Məhkəmə qərarları › İş №e-2(075)-264/2025

Şəki Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(075)-264/2025

18.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-264/2025 18.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair mülki işə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı cavabdehlər X3 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ondan aldığı “Volkswagen Jetta” minik markalı 2005-ci il buraxılışlı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 16 ay ərzində 2023-cü il tarixdən 2024-cü ilin dekabr ayına qədər olan müddət üçün hər ay 370 manat olmaqla hesablanmış 5920 manat məbləğdən 4860 manat qalıq borc pul və ödənilmiş 122 manat dövlət rüsumunun və “Volkswagen Jetta” minik markalı, 2005-ci il buraxılışlı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin və ya avtomobilin dəyəri olan 5500 manat (beş min beş yüz) manat X1 alınıb ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona məxsus olan “Volkswagen Jetta” minik markalı 2005-ci il buraxılışlı ** TH *** dövlət qeydiyyat nişanlı avtomaşınını 15 ay müddətində hər ay 370 manat olmaqla vətəndaş X3 X6 Haqqında İltizama əsasən icarəyə vermişdir. Ümumilikdə 1060 manat pul ödəmişdir. Onun tərəfindən verilmiş 05 avqust 2023-cü il tarixil nəqliyyat vasitəsinin idarə etmə etibarnaməsini xx.xx.2023-cü il tarixdə ləğv etmişdir. Beləliklə, cavabdeh aralarında bağlanmış X6 Haqqında İltizama (Razılaşmaya) əsasən 15 ay ərizində hər ay 370 manat ödəməyi öhdəsinə götürsə də, yalnız 1060 manat pul ödəmişdir. Müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi ilə Müqavilədə nəzərdə tutulan normaları da pozmuş müqavilənin mahiyyətinə zidd olaraq avtomaşından istifadə edərək 1060 manat pul ödəmişdir. Onun hərəkətlərindən belə məlum olur ki, icarə haqqını vermək fikri də yoxdur. Cavabdeh bu günə kimi X6 haqqında iltizamı üzrə 4490 manat olmuş pulu ödəmədiyindən o, hesab edir ki, avtomobilin onda olduğu müddətdə hər ay üçün 370 manatdan hesablasaq 2024-cü ilin dekabr ayına kimi yaranmış 5920 manat məbləğdən 4860 manat borc pul ondan alınaraq ona ödənilməli və avtomobil də ondan alınaraq (avtomobil olmasa dəyəri 5500 manat) (Beş min beş yüz manat) alınaraq ona təhvil verilməlidir. Hesab edir ki, məhkəmə cavabdeh X2 ondan X6 Haqqında İltizamı şərtləri üzrə icarəyə götürdüyü “Volkswagen Jetta” minik markalı 2005-ci il buraxılışlı ** TH *** dövət qeydiyyat nişanlı avtomobilə görə 16 ay müddət üçün hər ay 370 manat olmaqla və ödənilmiş 122 manat dövlət rüsumunun cavabdeh X1 alınıb ona ödənilməsi, “Volkswagen Jetta” minik markalı, 2005-ci il buraxılışlı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin və ya avtomobilin dəyəri 5500 manat (beş min beş yüz) manat cavabdeh X1 alınaraq ona təhvil verilməsi haqqında qətnamə qəbul etməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, mülki işə qiyabi icraat qaydasında baxıb iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdeh X5 məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı məhkəmə iclasında ərizə verərək, cavabdeh X2 məhkəmə iclaslarına gəlmədiyi üçün iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat vermədiyinə görə, iddiaçı isə buna etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; 05 avqust 2023-cü il tarixli, 865613 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı tərəfindən “Volkswagen Jetta” markalı, **-TH- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair X3 01 il 03 ay müddətinə etibarnamə verilmişdir. 04 avqust 2023-cü il tarixli X6 haqqında iltizamından görünür ki, X5 2005-ci il buraxılışı olan **-TH-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Jetta” markalı avtomobili öncə tam yoxlamış (yoxlatmış) qiyməti ilə razı olduqdan sonra qəbul etmişdir. Avtomobili qəbul etdikdən sonra 15 ay müddətinə hər ay 370 AZN olmaqla ayın 04-nə kimi ödəniş etməyi öhdəsinə götürür. Əgər ödənişi 2 gün gecikdirdiyi halda qarşıdan gələn növbəti ayın ödənişi ödəməyi öhdəsinə götürür əks halda qarşıdan gələn ayların etibarnaməsinin ləğv olunacağını bilir. Ödənişi 2 gün və daha çox gecikdirdiyi halda "xxxx" MMC-nin istənilən əməkdaşı yerindən və vəziyyətindən asılı olmayaraq onun iştirakı olub-olmaması fərqi olmadan avtomobili götürmək ixtiyarına malikdir. Buna razıdır və belə razılaşmışdır. Ödənişi tam həyata keçirdikdən sonra idarəetmə etibarnaməsi ləğv edilir və ona 5 günlük baş etibarnamə verilir və avtomobil öz adına sənədləşdirilməlidir əks təqdirdə gələcəkdə yaranan problemlərə görə məsuliyyət daşımamağı bilir. (Ödəniş bitdikdə həmin gün baş etibarnamə alınmalıdır. Əks halda 150 AZN ödəməli olacağını bilir) Bütün notariat xərclər onun tərəfindən ödənilir. Ödənişi 3 gün gecikdirdiyi halda ona verilmiş etibarnamə ləğv edilə və avtomobilin qaytarılması haqda qərar qəbul edilə bilər. Bu halda ödədiyi pullar geri qaytarılmır. (İlkin və aylıq etdiyi ödənişlər) Əgər avtomobilin dalınca ünvana və yaxud hardasa axtarılarsa Bakı daxili 100 AZN şəhərdən kənar axtarışa 400-500 AZN xidmət haqqı müəyyən olunacaq. Avtomobili üçüncü şəxsə satmaq istədiyi zaman satıcıya müraciət etməlidir. Bu zaman 200 AZN və növbəti ayın ödənişi əvvəlcədən ödənilməlidir. (Sonradan gələcəkdə yaranan hər hansısa məhkəmə, sığorta, avtomobil cəriməsi və yaxud hər hansı məsələyə görə avtombil sahibi məsuliyyət daşımamasını bilir) İddiaçı ünvan ünvanladığı ərizədən görünür ki, o, X3 verdiyi xx.xx.2023-cü il tarixli etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir . Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1098.2-ci əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı Salamzadə X4 Vasitəsinin İcarə Haqqında İltizama əsasən ona məxsus olan “Volkswagen Jetta” minik markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili 15 ay müddətində hər ay 370 manat olmaqla vətəndaş X3 icarəyə vermişdir. Cavabdeh aralarında əldə edilmiş razılşamaya görə 15 ay müddətində hər ay 370 manat məbləğində ödəniş etməli olmasına baxmayarq, o bugünə kimi iddiaçıya ümumilikdə 1060 manat məbləğində pul ödəmişdir. İddiaçıya məxsus olan “Volkswagen Jetta” minik markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin aralarında əldə edilmiş razılaşmaya əsasən cavabdeh öhdəliklərini icra etmədiyinə görə ona verilmiş müvafiq etibarnamənin iddiaçı tərəfindən ləğv edilməsini nəzərə alaraq belə qənaətə gəlir ki, avtomobil hazırda cavabdehin qanunsuz sahibliyindədir və iddiaçı haqlı olaraq avtomobilin ona qaytarılmasını, o olmadıqda isə 5500 manat olan dəyərinin ödənilməsini tələb edir. Məhkəmə, avtomobilin dəyərinin tərəflər arasında əldə edilmiş razılaşmada 5500 manat qiymətləndirildiyini nəzərə alaraq, iddiaçının bu mövqeyi ilə də razılaşır. Bundan başqa, məhkəmə iddianın “2024-cü ilin dekabr ayına kimi yəni, 4860 manat ödəmədiyi pul məbləğində borcunun ödənilməsi” hissəsinin də əsaslı və təmin edilməli olması nəticəsinə gəlir. Belə ki, cavabdeh 30 iyul 2024-cü il tarixli razılaşma əldə edildikdən sonra hər ayın 04-nə qədər 370 manat ödəməli olduğu halda, avtomobili təhvil alsa da, öhdəliyini tam şəkildə icra etməmiş və iddiaçıya ümumilikdə 1060 manat məbləğində icarə haqqı ödəmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus 2005-ci il buraxılışlı, “Volkswagen Jetta” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən ona qaytarılmalı, avtomobil olmadıqda onun dəyəri olan 5500 (beş min beş yüz) manat məbləğində pul, həmçinin 4860 (dörd min səkkiz yüz altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş 122 (bir yüz iyirmi iki) manat manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı məxsus 2005-ci il buraxılışlı, “Volkswagen Jetta” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh X1 alınaraq İddiaçı qaytarılsın. Avtomobil olmadığı halda, onun dəyəri olan 5500 (beş min beş yüz) manat məbləğində pul, həmçinin 4860 (dörd min səkkiz yüz altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş 122 (bir yüz iyirmi iki) manat məbləğində dövlət rüsumu cavabdeh X1 alınaraq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şəki Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar