Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-255/2023 02.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi İddiaçı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, babası X2 19 sentyabr 1943-cü il tarixdə Şəki şəhərində vəfat etməsi və fevral 1964-cü il tarixli 4552 nömrəli ünvan 1 (Nuxa şəhəri,Per.K.Marks, №-3, ev 6) texniki pasportunun X4 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılarkən ərizəçi İddiaçı, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1877-ci il tarixdə anadan olmuş X2 19 sentyabr 1943-cü il tarixdə Şəki şəhərində vəfat etməsi, Məmməd Məmmədovun adına olan 13 mart 1963-cü il tarixli 4552 nömrəli Şəki şəhəri, F.X.Xoyski küçəsi döngə 3, 6 nömrəli (Nuxa şəhəri, Per.K.Marks, №-3, ev-6) evin texniki pasportunun və Məmməd Məmməd oğlunun adına olan 09 aprel 1938-ci il tarixli, 3530 nömrəli torpaq qeydinin X4 məxsus olması, Şəki Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli 2(075)-76/2013 saylı qətnaməsində və Şəki Apellyasiya Məhkəməsinin 13 avqust 2013-cü il tarixli, 2(107)- 613/2013 saylı qətnaməsində mülkiyyətçinin adı həm X12, həm də X14 yazılmış olsa da, həmin mülkiyyətçinin X6 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkməsinin 20 aprel 2023-cü il tarixli, 2(075)-255/2023 saylı qərardadı ilə ərizənin Şəki Rayon Məhkəməsinin 01 fevral 2013-cü il tarixli 2(075)-76/2013 saylı qətnaməsində və Şəki Apellyasiya Məhkəməsinin 13 avqust 2013-cü il tarixli, 2(107)- 613/2013 saylı qətnaməsində mülkiyyətçinin adı həm X12, həm də X14 yazılmış olsa da, həmin mülkiyyətçinin X6 olması faktının müəyyən edilməsi hissəsi üzrə icraata xitam verilmişdir. Ona görə də məhkəmə, ərizənin 1877-ci il tarixdə anadan olmuş X2 19 sentyabr 1943-cü il tarixdə Şəki şəhərində vəfat etməsi, Məmməd Məmmədovun adına olan 13 mart 1963-cü il tarixli 4552 nömrəli Şəki şəhəri, F.X.Xoyski küçəsi döngə 3, 6 nömrəli (Nuxa şəhəri, Per.K.Marks, №-3, ev-6) evin texniki pasportunun və Məmməd Məmməd oğlunun adına olan 09 aprel 1938-ci il tarixli, 3530 nömrəli torpaq qeydinin X4 məxsus olması faktının müəyyən edilməsi hissəsinə hüquqi qiymət vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun babası, yəni anasının atası Ağaməmmədov (Məmmədov) Məmməd Məmməd oğlu 19 sentyabr 1943-cü il tarixdə vəfat etmişdir. Şəki rayon Qeydiyyat şöbəsinə müraciət müraciət edərək babasının ölümü haqqında şəhadətnaməsinin təkrar surətinin verilməsini istəmiş, Şəki rayon Qeydiyyat şöbəsinin 19 oktyabr 2022-ci il tarixli 05/Q-3405/15 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, Şəki rayon Qeydiyyat şöbəsinin arxivində ölüm haqqında akt qeydi kitablarının 1946-cı ilədək saxlanılır. Ona görə də, ona babası Ağaməmmədov (Məmmədov) Məmməd Məmməd oğlunun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan sonra o, Şəki regional “ASAN” xidmət mərkəzindən Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialına müraciət etmişdir. Lakin Respublika Dövlət Arxivinin Şəki filialında da 1943-cü ilə aid ölüm haqqında akt qeydi kitabında babası Ağaməmmədov (Məmmədov) Məmməd Məmməd oğlunun ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin babası Ağaməmmədov (Məmmədov) Məmməd Məmməd oğlu, nənəsi X15 ilə ailə qurmuş, lakin rəsmi nikaha daxil olmamışlar. Bundan əlavə ünvan 1 ünvanda yerləşən babasına məxsus olan fərdi yaşayış evinin 4552 saylı texniki pasportunda babasının soyadı “Ağaməmmədov” əvəzinə “Məmmədov” kimi qeyd edilmişdir. Həm babasının ölüm şəhadətnaməsi olmadığına, həm də evin texniki pasportunda soyadı düzgün yazılmadığına görə vərəsəlik işlərini apara bilmir. Bunun üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə də müraciət etmiş, lakin həmin idarədən də imtina cavabı almışdır. Hazırda ölüm şəhadətnaməsinə və texniki pasportun babasına məxsus olması barədə məhkəmə qətnaməsinə zərurət yaranmışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqli şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X3 ərizənin təmin olunmasına etiraz etməmdiklərini, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Bela onun qonşusudur. Ərizəçinin atası X7, anası isə X8r. Zərifənin atası isə X6, anası isə Tellidir. O, X5 görməmişdir. Məmməd 1943-cü ildə vəfat etmişdir. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşudur. Ərizəçinin nənəsi Tellini tanıyıb, ancaq tellinin əri Məmmədi görməyib və onun barəsində heç nə bilmir. Onun oğlanlarını və qızlarını tanıyır. İş materiallarına əlavə edilmiş AA seriyalı, 128931 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 1877-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 14 oktyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, X13 1928-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 661009 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1960-cı il tarixdə anadan olmuşdur. Onun atası X7, anası isə X8r. İş materiallarına əlavə edilmiş “Şəki rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli 67/2 nömrəli məktubdan görünür ki, 1943-cü ilə aid sənədlər elmi-tarixi əhəmiyyətini itirdiyinə görə arxiv qaydası ilə ləğv edilmişdir. Ona görə də, Ağaməmmədov (Məmmədov) Məmməd Məmməd oğlunun ölümü haqqında sənədin verilməsi mümkün deyil. İş materiallarına əlavə edilmiş Respublika Dövlət arxivinin Şəki Filialı tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli, 777 nömrəli məktubun surətindən görünür ki, Nuxa VVAQ şöbəsinin 1943-cü ilin “Ölüm aktlarının qeydiyyatə” kitablarına əsasən X9 ölümü barədə qeydiyyat tapılmamışdır. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti başçısının “Arxüstü” məhəllə nümayəndəsi tərəfindən verilmiş 21 noyabr 2022-ci il tarixli, 187 nömrəli arayışın surətindən görünür ki, həqiqətən də X14 ilə X6 eyni şəxsdir. O, 19 sentyabr 1943-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon Qeydiyyat Şöbəsinin 19 oktyabr 2022-ci il tarixli məktubunun surətindən görünür ki, X2 ölümü haqqında akt qeydi aşkar edilmədiyindən İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci mаddəsinin tələbinə görə, isə qаnunvericiliklə müəyyən edilməsinin bаşqа qаydаsı nəzərdə tutulmаmışsа, hüquqi əhəmiyyəti olаn fаktlаr məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; - ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar: - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar; - hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. İşdən göründüyü kimi, ərizəçinin tələbi 1877-ci il tarixdə anadan olmuş X2 19 sentyabr 1943-cü il tarixdə Şəki şəhərində vəfat etməsi, Məmməd Məmmədovun adına olan 13 mart 1963-cü il tarixli 4552 nömrəli Şəki şəhəri, F.X.Xoyski küçəsi döngə 3, 6 nömrəli (Nuxa şəhəri, Per.K.Marks, №-3, ev-6) evin texniki pasportunun və Məmməd Məmməd oğlunun adına olan 09 aprel 1938-ci il tarixli, 3530 nömrəli torpaq qeydinin X4 məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. İş materiallarına əlavə edilmiş foto şəkillərdə əks edilmiş qəbir daşının (...əmmədov ...əmməd ...əmməd oğlu kimi oxunur) nəticəsində məhz X4 məxsus olub-olmaması müəyyən olunmur. X14 ilə X2 eyni şəxs olması və onun 19 sentyabr 1943-cü il tarixdə vəfat etməsinə dair məhəllə nümayəndəsi tərəfindən verilmiş arayışa məhkəmə tənqidi yanaır, başqa sübutlarla təsdiq olunmadığından əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi tələbə uyğun gələn qanuni əsasın tapılmasından və ərizəçinin məhkəməyə bildirdiyi faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarına əlavə edilmiş məktubdan görünür ki, ərizəçi babasının ölümü haqqında şəhadətnaməsinin təkrar surətinin verilməsi barədə Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi bundan imtina etmişdir. Ərizəçi Şəki rayon Qeydiyyat Şöbəsinin bu hərəkətini inzibati qaydada mübahisələndirməmişdir. Bundan başqa Məmməd Məmmədovun adına olan 13 mart 1963-cü il tarixli 4552 nömrəli Şəki şəhəri, F.X.Xoyski küçəsi döngə 3, 6 nömrəli (Nuxa şəhəri, Per.K.Marks, №- 3, ev-6) evin texniki pasportunun və Məmməd Məmməd oğlunun adına olan 09 aprel 1938-ci il tarixli, 3530 nömrəli torpaq qeydinin X4 məxsus olması ilə bağlı ərizəçi məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, ərizəçi İddiaçı 1877-ci il tarixdə anadan olmuş X2 19 sentyabr 1943-cü il tarixdə Şəki şəhərində vəfat etməsi, Məmməd Məmmədovun adına olan 13 mart 1963-cü il tarixli 4552 nömrəli Şəki şəhəri, F.X.Xoyski küçəsi döngə 3, 6 nömrəli (Nuxa şəhəri, Per.K.Marks, №-3, ev-6) evin texniki pasportunun və Məmməd Məmməd oğlunun adına olan 09 aprel 1938-ci il tarixli, 3530 nömrəli torpaq qeydinin X4 məxsus olması hüquqi faktı müəyyən edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi İddiaçı 1877-ci il tarixdə anadan olmuş X2 19 sentyabr 1943-cü il tarixdə Şəki şəhərində vəfat etməsi, Məmməd Məmmədovun adına olan 13 mart 1963-cü il tarixli 4552 nömrəli Şəki şəhəri, F.X.Xoyski küçəsi döngə 3, 6 nömrəli (Nuxa şəhəri, Per.K.Marks, №- 3, ev-6) evin texniki pasportunun və Məmməd Məmməd oğlunun adına olan 09 aprel 1938-ci il tarixli, 3530 nömrəli torpaq qeydinin X4 məxsus olması hüquqi faktı müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Ərizəçi İddiaçı dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-255/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-255/2023
02.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver