Məhkəmə qərarları › İş №e-2(075)-2531/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2531/2021

14.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2531/2021 14.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, X5 vəkili, X10 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, X1, X16, X10 “hüquqi əhəmiyyətli olan faktların” müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1, X16, X20 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli 05 nömrəli qərarı ilə X11 və ailə üzvlərinə Şəki rayonu, Baş Göynük kəndində kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı olan 14799.95 kv.m torpaq sahəsinin A №050392 olan planı və ölçüsü sənədinin X6, X5 və X10 paylarına münasibətdə onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında izahat verən X1, X5 vəkili, X10 isə nümayəndəsi (vəkili) Nümayəndə ərizəni müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli 05 nömrəli qərarı ilə X11 və ailə üzvlərinə Şəki rayonu, Baş Göynük kəndində kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı olan 14799.95 kv.m torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinin A № 050392 olan planı və ölçüsü tərtib edilərək X36 kitabında 19 fevral 2009-cu il tarixdə 226 nömrə ilə qeydə alınmışdır. Həmin plan və ölçü sənədində hüquq sahibi kimi X15 qeyd olunmuşdur. Sözügedən 14799.95 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə də müraciət etmişlər. Sözügedən qurum 20 avqust 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Şəki rayon AİK-nın fəaliyyəti dövründə tərtib olunmuş adlı siyahıda qeyd olunan X6 ata adının, X5 və X10 adının səhv qeyd olunduğu müəyyən edilmişdir. Bildirmişdir ki, yuxarıda göstərilən torpaq sahəsinin planı və ölçüsü sənədində X6 atasının adı, Şəki rayon AİK-nın fəaliyyəti dövründə tərtib olunmuş adlı siyahıda isə X5 və X10 adları səhv qeyd olunmuşdur. Belə ki, X6 əvəzinə X17, X5 əvəzinə X18, X10 əvəzinə isə X4 qeyd olunmuşdur. Mövcud problemi başqa cür həll edə bilməyəcəkləri üçün yuxarıda göstərilən torpaq sahəsinin A №050392 olan planı və ölçüsü sənədinin onlara məxsus olması faktının və Şəki rayon AİK-nın fəaliyyəti dövründə tərtib olunmuş adlı siyahıda göstərilən X7 X15, X8 X16, X12 isə X20 olmasının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İşin hallarından göründüyü kimi onlar həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmirlər və buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, X1, X16, X10 tələbi əsaslıdır. Belə ki, işdə olan A 050392 saylı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X11 Şəki Rayon Aqrar İslahat Komisiyasının 23 iyul 2002-ci il tarixli 05 nömrəli qərarı ilə verilmiş 14799.95 kv.m ölçülü torpaq sahəsi X38 kitabında 19.02.2009-cu il tarixdə 226 nömrə ilə qeydiyyata alınmışdır. Həmin plan ölçü sənədinə əlavədən görünür ki, qeyd edilən torpaq sahəsi X17, X18, Cəbrayılov Rasim Fəxrəddin oğlu və X2 ayrılmışdır. İşdə olan 12 may 1987-ci il tarixli İV-ЖГ 347125 nömrəli X31 Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxxxx 1961-ci il təvəllüdlü X15 xx xxxxx 1961-ci il təvəllüdlü X24 ilə 12 may 1987-ci il tarixdə bağladıqları nikah 74 nömrə ilə qeyd edilmişdir. İşdə olan 21 mart 1988-ci il tarixli Xİİİ-ЖГ 286413 nömrəli X23 təsdiq olunmuş surətindən görünür ki, X20 xx xxxx 1988-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuşdur, atası X15, anası X13r. İşdə olan Şəki Şəhər İHB-nın Baş Göynük kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, 719 nömrəli arayışdan görünür ki, Şəki rayon Baş Göynük kənd sakini X17 əslində X15 ilə eyni şəxsdir, Şəki rayon Baş Göynük kənd sakini X18 əslində X16 ilə eyni şəxsdir, Şəki rayon Baş Göynük kənd sakini X21 əslində X20 ilə eyni şəxsdir, Şəki rayon Baş Göynük kənd sakini X9 ilə X9 ilə eyni şəxsdir. İşdə olan Şəki Şəhər İHB-nın Baş Göynük kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli 3000 nömrəli arayışdan görünür ki, xx xxxxxxxx 1961-ci il təvəllüdlü X6 həyat yoldaşı xx xxxxx 1961-ci il təvəllüdlü X16, oğlu xx xxxx 1988-ci il təvəllüdlü X20, digər oğlu 01 mart 1991-ci il təvəllüdlü X9, gəlini 11 noyabr 1992-ci il təvəllüdlü X25r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli 05 nömrəli qərarına əsasən X17, X18, Cəbrayılov Rasim Fəxrəddin oğlu və X2 Şəki rayonu, Baş Göynük kəndində kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı olan 14799.95 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin A № 050392 olan planı və ölçüsü tərtib edilərək X36 kitabında 19 fevral 2009-cu il tarixdə 226 nömrə ilə qeydə alınmışdır. Həmçinin müəyyən olundu ki, Şəki rayon AİK-nın fəaliyyəti dövründə tərtib olunmuş adlı siyahıda qeyd olunan X6 ata adının, X5 və X10 adının səhv qeyd olunduğu müəyyən edilmişdir. Əslində isə, Şəki rayon AİK-nın fəaliyyəti dövründə tərtib olunmuş adlı siyahıda qeyd olunan X17 ilə X15, X18 ilə X16, X21 ilə X20 eyni şəxsdir və torpağa mülkiyyət hüququna dair dövlət aktı paylarına münasibətdə X15, X16 və X14 aid olması müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki Rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli 05 nömrəli qərarına əsasən verilmiş “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin” payına münasibətdə X15, X16 və X20 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. X3 dövlət büdcəsinə ödədikləri 10,40 manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Şəki Rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli 05 nömrəli qərarına əsasən verilmiş “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə” payına münasibətdə X15, X16 və X14 məxsus olması hüquqi faktı müəyyən edilsin. X15, X16, X10 dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar