Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2607/2022 12.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və paylı mülkiyyət əsasında onlara məxsus olan evdən (torpaq sahəsi ilə birlikdə) ½ (ikidə bir) hissədən ibarət olmaqla payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələbləri rəhbər tutularaq geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi qaytarılır. Həmçinin həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə də iddia ərizəsi qaytarılır. Belə ki, məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsi ilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə dəqiq və aydın göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi və ona əlavə edilmiş iddiaçının özünə geri qaytarılmalıdır. Belə ki, İddiaçı ünvan 2 ünvanında yerləşən və paylı mülkiyyət əsasında onlara məxsus olan evdən (torpaq sahəsi ilə birlikdə) ½ (ikidə bir) hissədən ibarət olmaqla payının naturada ayrılmasını xahiş etsə də, ünvan 2 ünvanında onların birgə nikahları dövründə əmlak əldə etmələrinə dair hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Yəni iddiaçı onlara məxsus olması iddia edilən ünvan 2 ünvanında yerləşən əmlakı özündə əks etdirən dövlət qeydiyyatından keçmiş mülkiyyət sənədini əldə edərək işə əlavə etməmişdir. Bundan başqa MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını da iddia ərizəsinə əlavə etməmişdir. Lakin mülki prosessual qanunvericilik iddiaçı tərəfindən onun öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, həmçinin onları təsdiq edən sübutların siyahısını iddia ərizəsinə əlavə edilməsini imperativ şəkildə göstərmişdir. Bundan başqa iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilməməsi ilə bağlı halları iddia ərizəsində göstərməmiş və buna dair sübutu da iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, MPM-nin 150.3-cü maddəsinə görə iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı iddianın forma və məzmununa riayət etməmişdir. Bütün yuxarıda şərh olunanlara əsasən İddiaçı iddia ərizəsi geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli və iddia ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddia ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-2607/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2607/2022
12.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver