Məhkəmə qərarları › İş №e-2(075)-217/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-217/2023

25.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-217/2023 25.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı iştirakı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü oğlum X5 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs xx.xx.2004-cü il təvəllüdlü X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi İddiaçı ərizəsində tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxx 1978-ci il tarixdə Şəki rayonunda anadan olmuşdur. 29 dekabr 2003-cü il tarixdə X3 ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 19 sentyabr 2004-cü ildə Şəki rayonunun Daşüz kəndində X9 adlı uşaqları anadan olmuşdur. X4 doğulduğu vaxtdan kvadroplegik spastik serebral iflic, anadangəlmə spastik serebral iflic, spastik tetraplegik forma, idiopatik epilepsiya teztez təkrarlanan tutmalarla, xüsusi qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu ilə ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir və hərəkətlərinin mənasını dərk edə bilmir. Doğulduğu andan ona yoldaşə və onun tərəfindən zəruri qulluq göstərilmişdir. X4 ağır dərəcəli əqli gerilik diaqnozu ilə Şəki Rayon Mərkəzi xəstəxanasının əsəb şöbəsində və Şəki rayonlarası psixatriya xəstəxanasında qeydiyyatdadır. Uzun illərdir ki, oğlu ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir və xəstəliyinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Bundan əlavə, Tibbi sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, X4na müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik səbəbi kimi ümumi xəstəlik göstərilmişdir. Diaqnoz isə kvadroplegik spastik serebral iflic, anadangəlmə spastik serebral iflic, spastik tetraplegik forma, idiopatik epilepsiya tez-tez təkrarlanan tutmalarla, xüsusi qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu ilə ağır dərəcəli əqli gerilik olmaması göstərilmişdir. Bu səbəbdən də mən Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək xx.xx.2004-cü il təvəllüdlü oğlum-X9 üzərində qəyyum təyin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasınını 18 noyabr 2022-ci il tarixli 5/İ-147-099 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü X4nun fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra onun X9 üzərində qəyyum təyin edilməyi məsələsinə baxılacaqdır. xx.xx.2004-cü il təvəllüdlü oğlunuz X5 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı izahat verərək göstərdi ki, X9 onun oğludur. Oğlu anadan gəlmə əlildir və özünü idarə edə bilmir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin onu məhkəməyə yönəltmişlər. Göründüyü kimi X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 27 yanvar 2023-cü il tarixli, 51 nömrəli rəyindən görünür ki, 19 sentyabr 2004-cü il təvəllüdlü X12 oölu psixi qüsurludur. Onda ağır dərəcəli əqli gerililik, davranış pozuntuları, uşaq sereral iflicinin qalıq əlamətləri, tetraplegik forma, qıcolma tutulmaları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi aşkar olunmuşdur. O öz hərəkərlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətində deyildir. Buna görə də X9 faaliyyət qabiliyyati olmayan şəxs kimi hesab edilməlidir. İşdə olan Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının aparatı tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X4nun fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra onun X9 üzərində qəyyum təyin edilməyi məsələsinə baxılacağı bildirilmiş. xx.xx.2004-cü il təvəllüdlü oğlunuz X5 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməm tövsiyyə edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin 15 saylı regional ərazi filialının 06 yanvar 2022-ci il tarixli arayışından görünür ki, X11 oölu 19 sentyabr 2022-ci ilədək 18 yaşadək 370362 nömrəli müavinət (təqaüd) işi üzrə hər ayda 200 (iki yüz) manat məbləğində sosial müavinət alır. İşdə olan X13 X1 tərəfindən verilmiş 22 fevral 2019-cu il tarixli, 145 nömrıli göndərişdən görünür ki, 19 sentyabr 2002-cü il təvəllüdlü X2 şəhəri Mərkəzi Rayon Xəstəxanasının morfoloıi şöbəsinə müayinə vı müalicı üçün göndərilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X6 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinində müvafiq rəyi vardır. Ərizəçi İddiaçı X4nun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 19 sentyabr 2004-cü il tarixdə Şəki rayonu, Daşüz kədində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçıqızı dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 19 sentyabr 2004-cü il tarixdə Şəki rayonu, Daşüz kədində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar