Məhkəmə qərarları › İş №e-2(075)-2477/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2477/2025

08.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2477/2025 08.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi Ərizəçi İddiaçı, Şəki Regional “ASAN Xidmət” X7 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” X4rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” X4rşı ərizə ilə məhkəməyə müraciət edərək, 17 aprel 1981-ci ildə Şəki rayonu Aşağı Daşağıl kəndində anadan olmuş oğlu X14 04 sentyabr 2001-ci il tarixdə Şəki şəhərində vəfat etməsi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X11 ilə 7 iyul 1980-cı ildə Yevlax rayonu, Şilyan sovetliyində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 17 aprel 1981-ci ildə X20 anadan olmuşdur. Oğlu 20 yaşı olanda, yəni, 4 sentyabr 2001-ci ildə avtoqəza nəticəsində vəfat etmiş və Şəki rayonu, Aşağı Daşağıl kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Avtoqəza nəticəsində rəhmətə getdiyindən onun ölümünün qeydiyyata alınması üçün Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət edilməmişdir. Bu yaxınlarda evi satmaq istəyərkən, notariat ofisindən ona məlumat verilmişdir ki, 4 sentyabr 2001-ci il tarixdə vəfat etmiş oğlu X20 həmin evdə pasport qeydiyyatındadır və buna görə də, ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Buna görə də, oğlu X14 ölümünün qeydə alınması ilə bağlı Şəki regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi müraciət etsə də, bundan imtina edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, oğlu X20 4 sentyabr 2001-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Oğlunun ölümü ilə bağlı indiyədək ölüm haqqında şəhadətnamə alınmamışdır. Bu yaxınlarda yaşayış evinin satılması məqsədilə notariat orqanına müraciət edərkən, ona izah edilmişdir ki, 4 sentyabr 2001-ci il tarixdə vəfat etmiş oğlu X20 hələ də həmin yaşayış evində pasport qeydiyyatında olduğu üçün əqdin rəsmiləşdirilməsi mümkün deyil və bu səbəbdən ölüm haqqında şəhadətnamənin təqdim edilməsi tələb olunmuşdur. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” X7 etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ölümün qeydə alınması yalnız müraciət edən şəxs tərəfindən ölüm haqqında şəhadətnamə və ya ölüm faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi təqdim edildiyi halda mümkündür. Hazırki vəziyyətdə ərizəçi İddiaçı 4 sentyabr 2001-ci ildə ölmüş oğlu X14 ölüm haqqında şəhadətnaməsini ala bilmədiyi üçün ölüm faktının müəyyən edilməsi mümkün olmamış və ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; Ao ******* №-li hərbi biletin surətindən görünür ki, X20 17 Aprel 1981-ci ildə Şəki Rayonu Aşağı Daşağıl kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Şəki şəhəri Birləşmiş Hərbi Komissarlığı tərəfindən ona 18 aprel 1999-cu ildə hərbi bilet verilmişdir. Hərbi xidmətə yararlı olmuşdur. 342848 nömrəli, 7 iyul 1980-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X10 7 iyul 1980-cı il tarixdə Yevlax rayonu, Şilyan sovetliyində rəsmi nikah bağlamışlar. Evləndikdən sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. Şəki Regional “ASAN Xidmət” X7 xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-1505/2025 nömrəli məktubundan görünür ki, İddiaçı X14 ölümünü qeydə alınması ilə bağlı Şəki Regional “ASAN Xidmət” X8 müraciət etmiş, lakin X14 ölümünün qeydə alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. 300171№-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 17 Aprel 1981-ci ildə Şəki Rayonu Aşağı Daşağıl kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 4 aprel 1981-ci ildə 27 № ilə qeyd edilmişdir. Atası qrafasında İddiaçı, anası qrafasında X11 qeyd edilmişdir. “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 19 avqust 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı X14 ölümü haqqında şəhadətnamənin (forma 106) verilməsi ilə bağlı “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ya müraciət etmiş, lakin X20 2001-ci il tarixdə vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ya müraciət edilmədiyi və hər hansı qeyd aparılmadığı üçün onun ölümü haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Şəki Rayon Məhkəməsinin 25 dekabr 2001-ci il tarixli hökmündən aydın olur ki, təqsirləndirilən şəxs X6 4 sentyabr 2001-ci ildə, saat 21 radələrində Şəki rayonu ərazisində Qaraməryəm Balakən yolunun 158-ci kilometrliyində idarə etdiyi Moskviç 412 markalı Az **-BC-*** nömrəli avtomaşınla hərəkətdə olarkən yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, gözü qamaşdıqda qəza işığının siqnalını qoşmalı, hərəkət zolağını dəyişmədən sürətini azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda, buna əməl etməmiş, piyada X15 vuraraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. X5 aldığı xəsarətdən hadisə yerində ölmüşdür. Şəki şəhər İcra Hakimiyyəti Başçısının Çeşməli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli 49 №-li arayışdan görünür ki, X3 rayonu, Çeşməli kəndində qeydiyyatda olsa da, hazırda həmin kənddə yaşamır. Ailə üzvləri xx.xx.1957-ci il təvəllüdlü həyat yoldaşı İddiaçı, oğlu xx.xx.1988-ci il təvəllüdlü X21 və qızı xx.xx.1988-ci il təvəllüdlü X12r. xx.xx.2025-ci il tarixli, **********6 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki şəhəri, Çeşməli kəndi, X23 küçəsi, giriş 12 ünvanında yerləşən 67,10 kv/m torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi X11, X21, X16, İddiaçı və X14 ümumi birgə mülkiyyətindədir. AAN 150684 №-li sürücülük vəsiqəsindən görünür ki,Şəki 10 saylı RQİQ tərəfindən 09.04.199-cu il tarixdə 17 Aprel 1981-ci il təvəllüdlü X17 xx.xx.2009-cu il tarixədək BC kateqoriyalın sürücülük vəsiqəsi verilmişdir. Fotoşəkillərdən görünür ki, Şəki rayonu, Aşağı Daşağıl kəndində yerləşən qəbirstanlıqda 4 sentyabr 2001-cü ildə ölmüş 17 aprel 1981-ci il təvəllüdlü X14 dəfn edildiyi qəbir mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, ərizəçi İddiaçı oğlu 17 aprel 1981-ci il təvəllüdlü X20, 4 sentyabr 2001-ci ildə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş və Şəki rayonu, Aşağı Daşağıl kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İşin yuxarıda qeyd edilən halları Şəki Rayon Məhkəməsinin 25 dekabr 2001-ci il tarixli hökmü və digər sənədlərlə öz təsdiqini tapmışdır. Ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona, X14 ölümü haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçi İddiaçı, oğlu X14 ölüm faktının müəyyən edilməsi, özünə məxsus fərdi yaşayış evini satması üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, 17 aprel 1981-ci ildə Şəki rayonu Aşağı Daşağıl kəndində anadan olmuş oğlu X14 4 sentyabr 2001-ci ildə Şəki şəhərində vəfat etməsi hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 216- 220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 17 aprel 1981-ci ildə Şəki rayonu Aşağı Daşağıl kəndində anadan olmuş X14 04 sentyabr 2001-ci il tarixdə Şəki şəhərində vəfat etməsi hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar