Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2195/2025 18.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 959,04 (doqquz yüz əlli doqquz manat dörd qəpik) manat məbləğində hesablanmış borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Şəki rayonu, Şəki kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində qazdan istifadə edildiyinə görə küçədə Cavabdeh tərəfindən G-4 markalı 10364666 nömrəli qaz sayğacı quraşdırılmışdır. 29 may 2024-cü il tarixdə istifadəsində olan G-4 markalı 10364666 nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələrinin iştirakı ilə götürülmüş və bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 29 may 2024-cü il tarixli ******* №-li akt tərtib edilmişdir. Həmin zaman istifadəsində olan G-4 markalı 10364666 nömrəli qaz sayğacı tam saz vəziyyətdə olmuşdur. Sonradan növbəti hesab bildiriş gələrkən ona məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən 959.04 manat sərfiyyat borc hesablanmışdır. İddiaçı bunu dəqiqləşdirmək üçün Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Şəki şəhər şöbəsinə müraciət etdikdə ona bildirdilər ki, istifadəmdə olan G-4 markalı 10364666 nömrəli qaz sayğacı sayacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşildiyinə görə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli Akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli qərarla G-4 markalı 10364666 nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti hesablanmaqla cəmi 7992 m3 qaz sərfiyyat hesablanmışdır. Həmin qərarda isə qeyd edilmişdir ki, Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2024cü il tarixli AKT 1027 №-li aktına əsasən sayacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşildiyinə və sayğaca müdaxilə edildiyi qeyd edilmişdir. Əgər sayğacın sayğacı sayacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilsəydi Cavabdeh İB-nin nümayəndələri sayğacı yenisi ilə əvəz edən zaman bunu istehlakçıya söyləyər və bunu ona yerində göstərər və elə həmin vaxt bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 29 may 2024-cü il tarixli ******* №-li aktda qeyd edərdilər. Belə ki, sayğacın sayğacı sayacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilməsini müəyyən etmək üçün heç labaratoriyaya göndərilməsinə ehtiyac yoxdur bu ilk vizual baxışda görünərdi. Bundan əlavə qaz sayğacını götürərkən iki hal şahidi dəvət etməli idilər. Lakin qeyd edilən aktdan görünür ki, sayğacın götürülməsindən 3 ay 29 gün sonra yəni 28 sentyabr 2025-ci il tarixdə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 sentyabr 2025-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Buradan da görünür ki, həmin akt saxtadır və formal olaraq tərtib edilmişdir. Belə ki, hər iki aktı yəni Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında və Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardakı məlumatları müqayisə edərkən görürük ki, hər iki aktdakı məlumatlar üst-üstə düşmür. Belə ki, istifadəmdə olan sayğac 29 may 2024-cü il tarixdə dəyişdirilərək yenisi ilə əvəz edilsə də, 28 sentyabr 2024-cü il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda “istehlakçıya məxsus yaşayış sahəsində” sayğaca xx.xx.2024-cü il tarixdə baxıldığı qeyd edilmişdir. Onun istifadəsində olan saygac 29 may 2024-cü il tarixdə götürülmüşdürsə necə ola bilər ki, xx.xx.2024-cü il tarixdə onun yaşayış sahəsində həmin sayğaca baxış keçirilir. Lakin o, həmin sayğaca baxış keçirilməsində iştirak etməmiş və həmin akta imza etməmişdir. Ümumiyyətlə onun həmin aktın mövcudluğundan xəbəri olmayıb və növbəti hesab bildirişi təqdim edildikdən sonra ona məlum olmuşdur ki, belə akt mövcuddur. Bundan əlavə qeyd etmək istəyirəm ki, qaz sayğacı 3 ay 29 gün sonra Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına yoxlamaya göndərilmişdir. Bu müddət ərzində yəni sayğacın çıxarılmasından yəni 30 may 2024-cü il tarixdən ona baxış keçirilmiş 12 iyul 2024-cü il tarixədək sayğacının hansı şəraitdə saxlanılması və müdaxilə edilib edilməməsi isə məlum deyil. İstifadəsində olan sayğacın götürülməsinə qədər də Cavabdeh İB-nin Zaqatala RQİİnin nəzarətçisi hər ay sayğaca baxış keçirmiş və onda heç bir zədələnmə izləri aşkar etməmişdir. O, hər ay nümunəvi vətəndaş kimi təbii qazdan istifadəyə görə sayğacda göstərilən və Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nəzarətçisi tərəfindən təqdim edilmiş bildirişdə göstərilən sərfiyyata uyğun məbləği cavabdehin hesabına ödəmişdir. Onu da qeyd etmək istəyir ki, sayğac mülkiyyətimdə olan ərazidə yox onun istifadə belə etmədiyi küçədə və yüksəkdə quraşdırılmışdır və onun ona müdaxilə etməyi və onu kənar müdaxilələrdən güdməyi qeyri-mümkündür. Hesab edir ki, mübahisəli akt və həmin akt əsasında qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır və həmin qərarda hesablanmış məbləğ əsassız hesablanmışdır, ona görə də əsassız hesablanmış məbləğ silinməlidir. Cavabdeh İB tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılır ki, İddiaçı adına rəsmiləşdirilmiş **********02690 saylı qaz hesabında xx.xx.2025-ci il tarixə 1260.35 manat borc vardır. Həmin borcun 301.31 manat hissəsi sayğac üzrə, 959.04 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirirəm ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı 10364666 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı 10364666 nömrəli sayğacı, qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə GCZ0092108 saylı sayğac quraşdırılmışdır. Belə ki, yoxlama baxışı zamanı sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib, sayğaca müdaxilə olunub (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının nümayəndəsinin iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz cihazlarından PQ-3 qaz piltəsinin maksimal qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, xarici soba qaz cihazının maksimal qaz sərfi 1.6 m3/saat orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, axımlı su qızdırıcı qaz cihazının maksimal qaz sərfi 3.4 m3/saat orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “X1 dair tələbnamə”si ilə 7992 m3 (və ya 959.04 manat) həcmində müəyyən edilmişdir. Bildirirəm ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 959.04 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər ərizə ünvanlayaraq iş üzrə məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələblərinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərar qəbul edərkən aşağıdakı sənədlərə istinad edir: İş materiallarında olan: - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İB istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. - “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2024-cü il tarixli 549570 nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş 10364666 nömrəli sayğac çıxarılmış, əvəzində yeni ******* nömrəli sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Quraşdırılma səbəbi növbəti dövlət yoxlanması qeyd edilmişdir. - Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktda qeyd edilmişdir ki, xx.xx.2024-cü ildə təbii qazın uçotu yoxlanıldı, müəyyən edildi ki, 10364666 nömrəli sayğacın borusu fiziki təsir nəticəsində deşilib. İtirilmiş qazın dəyəri hesablanaraq ödənilsin. - Qaz sayğacının yoxlanılması haqqında protokoldan görünür ki, 10364666 nömrəli qaz sayğacı xx.xx.2024-cü il tarixli növbəti dövlət yoxlanılmasına qəbul edilmişdir. - xx.xx.2024-cü il tarixli X1 dair tələbnamədən görünür ki, xx.xx.2024-cü il tarixli aktına əsasən sayğaca vizual baxış zamanı müəyyən edilir ki, sayğacın çıxış plastmas borusu deşilib. G4 markalı 10364666 nömrəli sayğacın maksimal qaz buraxma qabiliyyəti 3,2 m3 , orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. İtirilmiş qazın miqdarı cəmi 7992 m3 müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, İddiaçı adına olan **********02690 nömrəli abonent kodunda 2024-cü ilin sentyabr ayına akt üzrə 959,04 manat borc mövcuddur. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından göründüyü kimi xx.xx.2024-cü il tarixli X1 dair Tələbnamə ilə xx.xx.2024-cü il tarixli Akta əsasən artıq xx.xx.2024-cü il tarixdə çıxarılmış 10364666 nömrəli sayğacın laboratoriya nəticələrinə əsasən 7992 m3 itirilmiş qaza görə borc hesablanmışdır. xx.xx.2024-cü il tarixli aktın tərtibindən istehlakçı məlumatlı olmamışdır. Belə bir akt işə təqdim edilməmişdir. Sonradan sayğac xx.xx.2024-cü il tarixdə çıxarıldıqdan sonra xx.xx.2024-cü il tarixdə plastmas borunun deşilməsi barədə akt tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. İddiaçının sayğacın çıxış plastmas borcunun deşilməsində təqsiri sübut olunmur. Həmçinin sayğac əvəzlənən zamanla belə bir nöqsan aktda qeyd edilməmiş, uzun müddət keçdikdən sonra belə bir halın aşkarlanması ilə bağlı cavabdehin gətirdiyi dəlilləri ağlabatan hesab edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı 959,04 manat borcun iddiaçıdan tələb etməsi əsassızdır. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır. 29. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci (iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir Göstərilənlərə əsasən məhkəmə nəzərə alır və toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, iddiaçı xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 959,04 (doqquz yüz əlli doqquz manat dörd qəpik) manat məbləğində borc silinməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********02690) barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 959,04 (doqquz yüz əlli doqquz manat dörd qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-2195/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2195/2025
18.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver