Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2111/2023 15.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh ilə birgə yaşadığı dövrdə 13 may 2022-ci ildə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Şəki filialından götürmüş olduğu kreditin qrafik üzrə ödənilməli olan 7715,49 manat borcdan ödənilməmiş qalan 7393,49 (yeddi min üç yüz doxsan üç manat qırx doqquz qəpik) manat borcdan tərəflər faktiki ayrıldığı gündən (2022-ci ilin iyun ayından) bu günə, yəni-2023-cü ilin sentyabr ayına kimi iddiaçı tərəfindən ödənilmiş 4186 (dörd min bir yüz səksən altı) manatın yarısı 2093 (iki min doxsan üç) manatın Cavabdeh tutularaq iddiaçı X1 ödənilməsi, 13 may 2022- ci ildə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Şəki filialından götürmüş olduğu kreditin qrafik üzrə ödənilməli olan 7715,49 manat borcdan ödənilməmiş qalan 7393,49 (yeddi min üç yüz doxsan üç manat qırx doqquz qəpik) manat borcdan növbəti aylar üçün (2023-cü ilin sentyabr ayından başlayaraq) ödənilməli olan aylıq 322 manat kredit məbləğinin ½ hissəsinin (161 (yüz altmış bir) manat) iddiaçı X1, qalan ½ hissəsinin (161 (yüz altmış bir) manat) isə Cavabdeh aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 04 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, mülki işin nöbəti məhkəmə hazırlıq iclası 15 noyabr 2023-cü il tarixə, saat 10:30-a təyin edilmişdir. Lakin 15 noyabr 2023-cü il tarixdə İddiaçı məhkəməyə ərizə təqdim edərək hazırki iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. İddiaçı ərizəsi ilə bağlı ödəmiş olduğu 56 manat rüsumü dövlət büdcəsindən onun özünə qaytarılsın Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-2111/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2111/2023
15.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver