Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-23/2025 13.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə , Cavabdehlər X2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRXnin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********51-10301 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışına əsasən paylı mülkiyyətdə olan evdən və torpaq sahəsindən payının faktiki istifadə etdiyi vəziyyətdə ayrılıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə hazırlıq iclasında izahat verərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər X2 məhkəmə iclasında izahat verərək, barışıq sazişinin təsdiq ounmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək, barışıq sazişinin təsdiq ounmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.5-ci madddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Azərbaycan Respublikası MPM-nin Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunduğuna, barışıq sazişi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52.3, 52.4, 52.5, 122.3, 191.1, 191.2, 191.4, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: Müqavilənin predmeti İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə bu barışıq sazişini təsdiq edirik ondan ötrü ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2n və Cavabdeh1 arasında fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin naturada bölünməsi tələbi ilə bağlı mübahisə vardır. Şəki Rayon Məhkəməsinin 2(075)-282/2024 saylı qərardadı ilə hazırkı iş üzrə məhkəmə tıkinti-texniki ekspertizası təyin edilmiş, mülki iş materialları rəy verilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Mülki iş üzrə ekspert rəyi 04 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evlərinin tərəflər (mülkiyyətçilər) arasında paylara uyğun olaraq yəni, 1/3 hissələrə ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin, mübahisə predmeti olan fərdi yaşayış evlərinin tərəflər (mülkiyyətçilər) arasındakı faktiki razılaşdırırmış qaydada bölgüsü 1/3 hissə paylardan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti- X1 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Belə ki, iş üzrə iddiaçı tərəf tədqiq olunan fərdi yaşayış evindən mülkiyyət sənədi üzrə (**********51-10301 reyestr nömrəli Çıxarış sənədi) payına düşən 1/3 hissə aralarında razılaşdırılmış qaydada istifadə edirlər. Mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin hər bir tərəfdən yol ilə əhatə olunsa da 1/3 hissələrə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin, qeyd olunan torpaq sahəsinin faktiki bölgüsü və mülki iş materiallarında olan ekspert rəyindən qismən kənara çıxmaqla Məhkəmə tikinti-X1 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Maddə 2. Barışığın şərtləri 1 İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən tikilinin və torpaq sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/1500 nömrəli rəydə göstərilmiş qaydada, yəni öz paylarından qismən kənara çıxılmaqla bölünməsinə razı olduqlarını bildirdilər. 2 Hazırkı razılıqla bağlı qəbul ediləcək qərardadla tərəflər iddia premeti olan əmlakın bölünməsi, bölgünü məhz razılaşdırılmış yəni, faktiki istifadə edilən həcmdə əsas götürüləcəyi, bununla bağlı yeni texniki sənədlərin işlənməsi və bölgü aparılmasına etirazlarının olmadığını bildirirlər. 3 Həmçinin göstərilən qaydada bölgü aparıldıqdan sonra həmin bölgü ilə bağlı gələcəkdə aralarında hər-hansı bir mübahisə olmayacağını bildirdilər. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-23/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-23/2025
13.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver