Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-245/2024 10.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Göybulaq kəndində yerləşən 95,5 kvm sahəsi olan evdən 1/4 hissənin və 0,08 sot torpaq sahəsinin 5/24 hissənin, və üzərində qəyyum təyin olunduğu İddiaçı1 Ziyyəddin qızına evdən düşən 1/4 torpaq sahəsindən düşən 5/24 hissənin və bacısı İddiaçı3 Ziyyəddin qızına evdən düşən 1/4 hissənin torpaq sahəsindən düşən 5/24 hissənin ayrılıb onların umumi mülkiyyətlərinə verilməsi, evdən düşən hisslərin paylara uygun bölgüsü mümkün olmadığından bir otagın onlara digər hissəsindən onlara düşən payın əvəzi olaraq konpensasiyanın onlara ödənilməsi, torpaq payı sahələrindən 1.54 ha sahəsindən 7/28 hissənin və üzərində qəyyum təyin olunduğu İddiaçı1 Ziyyəddin qızına düşən 7/28 hissənin və bacısı İddiaçı3 Ziyyədin qızına düşən 7/28 hissənin onların mülkiyyətlərinin ayrılıb verilməsi, 0,82 ha torpaq payı sahəsinin 7/28 hissəsinin onun üzərində qəyyum təyin olunduğu İddiaçı1 düşən 7/28 hissənin və bacısı İddiaçı3 Ziyyəddin qızına düşən 7/28 hissənin onların mülkiyyətlərinə ayrılıb verilməsi, 1845 ha torpaq sahəsindən 7/28 hissənin və üzərində qəyyum təyin olunduğu İddiaçı1 Ziyyəddin qızına düşən 7/28 hissənin və bacısı İddiaçı3 Ziyyəddin qızına düşən 7/28 hissənin ayrılıb onların mülkiyyətlərinə ayrılıb verilməsi, 0.4903 ha torpaq payı sahəsinin 7/28 hissənin onun və üzərində qəyyum təyin olunduğu İddiaçı1 Ziyyəddin qızına düşən 7/28 hissənin onun və 7/28 də hissənin onun və bacısı İddiaçı3 Ziyyəddin qızına düşən 7/28 hissənin naturada ayrılıb onların mülkiyyətlərinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AR ƏMDK Yanında DƏDRX-nin 01.04.22-ci il tarixli reystr nömrəsi **********-95-10301 saylı Hüquqların Dövlət Qeydiyyatı haqında DƏDR-dən çıxarışa əsasən Şəki rayonu Göybulaq kəndində yerləşən 95.5 kv/m sahəsi olan evin 0,08 ha həyətyanı torpaq sahəsinin, fərdi yaşayış evin 1/4 hissəsi torpaq sahəsinin 5/24 hissəsi onun, evin 1/4 və torpaq sahəsinin 4/24 hissəsi anaları X13, torpaq sahəsinin 1/24 hissəsi qardaşı X8, torpaq sahəsinin 4/24 qardaşları Cavabdeh Ziyyəddin oğlunun evin 1/4 hissəsi torpaq sahəsinin 5/24 hissəsi üzərində qayyum təyin olunduğu İddiaçı1 Ziyyəddin qızının, evin 1/4 hissəsi və torpaq sahəsinin 5/24 hissəsi bacısı İddiaçı3 paylı mülkiyyətidir. Paylı mülkiyyətçilərdən qardaşı X16 xx.xx.2016-cı il tarixdə anaları Mafizət isə xx.xx.2020 ci il tarixdə vəfat edib. Bu evdən və həyətyanı torpaq sahəsindən onlara düşən paylar ayrılıb verilməlidir. Ev 2 otaqdan ibarət olduğuna görə bərabər yəni paylara uygun bölgüsü mümkün deyil. Ona görə qeyri bərabər bir otaq ona bir otaq isə özlərinə verilməklə bölgü aparılmalı evin digər hissəsindən onlara düşən hissəsinə konpensasiya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Bununla bağlı evin bölünməyən hissəsindən onlara düşən payı qiymətləndirilməlidir. Bu işdə həm mühəndistexniki həm də maliyyə-qiymətləndirmə ekspertizasının təyin edilməsinə zərurət vardır. Bundan başqa 4 yerdə paylı mülkiyyətdə olan torpaq payı sahələri vardır. Bu torpaq sahəsi hər birinin payına uyğun naturada bölünərək mülkiyyətlərinə verilməlidir . Həmin torpaq sahələrdən qeydiyyat tarixi 16.06. 2023-cü il tarixli reyestr nömrəsi **********80 qeydiyyat nömrəsi ********** saylı reystrdən çıxarışa əsasən 1.54 ha torpaq sahəsi 7/28 torpaq sahəsi özü yəni İddiaçı2, 7/28–hissə üzərində qəyyum təyin olunduğu İddiaçı1 Ziyyəddin qızının. 7/28 hissə bacısı İddiaçı3 Ziyyəddin qızının, 4/28 hissə qardaşım Cavabdeh 1/28 hissə anaları X13, 1/28 hissə ataları X4 1/28 X8 paylı mülkiyyətidir. Bundan başqa 06.07 2023 cü il tarixli reystr nömrəsi **********79 qeydiyyat nömrəsi ********** saylı DƏDR-dən çıxarışa əsasən 0 82 saylı torpaq payı sahəsi 7/28 hissə özünün İddiaçı2 Ziyyədin qızının 7/28 hissə üzərində qəyyium təyin olunduğu İddiaçı1 Ziyyəddin qızının, 7/28 hissə bacısı İddiaçı3 Ziyyəddin qızının 4/28 hissə qardaşı X11, 1/28 hissə anaları X13 1/28 hissə X1 1/ 28 hissə qardaşı X8 Paylı mülkiyyətidir. Bundan başqa qeydiyyat tarixi xx/xx/2023 ci il il tarixli reystrdən çıxarışa əsasən 1845 ha olan pay torpaq sahəsin 7/28 hissəsi onun 7/28 hissəsi bacısı İddiaçı3 Ziyyəddin qızının, 7/28 hissəsi üzərində qəyyum təyin olunduğu İddiaçı1 Ziyyəddin qızının 4/28 hissəsi X12. 1/28 hissəsi X5 7/28 hissə ataları X1 1/28 X8 paylı mülkiyyətidir. Bundan başqa xx.xx.2023-cü il tarixli reystr nömrəsi **********77 qeydiyyat nömrəsi 302 ******* nömrəli reystrdən çıxarışa əsasən 0,4903 ha torpaq sahəsindən 7/28 ha hissəsi onun, 7/28 ha hissəsi üzərində qəyyum təyin olunduğu bacısı İddiaçı1 Ziyyəddin qızının. 7/28 ha hissəsi İddiaçı3 Ziyyəddin qızının 4/28 hissəsi qardaşı Cavabdeh Ziyyəddin oğlunun 1/28 hissəsi anası X13 1/28 hissəsi atası X2 1/28 hissəsi X8 mülkiyətidir. Bacısı İddiaçı3 evdən və həyatyanı torpaq sahəsindən başqa qalan torpaq sahələrdən ona düşən notarial qaydada payı ona bağışlayıb. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Torpaq sahəsinin yarısını iddiaçıya vermişdir. Belə ki, 2 ha torpaq sahəsini iddiaçıya vermiş lakin iddiaçı həmin torpaq sahəsini təsərrüfat üçün istifadə etməmişdir. Anaları sağ olan müddətdə onlar torpağın bölgüsü ilə bağlı razılaşmışdırlar. Məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş etdi. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin **********95-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Göybulaq kəndində yerləşən 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 95.5 kv/mİddiaçı2 adına ¼ hissə fərdi yaşayış evi və torpaq sahəsi 5/24 hissə, X13 adına ¼ hissə fərdi yaşayış evi və torpaq sahəsi 4/24 hissə, X12 adına torpaq sahəsi 1/24 hissə, Cavabdeh adına torpaq sahəsi 4/24 hissə, İddiaçı1 adına ¼ hissə fərdi yaşayış evi və torpaq sahəsi 5/24 hissə və İddiaçı3 adına ¼ hissə fərdi yaşayış evi və torpaq sahəsi 5/24 hiaaə olmaqla qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin **********80 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Göybulaq kəndində yerləşən 1.54 ha torpaq sahəsi İddiaçı2 adına 7/28, İddiaçı1 adına 7/28, İddiaçı3 adına 7/28, Cavabdeh adına 4/28, X13 adına 1/28 hissə, X6 adına 1/28, X12 adına 1/28 hissə olmaqla ümumi birgə mülkiyyətdədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin **********79 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Göybulaq kəndində yerləşən 0.82 ha torpaq sahəsi İddiaçı2 adına 7/28, İddiaçı1 adına 7/28, İddiaçı3 adına 7/28, Cavabdeh adına 4/28, X13 adına 1/28 hissə, X6 adına 1/28, X12 adına 1/28 hissə olmaqla ümumi birgə mülkiyyətdədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin **********78 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Göybulaq kəndində yerləşən 1.1845 ha torpaq sahəsi İddiaçı2 adına 7/28, İddiaçı1 adına 7/28, İddiaçı3 adına 7/28, Cavabdeh adına 4/28, X13 adına 1/28 hissə, X6 adına 7/28, X12 adına 1/28 hissə olmaqla ümumi birgə mülkiyyətdədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin **********77 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Göybulaq kəndində yerləşən 0.4903 ha torpaq sahəsi İddiaçı2 adına 7/28, İddiaçı1 adına 7/28, İddiaçı3 adına 7/28, Cavabdeh adına 4/28, X13 adına 1/28 hissə, X6 adına 1/28, X12 adına 1/28 hissə olmaqla ümumi birgə mülkiyyətdədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin **********95-10301 reyestr nömrəli xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, fərdi yaşayış evi tam olaraq X13, torpaq sahəsi isə İddiaçı1, X20, İddiaçı3, Cavabdeh və İddiaçı2 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 30 nömrəli sərəncamından görünür ki, X17 onunla birgə yaşayan xx.xx.1966-cı il təvəllüdlü bacısı İddiaçı1 üzərində qəyyum təyin edilmişdir. xx.xx.1997-ci il tarixli 305716 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1997-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 6 nömrə ilə qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli 163066 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeydə alınmışdır. xx.xx.2016-cı il tarixli 805280 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2016-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9773 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Şəki rayonu, Göybulaq kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki vəziyyətini, yaşayış və yardımçı sahələrin planlı yerləşməsini və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda təcrid şəklində giriş-çıxışların açılmasının mümkünsüzlüyünü nəzərə alaraq mübahisə predmeti olan fərdi yaşayış evindən iddiaçının payına düşən 1/4 hissənin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin isə faktiki sahəsi ilə **********95-10301 reyestr nömrəli çıxarış sənədində qeyd olunan sahə arasında kəskin uyğunsuzluq olduğu nəzərə alaraq qeyd olunan torpaq sahəsindən iddiaçının payına düşən sahənin naturada bölünməsinin texniki cəhətdən mümkün olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Şəki Rayonu, Göybulaq kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 1.54 ha, 0.82 ha, 1.1845 ha və 0.4903 ha torpaq sahələrindən iddiaçının payına düşən 7/28 hissələrin naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantları rəyə əlavə edilmiş sxemlərdə qeyd olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyа Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X30 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X31rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, Ədilət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, Ədilətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin **********95-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Şəki rayonu, Göybulaq kəndində yerləşən 0.08 ha torpaq sahəsi və üzərində yerləşən 95.5 kv/m İddiaçı2 adına ¼ hissə fərdi yaşayış evi və torpaq sahəsi 5/24 hissə, X13 adına ¼ hissə fərdi yaşayış evi və torpaq sahəsi 4/24 hissə, X12 adına torpaq sahəsi 1/24 hissə, Cavabdeh adına torpaq sahəsi 4/24 hissə, İddiaçı1 adına ¼ hissə fərdi yaşayış evi və torpaq sahəsi 5/24 hissə və İddiaçı3 adına ¼ hissə fərdi yaşayış evi və torpaq sahəsi 5/24 hiaaə olmaqla qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin **********80 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Şəki rayonu, Göybulaq kəndində yerləşən 1.54 ha torpaq sahəsi İddiaçı2 adına 7/28, İddiaçı1 adına 7/28, İddiaçı3 adına 7/28, Cavabdeh adına 4/28, X13 adına 1/28 hissə, X6 adına 1/28, X12 adına 1/28 hissə olmaqla ümumi birgə mülkiyyətdədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin **********79 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Şəki rayonu, Göybulaq kəndində yerləşən 0.82 ha torpaq sahəsi İddiaçı2 adına 7/28, İddiaçı1 adına 7/28, İddiaçı3 adına 7/28, Cavabdeh adına 4/28, X13 adına 1/28 hissə, X6 adına 1/28, X12 adına 1/28 hissə olmaqla ümumi birgə mülkiyyətdədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin **********78 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Şəki rayonu, Göybulaq kəndində yerləşən 1.1845 ha torpaq sahəsi İddiaçı2 adına 7/28, İddiaçı1 adına 7/28, İddiaçı3 adına 7/28, Cavabdeh adına 4/28, X13 adına 1/28 hissə, X6 adına 7/28, X12 adına 1/28 hissə olmaqla ümumi birgə mülkiyyətdədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin **********77 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Şəki rayonu, Göybulaq kəndində yerləşən 0.4903 ha torpaq sahəsi İddiaçı2 adına 7/28, İddiaçı1 adına 7/28, İddiaçı3 adına 7/28, Cavabdeh adına 4/28, X13 adına 1/28 hissə, X6 adına 1/28, X12 adına 1/28 hissə olmaqla ümumi birgə mülkiyyətdədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin **********95-10301 reyestr nömrəli xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin texniki pasportuna əsasən fərdi yaşayış evi tam olaraq X13, torpaq sahəsi isə İddiaçı1, X20, İddiaçı3, Cavabdeh və İddiaçı2 ümumi birgə mülkiyyətindədir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, birgə mülkiyyətçilər arasında razılaşma əldə edilmədiyindən Şəki rayonu, Göybulaq yerləşən 1.54 ha, 0.82 ha, 1.1845 ha və 0.4903 torpaq sahələrinə birgə mülkiyyətçilərin paylı mülkiyyəti müəyyənləşdirilməli və İddiaçı2 düşən 7/28 hissə və İddiaçı2 üzərində qəyyumu olduğu İddiaçı3 Ziyyəddin qızına düşən 7/28 hissə İddiaçı2 verilməlidir. Yuxarıda qeyd edilən normaların məzmunundan belə nəticə hasil olur ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi və ya öz payının ayrılmasını və yaxud öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qanun ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlı məsələlərin həll edilməsini əvvəlcə mülkiyyətçilərin iradəsinə verir. Bu mümkün olmadıqda isə, mübahisənin məhkəmə yolu həll edilməsi həyata keçirilir. Yəni, qanunda sözügedən mübahisənin mərhələli tənzimlənməsi qaydalarına görə əvvəlcə paylı mülkiyyətin mülkiyyətçiləri arasında ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılıq əldə edilə, belə razılıq olmadıqda isə mülkiyyətçilər öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bu zaman, yəni paylı mülkiyyətdə olan əşyanın naturada ayrılması mümkün olmadıqda, yaxud mümkün olduğu halda, payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququ əmələ gəlir. Göründüyü kimi, iş üzrə ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/9773 nömrəli rəyindən görünür ki, Şəki rayonu, Göybulaq kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki vəziyyətini, yaşayış və yardımçı sahələrin planlı yerləşməsini və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda təcrid şəklində giriş-çıxışların açılmasının mümkünsüzlüyünü nəzərə alaraq mübahisə predmeti olan fərdi yaşayış evindən iddiaçının payına düşən 1/4 hissənin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin isə faktiki sahəsi ilə **********95- 10301 reyestr nömrəli çıxarış sənədində qeyd olunan sahə arasında kəskin uyğunsuzluq olduğu nəzərə alaraq qeyd olunan torpaq sahəsindən iddiaçının payına düşən sahənin naturada bölünməsinin texniki cəhətdən mümkün olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Şəki Rayonu, Göybulaq kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 1.54 ha, 0.82 ha, 1.1845 ha və 0.4903 ha torpaq sahələrindən iddiaçının payına düşən 7/28 hissələrin naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunur. İşin qeyd edilən faktiki hallarından və sadalanan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli Şəki rayonu, Göybulaq kəndi ərazisində yerləşən Şəki rayonu, Göybulaq kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 95.5 kv.metr olan və həmin yaşayış evində iddiaçılara aid ¼ hissənin fərdi yaşayış evi naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı və fərdi yaşayış evinin yerləşdiyi 0.8 ha həyətyanı torpaq sahəsinin isə faktiki sahəsi ilə **********95-10301 reyestr nömrəli çıxarış sənədində qeyd olunan sahə arasında kəskin uyğunsuzluq olduğu nəzərə alaraq qeyd olunan torpaq sahəsindən iddiaçının payına düşən sahənin naturada bölünməsinin texniki cəhətdən mümkün olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Tərəflər isə mübahisəli torpaq sahəsinə dair payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən mövcud iddia tələbi həmin hissələrdə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Bundan başqa iddiaçılar mülkiyyətərində olan torpaq sahələrindən istifadə etmələrinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə iddia qaldırmışdır. Hazırda mübahisə predmeti torpaq sahələri İddiaçı2 İddiaçı1 İddiaçı3 Cavabdeh X3 X7 Nazim Ziyəddin oğlunun ümumi birgə mülkiyyətlərindədir. Bu torpaq sahələrinə iddiaçılar mülkiyyət hüququnu təsdiq edən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışlar mövcuddur. Lakin, hazırki vəziyyətdə iddiaçılar qanuni mülkiyyətlərində olan bu torpaq sahələrindən sərbəst istifadə edə bilmirlər. iddiaçıların həmin torpaq sahələrində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə İddiaçıların torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Göründüyü kimi, cavabdeh iddiaçılara torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Cavabdeh tərəfindən iddiaçıların mülkiyyətinə müdaxilə edilmiş, bu müdaxilə isə qanuni olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmalı və onların mülkiyyət hüquqları bərpa edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş **********80, **********79, **********78 və **********77 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən birgə mülkiyyətdə olan Şəki rayonu, Göybulaq kəndində yerləşən 1.54 ha, 0.82 ha, 1.1845 ha və 0.4903 ha torpaq sahələrindən İddiaçı2 düşən 7/28 hissə və İddiaçı2 üzərində qəyyumu olduğu İddiaçı3 Ziyyəddin qızına düşən 7/28 hissə İddiaçı2 verilməli və paylı mülkiyyətlərində olan əmlaklarından istifadələrinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatı Cavabdeh, 25 manatı isə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X10, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 16 iyun 2023-cü il tarixdə verilmiş **********95-10301, **********80, **********77 və **********79 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən paylı mülkiyyətdə olan Şəki rayonu, Göybulaq kəndində yerləşən 1.1845 ha, 1.54 ha, 0.4903 ha və 0.82 ha torpaq sahələrindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 paylarına düşən 7/28 hissəsi ekspertiza rəyində göstərilən plan sxemə uyğun olaraq naturada bölünərək İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatı Cavabdeh, 25 manatı isə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X10, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-245/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-245/2024
10.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver