satış qiyməti, müqavilənin müddəti, bu alqı-satqının hansı vaxtda notarial qaydada təsdiqlənməsi olması və sair şərtlər göstərilməmişdir. Ona görə də həmin ərizə 0,06 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı Cavabdeh ilə X6 arasında bağlanmış sadə yazılı əqd kimi qəbul edilə bilməz. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı Cavabdeh ilə onun mərhum atası X6 arasında Şəki şəhərinin 4-cü kvartalında yerləşən 600 kv.m torpaq sahəsinin 14 aprel 2002-ci ildə alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddiası rədd edilməməlidir. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı Cavabdeh ilə onun mərhum atası X6 arasında Şəki şəhərinin 4-cü kvartalında yerləşən 600 kv.m torpaq sahəsinin 14 aprel 2002-ci ildə alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar