Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2193/2024 03.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçınn Cavabdeh (3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi) qarşı “payın ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh (3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Bağbanlar küçəsi, bina 149, mənzil 1 (əvvəlki Bağbanlar küçəsi, bina 39, m 18) ünvanında yerləşən, cavabdehlə birgə mülkiyyətində olan mənzildən ½ hissədən ibarət olmaqla payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsinin ərizəsinə əsasən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi hazırkı iş üzrə cavabdeh kimi cəlb edilmişdir. İş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tərəflər arasında heç bir mübahisə yoxdur. Səlahiyyətli orqan iddia ərizəsində qeyd etdiyi məsələnin həllinə imtina verdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında işin aiddiyyatı üzrə göndərilməsi məsələsini müzakirə etmişdir. O, işin Şəki Rayon Məhkəməsində baxılmasını istəyir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə görə iş məhkəmədə baxıldığı zaman onun aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 3, mənzil 55 ünvanında qeydiyyatdadır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsiyyət vəsiqəsi məlumatına əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 3, mənzil 55 ünvanında qeydiyyatda olması müəyyən edildiyindən hazırkı mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Buna görə də İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “payın ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “payın ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2193/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2193/2024
03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver