Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2279/2025 03.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia ərizəsinin tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli, **********51-10301 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş Şəki şəhəri, Şəki şəhəri, Pakizə Mənəfova küçəsi, ev 31 (Yeni qaydalarla: Şəki şəhəri,X12 küçəsi, giriş 13) ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Şəki şəhəri, Pakizə Mənəfova küçəsi ev 31 (Yeni qaydalarla: Şəki şəhəri, X12 küçəsi, giriş 13) ünvanında yerləşən fərdi-yaşayış evi mülkiyyətindədir. Mülkiyyət hüquqları xx.xx.2025-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq qeydiyyat nömrəsi -**********, reyestr nömrəsi - **********51-10301 reyestr nömrəli çıxarış verilmişdir. Fərdi-yaşayış evi ona mərhum atası X3 miras qalmışdır. Miras əmlakı o, qəbul edərkən bütün vərəsələr notarial qaydada imtina etmiş və o, miras əmlakı tam olaraq qəbul etmişdir. X1 cavabdehlə xx.xx.2009-cu il tarixdə rəsmi qaydada ailə qurmuş və həmin evə yerləşmişlər. Qardaşıyla cavabdeh hal-hazırda faktiki olaraq ayrı yaşayır. Qardaşı hal-hazırda Rusiya Federasiyasında yaşayır. Cavabdeh hal-hazırda qeyri-rəsmi münasibətdə olduğu şəxslərlə həmin evə gəlir və onu evə buraxmır. O, əlacsız vəziyyətdə qalmışdır. Qanunla nəzərdə tutulan mənzil və mülkiyyət hüquqlarım ciddi şəkildə pozulur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia əizəsini müdafiə edərək, məhkəmədən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilmiş, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sübutlara istinad edir: İş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, Pakizə Mənəfova küçəsi, ev 31 (Yeni qaydalarla: AZ5505, Şəki şəhəri,X12 küçəsi, giriş 13) ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə **********51-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. - DƏDKR PHŞ-in 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan və sənədlər toplusundan görünür ki, Şəki şəhəri, Pakizə Mənəfova küçəsi, ev 31 (Yeni qaydalarla: AZ5505, Şəki şəhəri,X12 küçəsi, giriş 13) ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. **********51-10301 reyestr nömrəli çıxarış hazırda qüvvədədir. Mülkiyyətçinin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüququ qeydə alınmışdır. Tətbiq edilən hüquq: Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalqhüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə müəyyən edir ki, X2 şəhəri, Şəki şəhəri, Pakizə Mənəfova küçəsi, ev 31 (Yeni qaydalarla: AZ5505, Şəkişəhəri,X12 küçəsi, giriş 13) ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Göründüyü kimi cavabdeh iddiaçının mülkiyyətində olan evdə qanunsuz yaşayır və mülkiyyətçinin konstitusion hüququ olan mülkiyyətin toxunulmazlığı hüququnu pozur. Belə olan halda iddiaçının əmlakını özgənin qanunsuz istifadəsindən haqlı olaraq tələb etmək hüququ var. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh iddiaçının mülkiyyətində olan evdən çıxarılmalıdır. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 77, 119, 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı X4 mülkiyyətində olan Şəki şəhəri, Şəki şəhəri, Pakizə Mənəfova küçəsi, ev 31 (Yeni qaydalarla: AZ5505, Şəkişəhəri,X12 küçəsi, giriş 13) ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-2279/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2279/2025
03.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver