Məhkəmə qərarları › İş №e-2(075)-232/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-232/2024

27.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-232/2024 27.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional Cavabdehndə Notariat ofisinə qarşı “bağışlama müqaviləsi ilə bağlı notariat əməliyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,1383 ha torpaq sahəsinin xx.xx.2011-ci il tarixli **********50-10301 reyestr nömrəli çıxarışa əsasən paylı mülkiyyətində olan 1/5 hissəsinin ½ hissəsinin oğlu X8 bağışlanılması ilə bağlı notariat əməliyyatının aparılması öhdəliyinin cavabdeh Şəki Regional Cavabdehndə Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayaış evinin və torpaq sahəsinin 1/5 hissəsinin ½ hissəsi vərəsəlik qaydasında ona keçmiş və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli **********50-10301 reyestr nömrəli çıxarış verilmişdir. 23 oktyabr 2022-ci il tarixdə ona ərizə ilə Şəki Regional Cavabdehndə Notariat Ofisinə müraciət edərək 18 iyun 2011-ci il tarixli **********50-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,1383 ha torpaq sahəsinin ona məxsus mülkiyyətində olan 1/5 hissəsinin ½ hissəsini oğlu X8 bağışlamaq istədiyini və bununla bağlı müvafiq notariat əməliyatının aparılmasını xahiş etmişdir. Lakin cavabdeh orqan həmin evdə qeydiyyatda olan Maraqlı şəxs2 və Maraqlı şəxs1 razılığının alınmaması səbəbindən bundan imtina etmiş və 23 oktyabr 2022-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, Forma 2 arayışında qeyd olunan yetkinlik yaşına çatmış bütün şəxslərin razılığı olmadan müvafiq notariat hərəkətlərinin aparılması mümkün deyildir. Qeyd etmək istəyir ki, Forma 2 arayışında adları qeyd edilən Maraqlı şəxs2 onun qardaşı, Cabbarova Zəhra-Bəyim Mahmud qızı isə onun arvadıdır. Onlar həmin evdə yox, özlərinə məxsus başqa evdə yaşayırlar. Qanunun tələbindən də göründüyü kimi Maraqlı şəxs2 və onun həyat yoldaşı Maraqlı şəxs1 onun ailə üzvləri deyillər və mülkiyyətçi ilə, yəni onunla birlikdə həmin ünvanda yaşamırlar. Hətta həmin şəxslər onun ailə üzvü hesab edilsə belə, notariusun imtinası qanunsuz və əsassızdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Şəki Regional Cavabdehndə Notariat ofisi və müstəqil tələb irəli sürməyən İİİ şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Şəki Regional Cavabdehndə Notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, müstəqil tələb irəli sürməyən İİİ şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmişlər. Lakin cavabdeh Şəki Regional Cavabdehndə Notariat ofisi 29 yanvar 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 18 iyun 2011-ci il tarixli, 5697 invertar nömrəli, **********50-10301 reyestr nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/5 hissəsinin ½ hissəsi İddiaçı, 1/5 hissəsinin ½ hissəsi X12 və 4/5 hissəsi X9 mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 18 iyun 2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında 0.1383 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 35.2 kv.metr yaşayış sahəsi, 74 kv.metr yardımçı sahəsi olan fərdi yaşayış evinin və torpaq sahəsinin 1/5 hissəsinin ½ hissəsi X3, 4/5 hissəsi X9 və 1/5 hissəsinin ½ hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 106 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 10 iyun 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 23 noyabr 1960-cı il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak ünvan 3 ünvanında yerləşən, 0.141 ha torpaq sahəsi, 74 kv.metr yardımçı sahəsi, 35.2 kv.metr yaşayış sahəsi, 109.2 kv.metr ümumi sahəsi olan, iki otaqlı evin 1/5 hissəsinin ½ hissəsindən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, İ.Osmanlı küçəsində 0.1383 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 35.2 kv.metr yaşayış, 74.0 kv.metr köməkçi sahədən ibarət 32 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X9 4/5 hissə, X3 1/5 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 106 nömrəli vərəqində qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 13 oktyabr 2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 4 ünvanında İddiaçı, X16, Maraqlı şəxs2, X7, X13, X17, Calalova Zəhra-Bəyim Mahmud qızı və X14 qeydiyyatdadırlar. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 13 oktyabr 2022-ci il tarixli, 303 saylı arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında yaşayır, onun ailə tərkibi oğlu X13, gəlini X7, nəvəsi X16 və nəvəsi X10 ibarətdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 oktyabr 2022-ci il tarixli, 05/Q-1103/70 saylı ölüm haqqında akt qeydindən görünür ki, X1 30 dekabr 1991-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Regional Cavabdehndə Notariat Ofisinin 23 oktyabr 2022-ci il tarixli, 4105 nömrəli məktubundan görünür ki, Forma 2 arayışında qeyd olunan yetkinlik yaşına çatmış bütün şəxlərin razılığı olmadan müvafiq notariat hərəkətlərinin aparılması mümkün deyildir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Regional “Asan Xidmət” X2 16 oktyabr 2022-ci il tarixli, 05/09/S/033175-22 nömrəli arayışından görünür ki, İddiaçı ailə tərkibi həyat yoldaşı X11, qızı X14 və oğlu X4 ibarətdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş X14 tərəfindən notarial qaydada yazılmış 16 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, X14 qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin X6 adına bağışlanmasına heç bir etirazı yoxdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 06 iyul 1986-cı tarixli, Xİ-ЖГ 374358 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 23 may 1986-cı il təvəllüdlü X6 atası İddiaçı, anası X5r. İddiaçı qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu əsas gətirərək, pozulmuş hüququnu bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci madəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ünvan 2 ünvanında mülkiyyətdə olan 0.1383 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 35.2 kv.metr yaşayış sahəsi, 74 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin ümumi birgə mülkiyyət hüququ üzrə 1/5 hissəsinin ½ hissəsi X3, 4/5 hissəsi X9 və 1/5 hissəsinin ½ hissəsi İddiaçı məxsusdur. Hazırda iddiaçı özünə məxsus fərdi yaşayış evini övladı X8 bağışlamaq istəyir. Lakin evdə qeydiyyatda olan digər şəxslər notariusa gedərək buna razılıq vermədikləri üçün notarius müqavilənin bağlanmasından imtina edir və iddiaçı konstitusion hüququndan istifadə edə bilmir. İddiaçı iddianı müdafiə edir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-nin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40-cı maddəsində notariat hərəkətlərini aparmaqdan imtina edilməsi üçün əsas olan hallar sadalanmışdır.

1. hərəkətin aparılması qanuna zidd olduqda;

2. hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda;

3. hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə;

4. hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda;

5. qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda;

6. notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda;

7. əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Həmin Qanunun 45-ci madəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariuslar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla, müqavilələrin elektron formada tərtib edilməsinə və imzalanmasına, onların, habelə videoyazı vasitəsilə əqdlərin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər. Göründüyü kimi nə mülki qanunvericilikdə, nə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununda, nə də ki, «Notariat hərəkətlərinin aparılması haqqında» Təlimatda evdə qeydiyyatda olan digər şəxslərin razılığı olmadan evin bağışlanılması barədə əqdin təsdiq edilməsinin qeyri-mümkünlüyünə dair hər hansı müddəa öz əksini tapmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/5 hissəsinin ½ hissəsinin həmin evdə qeydiyyatda olan şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 razılıqları olmadan X8 bağışlanılması barədə müqavilənin bağlanmasının təmin edilməsi öhdəliyi cavabdeh Şəki Regional Cavabdehndə Notariat Ofisinin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/5 hissəsinin ½ hissəsinin həmin evdə qeydiyyatda olan şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 razılıqları olmadan X8 bağışlanılması barədə müqavilənin bağlanmasının təmin edilməsi öhdəliyi cavabdeh Şəki Regional Cavabdehndə Notariat Ofisinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar