Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2227/2023 21.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxslər X16, X14 və Maraqlı şəxs2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakları ilə, Ərizəçi İddiaçı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; Ərizəçi İddiaçı cavabdeh Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum atası X3 miras qalmış Şəki şəhəri, İzzət Nəbiyev küçəsində yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətdə olan 0,0934 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X11 və anası X7 ilə 06 dekabr 1939-cu il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Onların birgə nikahından o, qardaşları Əliəhməd, Şükür, Rafiq, bacıları Surə və Ruqiyyə olmaqla altı övladları olmuşdur. X21 1996-cı ildə anası Səyyarə xx.xx.2004-cü ildə, böyük qardaşı Əliəhməd 2021-ci ildə, digər qardaşı Rafiq xx.xx.2020-ci ildə, bacısı Surə 2019-cu ildə vəfat etmişlər. Atası öz sağlığında mülkiyyətində və hazırki mübahisə predmeti olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsini böyük qardaşı Əliəhməd Yunusovun oğlu, yəni özünün nəvəsi olan İlham Yunusova bağışlamış və həmin bağışlama müqaviləsi əsasında evin ½ hissəsinin İlhamın qalan ½ hissəsinin isə atasının mülkiyyətində olması 09 aprel 1993-cü il tarixli qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. Eyni zamanda atasından Şəki şəhəri, İzzət Nəbiyev küçəsində yerləşən 0,0934 ha torpaq sahəsi miras qalmışdır. Hansı ki, həmin torpaq sahəsinin X10 oğlu və mərhum atasının mülkiyyətində olması ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Sözü gedən, torpaq sahəsinin atasına aid miras qalmış hissəsini o faktiki olaraq qəbul etmişdir. Belə ki, atasının ölümündən sonra həmin torpaq sahəsi onun istifadəsindədir, onun tərəfindən idarə olunur. Hesab edir ki, mübahisələndirilən torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə vərəsələrdən heç biri narazı deyildir və bu və ya digər formada mübahisələndirmirlər. Digər vərəsələr də məhkəmə iclasında münasibətlərini bildirəcəklər. Miras qalmış torpaq sahəsi onun tərəfindən faktiki qəbul edildiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Şəki “Asan Xidmət” mərkəzinin notarius ofisinə müraciət etmişdir. Ona izah edilib ki, digər vərəsələr də qardaşlarının torpaq sahəsini faktiki olaraq qəbul etdiyindən, hazırki qanunvericiliyin tələblərinə görə hesab olunur ki, onlar həm evə həm də torpaq sahəsinə münasibətdə də mirası qəbul etmiş sayılırlar və belə olduğu təqdirdə hər iki (torpaq sahəsi və evə) mirasdan üçünün də payı olmalıdır və hər üçünə hər üç mirasla bağlı birlikdə mülkiyyət hüququ verilə bilər. O buna da razı olduğunu, lakin digər vərəsələr tələb olunan sənədləri təqdim etmədilər, yəni razılaşma əldə olunmadı. Sonralar müraciəti əsasında sənədlər araşdırıldı və müəyyən olundu ki, atası 1996-cı ildə vəfat etmişdir. Həmin vaxt qüvvədə olan qanunvericiliyə görə mirası faktiki qəbul etmiş vərəsə ancaq qəbul etdiyi mirasa münasibətdə mirası qəbul etmiş sayılır. Yəni, mirasın bir hissəsinin qəbul edilməsi, harda olmasından asılı olmayaraq digər miras əmlaklara da şamil edilməsi xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəllənin qəbul edilməsindən sonrakı dövrə aiddir. Notariat ofisinə etdiyi müraciətə cavab olaraq bildirildi ki, notariat əmaliyyatları ancaq hazırki dövrdə qüvvədə olan qanunlarla tənzimlənir və ərizənin təmin olunmasının mümkün olmaması, miras şəriklərinin isə birgə olaraq hər iki əmlaka münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə razılığı olmaması əsası ilə notariat əməliyyatının aparılmasından imtina edilməsi və məhkəməyə müraciət olunmasına dair notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli qərar bizə təqdim edildi. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, miras 1996-cı ildə açıldığından yəni xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş AR Mülki Məcəlləsinin qüvvəyə minməsindən əvvəl baş verdiyindən sözügedən məcəllə qüvvəyə minənədək qüvvədə olmuş mülki məcəllənin tələbləri hazırki mübahisələrə məhkəmə tərəfindən tətbiq edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Hazırki vəziyyətdə bacısı Ruqiyyə miras əmlak payından imtina edib, digər bacısı Surə isə başqa yerə köçüb, ailə qurub. Sonradan vəfat edib, mirası isə faktiki olaraq qəbul etməyib ya da notariat kontoruna hal-hazıradək ərizə təqdim etməmişdir. Mərhum qardaşı X9 Yunusov evin ½ hissəsinin mülkiyyətçisidir və torpağa münasibətdə heç bir pretenziyası yoxdur. Qardaşı Maraqlı şəxs2 isə atasından miras qalan ½ hissədən ibarət evi qəbul etmiş onun da torpaq sahəsinə münasibətdə heç bir etirazı yoxdur. Ona görə də o hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəm iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxslər X16, X14 və Maraqlı şəxs2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X8 mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə etirazları olmadığını bildirdilər. Maraqlı şəxslər Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə və Cəfərova (Yunusova) Ruziye Sadəddin qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi və Cəfərova (Yunusova) Ruziye Sadəddin qızı heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin halları Şəki regional “ASAN xidmət” mərkəzində notaria ofisinin “notariat hərəkətinin aparılmasından imtina haqqında” 12 sentyabr 2023-cü il tarixli, 3539 nömrəli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Şəki şəhər “Çələbixan” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli, 105 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, X4 X5, İddiaçı, Maraqlı şəxs2, X13, Abdullayeva (Yunusova) Surə Sadəddin qızı və Cəfərova (Yunusova) Ruziyə Sadəddin qızı adlı vərəsələri qalmışdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”nın surətindən görünür ki, Şəki şəhəri, İzzət Nəbiyev küçəsində yerləşən 0.0934 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X11 və Hacı-X6 mülkiyyətlərindədir və torpaq sahəsi üzərində hüquq xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Şəki VVADQ tərəfindən verilmiş 15 fevral 2006-ci il tarixli, 460401 saylı arayışdan görünür ki, X11 19 aprel 1996-cı il tarixdə, Şəki şəhərində ölmüşdür. Ölüm səbəbi ürək damar çatmamazlığıdır. X2 Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etdiyi 14 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, atası X11 19 aprel 1996-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət təfindən ötürülmüşdür, yəni buraxılmışdır. Hazırda yerləşməsindən və nədən ibarət olmasından aılı olmayraq mərhumdan qalan miras əmlakdan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş, etmir və etmək niyyətində deyildir. Gələcəkdə bununla bağlı heç bir iddiasə olmayacaq. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1143.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1143.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. 1243.1-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, mülki proses tərəflərinin izahatlarını, şahidin ifadəsini dinləyib, məhkəmə belə bir nəticəyə gəlir ki, iddia əsaslıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Şəki şəhəri, İzzət Nəbiyev küçəsində yerləşən 0.0934 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X11 və Hacı-X6 mülkiyyətlərindədir. Mülkiyyətçilərdən X11 19 aprel 1996-cı il tarixdə vəfat etmiş və ölümündən sonra X5, Maraqlı şəxs2, Maraqlı şəxs2, X13, Abdullayeva (Yunusova) Surə Sadəddin qızı və Cəfərova (Yunusova) Ruziyə Sadəddin qızı vərəsələr olaraq qalmışlar. İddiaçı atasının vəfatından sonra həmin fərdi yaşayış evə və torpaq sahəsinə sahiblik etmiş və idarə etmişdir. Bununla da atasından qalmış miras əmlakı qəbul etmişdir. İddiaçı atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etməsi nəzərə alınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat orqanına müraciət etdiyini, lakin hüquqi məlumatsızlığı səbəbindən vaxtında müraciət etməməsi nəzərə alınaraq müraciətindən imtina edildiyini göstərmiş, məhkəmədə qaldırdığı iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, miras qoymuş şəxslərdən X5, X13 və Abdullayeva (Yunusova) Surə Sadəddin qızı ölmüş, digər vərəsələrdən Cəfərova (Yunusova) Ruziyə Sadəddin qızı miras əmlakdan onlara düşən payı qəbul etməkdən imtina etmiş, Maraqlı şəxs2 və X16 isə məhkəmə iclasında mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə etirazları olmadığını bildirmişlər. Göründüyü kimi iddiaçı atasından qalmış miras əmlakda yaşamaqla mirasa sahiblik etmiş, mirasa yiyələnmiş, miras əmlakdan istifadə etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, hüquqi məlumatsızlığından notariat kontoruna vaxtında müraciət etməmişdir. Bununla da iddiaçı atasından qalmış mirası qəbul etmiş sayılsa da, o, həmin əmlakın adına qeydə alınması ilə bağlı müddəti ötürmüşdür. İşin bu halı məhkəməyə təqdim edilmiş sənədlərlə, tərəflərin izahatı, şahid ifadəsi ilə öz təsdiqini tapır. Buna görə də məhkəmə iddiaçının atasından qalmış mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq qəbul etdiyi mirasa dair vaxtında şəhadətnamə almamasını üzürlü hal kimi qəbul edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X3 miras qalmış Şəki şəhəri, İzzət Nəbiyev küçəsində yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ı əsasında mülkiyyətdə olan 0,0934 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X3 miras qalmış Şəki şəhəri, İzzət Nəbiyev küçəsində yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ı əsasında mülkiyyətdə olan 0,0934 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-2227/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2227/2023
21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver