Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2569/2021 27.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi İddiaçı və onun vəkili Nümayəndə, Maraqlı şəxs Cavabdeh Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi İddiaçı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək 20 iyun 2003-cü il təvəllüdlü X1nun fəaliyyət qabiliyətsiz hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, X10 ilə 24 aprel 1996-cı ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 20 iyun 2003-cü ildə, Şəki şəhərində X7 adlı uşaqları anadan olmuşdur. X1 doğulduğu andan çox ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir və hərəkətlərinin mənasını dərk edə bilmir. Doğulduğu andan ona o və anası tərəfindən zəruri qulluq göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli, 947 nömrəli arayışdan görünür ki, X7 24 iyun 2019-cu il tarixdən çox ağır əqli gerilik davranış pozğunluğu diaqnozu ilə Şəki Rayon Psixiatriya xəstəxanasında dispanser müşahidədədir. Hal-hazırda oğlunun səhhəti daha da pisləşmişdir, o çox ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir və hərəkətlərinin mənasını dərk edə bilmir. Uzun illərdir ki, oğlu ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir və ruhi xəstəliyinə görə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Bu səbəbdən də o, X1na himayəçi təyin olunması üçün Şəki Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının 18 oktyabr 2021-ci il tarixli, 7/C-69- 099 nömrəli məktubunda o, X1nun məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin komissiyaya təqdim olunduqdan sonra qəyyum təyin edilməyi məsələsinə baxılacağını bildirilmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı vəkili Nümayəndə ərizəçi İddiaçı ilə eyni məzmunda izahat verərək ərizənin təmin olunması məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. İşdə olan 11 iyul 2003-cü il tarixli AZ-İ 365708 seriya nömrəli X6 təsdiq edilmiş surətindən görünür ki, 20 iyun 2003-cü il təvəllüdlü X3 atası İddiaçı, anası isə X2r. İşdə olan 13 oktyabr 2021-ci il tarixli Tibbi Sosial Ekspert Komissiyasının cavabından görünür ki, 20.06.2003-cü il təvəllüdlü X7 F73.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Şox ağır əqli gerilik psixopatabənzər davranış pozuntusu, özünə qulluq qabiliyyətinin olmaması və kənar şəxslərin qulluğuna ehtiyacı olması diaqnozu qoyulmuşdur. İşdə olan 16 oktyabr 2021-ci il tarixdə çıxarılmış Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dait məlumatdan görünür ki, 20.06.2003-cü il təvəllüdlü birinci dərəcəli əlildir. F73.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Şox ağır əqli gerilik psixopatabənzər davranış pozuntusu, özünə qulluq qabiliyyətinin olmaması və kənar şəxslərin qulluğuna ehtiyacı vardır. İşdə olan Şəki Rayon Psixiatriya xəstəxanası tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli 947 nömrəli arayışdan görünür ki, Şəki şəhəri, İ.Həmidov küçəsi, ev 213-də yaşayan 20 iyun 2003-cü il təvəllüdlü X7 24 iyun 2019-cu il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. İşdə olan Şəki Rayon Psixiatriya xəstəxanası tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli 948 nömrəli arayışdan görünür ki, Şəki şəhəri, İ.Həmidov küçəsi, ev 213-də yaşayan xx xxxxxx 1965-ci il təvəllüdlü İddiaçı Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli, 198 saylı rəyindən görünür ki, fiziki vəziyyəti: Orta boylu, displastik bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Səhhətindən şikayət təqdim etmir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/t 120/70 mm c.s.b. nəbzi dəqiqədə 68 vurğudur. Nevroloji vəziyyəti: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri qeyribərabərdir, fotoreaksiyasi zəifdir. Əzələ-vətər refleksləri canlıdır. Romberq duruşunda davamsızdır, irəli uzadılmış əl barmaqlarında əsmə vardır. Psixi vəziyyəti: Xarici görünüşü səliqəsizdir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara heç bir reaksiya vermir, anlaşılmaz səslər çıxarır. Onunla ünsiyyət qurmaq mümkün olmadığından bütün məlumatlar atası İddiaçı toplanmışdır. Neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilmir. Əhvalı davamsızdır, narahat və gərgindir. Yaddaşı kobud pozulub. Təfəkkürü parçalanıb. Oxumaq, yazmaq vərdişləri yoxdur. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi çox daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları davamsızdır. Düşdüyü vəziyyətə heç bir tənqidi yoxdur. İntellekti inkişafdan kəskin geri qalıb, şəxsiyyəti qüsurludur, İQ=24%. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X7 anadangəlmə xroniki xəstəlik olan ÇOX AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT- 10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F73.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülkü işin materialları tibbi sənədlər (Şəki rayon Psixiatriya Xəstxəxanasından verilmiş 19.10.2021-ci il tarixli 947 saylı arayış, TSEK-dən verilmiş 21.06.2021-ci il tarixli şəhadətləndirilmə aktı) anamestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda davranış olunması, bələdliyinin pozulması, verilən suallara anlaşılmaz səslər çıxarmaqla reaksiya verməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin çox daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=24% və s.) imkan verir. X7 uşaqlıqdan ÇOX AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT- 10 (Psixi və davranış pozuntulaının beynəlxalq təsnifatı 10-cu baxış) F73.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X7 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X3 uşaqlıqdan xəstə olmaqla ona əvvəllər müavinət, sonralar isə İ qrup müddətsiz əlillik təyin edilməsi, daim valideyinlərinin nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacı olması,orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, oxumaq və yazmaq vərdişlərinin olmaması, xəstəliyi ilə əlaqədar olaraq hərbi uçotdan silinməklə hərbi xidmətə çağırılmaması, hazırki ekspertiza zamanı onda kobud təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara anlaşılmaz səslər çıxarmaqla reaksiya verməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını,ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması,onda narahatlıq və gərginlik müşahidə edilməsi, yaddaşının kobud pozulması,təfəkkürünün parçalanması,oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin çox daralması və fizioloji tələblərlə motivləşməsi.abstrakt və məntiqi təfəkkürünün olmaması,tənqidi funksiyalarının kobud pozulması,intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=24 % və s.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X3 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X3 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin də müvafiq rəyi vardır. Ərizəçi İddiaçı X1nun psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 20 iyun 2003-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Şəki şəhəri, İ.Həmidov küçəsi, 2/3 saylı evdə yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 20 iyun 2003-cü il tarixdə Şəki şəhərində anadan olmuş, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-2569/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2569/2021
27.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver