Məhkəmə qərarları › İş №e-2(075)-2143/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2143/2025

03.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2143/2025 03.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasları xx.xx.2025-ci il tarixə, saat 09:20-yə, xx.xx.2025-ci il tarixə, saat 09:00-a, xx.xx.2025-ci il tarixə, saat 10:00-a, məhkəmə baxış iclası isə xx.xx.2025-ci il tarixə saat 09:00-a təyin edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı teleqram ünvanlamış məhkəmə iclasında səhhətilə bağlı iştirak edə bilməyəciyini bildirmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz Məhkəmə iclasları dəfələrlə təxirə salaraq tərəflərin, xüsusilə də iddia irəli sürən şəxsin iştirakını təmin etməyə çalışmış, iddiaçı gələ bilmədiyinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə iddiaçının məhkəmə iclaslarında iştirak etməməsini üzrlü saymır. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göründüyü kimi, məhkəmə işin obyektiv araşdırılması, iddia tələbinin və ya cavabdehin etirafının hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini toxunub-toxunmamasının müəyyən edilməsi üçün məhkəmə iclasında tərəflərin iştirakı zəruri olmuşdur. Lakin tərəflər məhkəmə iclasında iştirak etməməmişlər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263-264, 267- 268-ci madələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar