Məhkəmə qərarları › İş №e-2(075)-30/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-30/2023

23.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-30/2023 23.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Şəki Rayon Qeydiyyat Şöbəsinə qarşı atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun atasının X10 olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1966-cı il tarixdə Nuxa (Şəki) rayonunda andan olmuşdur. Ona məxsus olan ******* nömrəli doğum haqqında şəhadətnamədə anasının X20 olması qeyd edilmiş, ancaq ata qrafasında atasının kim olması göstərilməmişdir. X5 01 aprel 1948-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Bu barədə 14 oktyabr 1962-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində 294 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Onun faktiki atası olan Cavabdeh1 30 avqust 1942-oi ildə Şəki şəhərində anadan olmuşdur. Atası Cavabdeh1 ilə X5 arasında qeyrirəsmi nikah münasibətləri olmuş, həmin münasibətlər, onların deməsinə görə təxminən 1964-cü ildən 1965-ci ilədək davam etmişdir. Daha sonra münasibətləri alınmadığından ayrılmışlar və atası ba.qa şəxslə ailə qurmuşdur. Göründüyü kimi atası Cavabdeh1 ilə X5 faktiki ailə münasibətlərində olmuş, ər-arvad kimi yaşamışlar. Onların faktiki ailə münasibətlərindən, qeyri-rəsmi nikahından xx xxxx 1966-cı il Nuxa (Şəki) rayonunda o, Abdullayevə (Səfərova) Dilşad Sabir qızı andan olmuşdur. Lakin atası ilə anası arasında rəsmi nikah olmadığından onun doğum haqqında şəhadətnaməsində ata qrafası boş göstərilmişdir. Şəki rayon qeydiyyat şöbəsinin 29 mart 2022-ci il tarixli arayışı ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 və X11 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində nikah haqqında akt qeydi aşkar edilməmişdir. X5 12 sentyabr 2020-ci il tarixdə ürək çatışmazlığı səbəbi ilə ölmüşdür. 02 mart 2022-ci il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsinə müracuiət edərək X3 onun atası olması faktının müəyyən edilməsinin qeydə alınmasına köməklik edilməsini xahiş etmiş, Şəki rayon Qeydiyyat Şöbəsinin 02 mart 2022-ci il tarixli məktubu ilə bundan imtina etmişdir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında cavabdeh Şəki Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hazırkı Abdullayeva soyadını ərə gedəndən sonra qəbul etmişdir. Əvvəlki soyadı Səfərova olmuşdur. X1 ilə X5 qeyri-rəsmi ailə münasibətində olmuşlar. Onların nikahları rəsmiləşdirilməyib. Daha sonra valideynləri ayrılmış və anası onu atıb getmişdir. Ərə gedənə qədər atası Zabitin yanında qalmışdır. Onu, atası Zabit böyütmüş və o, ərə vermişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 iddia tələbini qəbul edərək bildirmişdir ki, o, 3 dəfə ailəli olmuşdur. İddiaçı anası Səhrayə, onun ikinci arvadı olmuşdur. Səhrayə ilə 1 il 6 ay nikahsız yaşamış, Dilşad anadan olandan 1-2 ay sonra Səhrayə qızını onun yanında qoyaraq getmişdir. Dilşad, həqiqətən də onun qızıdır. Eyni zamanda bildirmişdir ki, onu hamı Sabir kimi tanıyır. Bu səbəbdən, şəhadətnamədə adı Zabit yerinə Sabir yazılmışdır. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, İddiaçı əridir. Ailə qurmamışdan əvvəl el adəti ilə elçilik zamanı Dilşadı atası X2 istəmiş və onun razılığı ilə Dilşadla 06 may 1987-ci il tarixdə rəsmi ailə qurmuşdur. İddiaçı atası X7r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, Dilşadın qaynıdır. Dilşadın atası X7r. Zabitlə bir yerdə işləyiblər. Zabitin ləqəbi Sabirdi. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx xxxx 1966-cı il tarixdə anadan olmuş, onun anası X15r. Ata qrafası isə boşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 30 avqust 1942-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 12 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 mart 2022-ci il tarixli arayışın surətindən görünür ki, X10 ilə X14 barəsində 1963-1967-ci illərdə nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X16 nikahı 06 may 1987-ci il tarixdə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra ərin soyadı Abdullayev, arvadın soyadı isə Abdullayeva olmuşdur. İş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(075)-1227/2022 saylı qərardadı ilə məhkəmə tibbi-bioloji ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X22 Publik hüquqi şəxsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X22 Publik hüquqi şəxsinin 25 noyabr 2022-ci il tarixli, 633/2022-MTBŞ nömrəli rəyindən görünür ki, qan qrupu faktorlarına görə alınmış göstəricilərə və X14 şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən X21 və X2 ibarət olan cütlükdən X8 törəməsi mümkündür. Bu halda X4, X9 qarşı atalıq fakti inkar olunmur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının X5 ilə Cavabdeh1 qeyri-rəsmi ailə qurmuşlar. Həmin ailə münasibətindən iddiaçı Abdullaveva (Səfərova) Dilşad Sabir qızı anadan olmuşdur. İddiaçı anadan olandan bir müddət sonra anası onu atasının, yəni Cavabdeh1 yanında qoyaraq getmişdir. İddiaçını atası böyütmüşdür. İddiaçıya doğum haqqında şəhadətnamə tərtib edilərkən ata qrafası boş buraxılmışdır. Ona görə də, X17 atalığın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh1 da iddia tələbini qəbul edərək, iddiaçının onun qızı olmasını etiraf edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağı atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Beləliklə, məhkəmə araşdırması, iş materialları və ekspert rəyi ilə Cavabdeh1 X8 atası olması tam sübuta yetirilir. Qeyd edilən halı təkzib edəcək hər hansı sübut mövcud deyildir. Məhkəmə hesab edir ki, ekspert rəyinə hüquqi qiymət verilərək həmin rəy sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X18rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 iddiaçı X8 atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 iddiaçı X8 atası olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar