Məhkəmə qərarları › İş №e-2(075)-2449/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2449/2025

22.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2449/2025 22.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlak” tələbi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən xx.xx.2024-cü il tarixində qeydə alınan, ********** qeydiyyat nömrəli “Çıxarış”la xüsusi mülkiyyətində olan Şəki rayonu, Vərəzət kəndi, Mikayıl Müşfiq küçəsi,ev 3, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus əşyaları – 1 ədəd xalça, 2 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stenka mebel(3 hissədə), serviz dəsti, 12 iri boşqab, 12 balaca boşqab, 1 duz qabı,1 istiot qabı, 3 böyük boşqab, 12 stəkan, 1 saxsı gül qabı, 1 dəvə fiquru, 1 quş fiquru, 1 qənd qabı, 1 dəst pərdə və tül(qonaq otağı), 2 ədəd şəkil ramkası, 1 ədəd meyvə qabı, 1 ədəd dəm çayniki, 3 ədəd dəsmal, 1 ədəd suvinir quş, 1 ədəd suvinir at, 1 ədəd gül qabı, 3 ədəd qənd (mürəbbə) qabı 34 ədəd ağ fincan,(ağ, qırmızı və s rəngdə) , 20 ədəd stəkan, 20 ədəd nəlbəki, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd dəmir peç, 1 ədəd çaynik, 1 ədəd tumbuçka, 1 ədəd iki nəfərlik taxt, 1 ədəd iki nəfərlik döşək( taxt üstündə), 1 ədəd 2 nəfərlik yorğan(taxt üstündə), 1 balaca çarpayı (uşaq üçün), 1 ədəd döşək (uşaq çarpayısının üstündə), 1 ədəd yorğan ( uşaq çarpayısının üstündə), 1 ədəd sandıq, 2 böyük döşək(sandıq üstündə), 2 yorğan (sandıq üstündə), 2 oturmaq üçün balaca döşək(sandıq üstündə), 3 ədəd yastıq(sandıq üstündə), 6 ədəd fərqli oyuncaq kukla, 1 ədəd ləmpə, 1 ədəd güzgü, 1 ədəd qırmızı fincan, 1 ədəd balaca boşqab, 1 ədəd stolüstü qaz piltəsi, 1 ədəd stolüstü elektrik piltəsi, 4 ədəd şiş, 1 ədəd qənd qabı, 4 ədəd taxta qaşıq, 1 ədəd tyorka, 1 ədəd çəfgir, 7 ədəd banka, 1 ədəd pərdə( mətbəxin pəncərəsində olan), 1 ədəd qırmızı rəngdə plasmas vanna, 1 ədəd qırmızı rəngli plasmas səbət, 1 ədəd dəmir vedrənin məcburi qaydada çıxarılması, hüquqi yardımın göstərilməsi,üçün ödənilmiş 220 ( iki yüz iyirmi) manatın və 100 ( yüz ) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, ərizəsində cavabdehdən hər hansı tələbinin olmadığını qeyd edərək məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə, iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “əmlak tələbi” barədə iddia ərizəsi üzrə iddiaçının iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar