Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2252/2025 04.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh2 qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən edilən çıxarışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 1219, mənzil 35/36 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirdi ki, iş üzrə Şəki şəhər Bələdiyyəsi də üçüncü şəxs qismində cəlb edilmişdir. İşin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, ərazi aidiyyət qaydaları pozulmuşdur, mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsi məhkəmədə icrata qəbul edilərkən cavabdeh Sadıqov Qinyaz (Knyaz) Şirəli oğlu cavabdeh kimi göstərilmiş, ünvanı ünvan 1çının nümayəndəsi ərizə təqdim edərək cavabdehi əsl cavabdeh ilə əvəz edilmiş, Cavabdeh2 işə cavabdeh qismində cəlb edilmişdir. Cavabdehin qeydiyyat ünvanı ünvan 2i aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsi baxmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Eyni Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair 2(075)-2252/2025 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikas Mülki Prosessual Məcəlləsinin 35.1, 44-45, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh2 qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair 2(075)-2252/2025 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-2252/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2252/2025
04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver