Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2751/2024 05.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsin qarşı ərizə ilə məhəməyə müraciət edərək, adına tərtib edilmiş EQ 17576999 nömrəli protokolun ləğv edilməsi və ya protokolun tərtib edilməsinə əsas olmuş maddənin əsl pozuntunun müvafiq maddəsi ilə əvəz edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edir ki, hazırkı ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə iddia icraatı qaydasında deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri qaydasında şikayət verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də, inzibati xəta haqqında iş üzrə qərardan hansı şəxslərin, hansı yerin məhkəməsinə, hansı qaydada və müddətdə şikayət verilməsi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəyə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 129.5-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. 130.1-ci maddəyə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəyə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəyə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 131.1-ci maddəyə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Göründüyü kimi, qanunun tələbinə görə inzibati xəta haqqında qərardan şikayətə iddia ərizəsi formasında mülki məhkəmə icraatı qaydasında deyil, belə şikayətlərə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılır və bunun üçün ərizəçi inzibati xəta haqqında iş üzrə icraat qaydasında barəsində qəbul edilmiş qərardan şikayət ərizəsi ilə özünün yaşayış yeri və ya inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. Bu zaman inzibati xəta haqqında iş üzrə qərardan şikayətin verilməsi üçün prosessual müddət buraxıldığı halda, şəxs şikayətlə birlikdə həmin müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsinin mülki məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli, İddiaçı barəsində qəbul edilmiş qərardan şikayətlə özünün yaşayış yeri və ya inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı inzibati xəta haqqında iş üzrə protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsinin mülki məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı barəsində qəbul edilmiş qərardan şikayətlə özünün yaşayış yeri və ya inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2751/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2751/2024
05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver