Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2481/2025 31.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız olaraq ödənilmiş 1400 AZN (min dörd yüz manat) pulun və ödənilmiş 34 manat (otuz dörd manat) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə “Kia Rio” markalı, ** FC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı Sığorta Şirkəti ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış “Mercedes Benz E200D” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində “Kia Rio” markalı, ** FC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 TP ******* saylı inzibati qərar ilə təqsirli bilinmişdir. Zərərçəkən “Mercedes Benz E200D” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qiymətləndirməyə dair hesabata əsasən, 165 AZN zərər dəymişdir. ZBT qaydaları əsasında, iddiaçı öz sığortaladığı əmlaka görə nəqliyyat vasitəsini hadisə baş verən zaman etibarnamə əsasında (etibarnamə iş materiallarına əlavə edilir) idarə edən Cavabdeh təqdim etdiyi bank hesabına xx.xx.2024-cü il tarixli, 11134 saylı qəbz ilə 165 AZN sığorta ödənişi edilmişdir. Lakin sonradan cavabdehə məxsus bank hesabına ona aid olmayan başqa bir mülki işlə bağlı sığorta ödənişi olan 1400 AZN məbləğ də ödənilmişdir. Belə ki, xx.xx.2024-cü ildə başqa bir sığorta hadisəsi baş vermiş və CLM**********54 saylı sığorta aktına, inzibati tənbeh vermə haqqında TP ******* saylı qərara əsasən, baş vermiş yol nəqliyyat hadisəsində ** MV *** DQN nəqliyyat vasitəsinin sürücüsü X2 təqsirli bilinmişdir. İş materiallarında olan zərərin qiymətləndirilməsi hesabatına əsasən, “Dodge Durango” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1400 AZN zərər dəymişdir. Lakin hesablanmış 1400 AZN sığorta ödənişi zərərçəkən X1 hesabına yox, yanlışlıqla digər sığorta hadisəsi üzrə zərərçəkən olmuş və artıq həmin hadisə üzrə bir dəfə 165 AZN sığorta ödənişini alan Cavabdeh hesabına köçürülmüşdür. Ümumilikdə cavabdehə məxsus bank hesabına 1565 AZN ödəniş edilmişdir. Beləliklə Cavabdeh əsassız olaraq varlanmışdır. Tərəflərindən Cavabdeh həm şifahi , həm də yazılı qaydada müraciət olunmasına baxmayaraq tələb olunan məbləğin geri qaytarılması ilə bağlı heç bir tədbir görülməmiş,artıq ödənilən pul geri qaytarılmamışdır. Hazırki situasiyada Cavabdeh qızı əsassız varlanan şəxsdir və öhdəlikdən kənar olaraq ödənilmiş 1400 AZN pul ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı Sığorta ASC-də yaranmış texniki problem səbəbli Cavabdeh hesabında ona aid olmayan 1400 manat məbləğdə vəsait yaranmış, cavabdeh ümumilikdə 1400 manat vəsaitin məxaric edilməsinə nail olmuşdur. İddiaçı borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 442, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1094, 21.1 və 21.2-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1400 manat əsas borc tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1400 (min dörd yüz) manat əsas borc, 34 (otuz dörd) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2481/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2481/2025
31.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver