Məhkəmə qərarları › İş №e-2(075)-30/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-30/2024

06.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-30/2024 06.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyv İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X12, Cavabdeh X16 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnamə və qərarında qeyd olunan vəsaitin cavabdeh tərəfindən qəsdən gecikdirildiyini nəzərə alaraq, 19.349,40 manat gecikdirilməyə görə faizin Cavabdeh tutulması, tutmanın cavabdehin mülkiyyətində olan Şəki şəhəri, S.Mümtaz küçəsindəki 0,0102 ha torpaq sahəsində yerləşən 99,0 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması yolu ilə pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə təqdim edərək, qeyri-yaşayış sahəsini işlətməyə cavabdeh tərəfindən yaradılan maneələrə görə 31.500 manat zərər, 19.349,40 manat gecikdirilməyə görə faiz və 25.338,50 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə, 76.187,90 manat pulun Cavabdeh tutulması, tutmanın cavabdehin sahibliyində olan Şəki şəhəri, S.Mümtaz küçəsindəki 0,0102 ha torpaq sahəsində yerləşən 99,0 kv.m. ümumi sahəsi olan qeyriyaşayış sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması yolu ilə pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə yolladığı iddia ərizəsinə əsasən, məhkəmə qətnaməsi ilə tutulması qeyd olunan vəsaitin cavabdeh tərəfindən qəsdən gecikdirildiyini nəzərə alaraq, 19.349,40 manat gecikdirilməyə görə faizin Cavabdeh tutulması və sair tələblər barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Şəki Rayon Məhkəməsinin icraatına daxil olmuş və Şəki rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(075)-816/2023 saylı qərardadı ilə iddia ərizəsi elektron verilmədiyindən geri qaytarılmışdır. Məhkəmənin qeyd etdiyi iradı ilə razılaşdığı üçün o qərardaddan şikayət verməmiş və qeyd edilən iddia ərizəsini elektron qaydada məkhəməyə təqdim etmək qərarına gəlmişdir. Cavabdehlər X9, X17 və X21 qarşı “qeyri-yaşayış sahəsinin tikinti-təmir işlərinə və özəlləşdirməyə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X14, X24 və Cavabdeh, miras əmlakı hesab edilən 0,0102 hektar torpaq sahəsində yerləşən, 99,0 kv.metr ümumi sahəsi olan, Şəki şəhəri, S.Mümtaz küçəsindəki qeyri-yaşayış binasının özəlləşdirilməsi və orada aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş xərclərin cəmi məbləği kimi 57000 manat və Şəki rayonu Qoxmuq kəndinin “Qarabulaq” ərazisindəki, ümumi sahəsi 153,2 kv.metr olan “Qarabulaq” yeməkxanasının özəlləşdirilməsi üçün verdiyi 8000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəməyə iddia tələbinin azaldılması və dəqiqləşdirməsi barədə ərizə təqdim edərək mərhum X15 miras qalan 0,0102 hektar torpaq sahəsində yerləşən, 99,0 kv.metr ümumi sahəsi olan, Şəki şəhəri, S.Mümtaz küçəsindəki qeyriyaşayış binasının özəlləşdirilməsi və orada aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş xərcərin cəmi məbləği kimi 57.000 manatın və Şəki rayonu Qoxmuq kəndinin “Qarabulaq” ərazisindəki, ümumi sahəsi 153,2 kv.metr olan “Qarabulaq” yeməkxanasının özəlləşdirilməsi üçün verdiyi 8.000 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli 2(075)-9/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasında aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş cəmi 25039,95 manat məbləğində xərcin tutularaq İddiaçı verilməsi, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatının iddiaçının özünə aid edilməsi, 20 manatının isə cavabdehdən alınaraq iddiaçıya verilməsi, mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 400 manatın 300 manatının Cavabdeh, 100 manatının isə İddiaçı alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesaba ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-88/2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasında aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş cəmi 42.400 manatın tutularaq İddiaçı verilməsi, mülki iş üzrə məhkəmə xərci olan 400 manatın 336 manatının cavabdehdən, 64 manatının isə iddiaçıdan alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 300 manatın 252 manatının cavabdehdən, 48 manatının isə iddiaçıdan alınıb “X19” MMC-nin hesabına keçirilməsi, iddiaçının dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun 25 manatının cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4239/2021 saylı qərarı ilə kasasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-88/2021 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-125/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(075)- 9/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasında aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş xərcə görə 14.569,88 manatın, 7.66 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza xərclərinin 102.23 manat, 76.68 manat və 25.55 manatının Cavabdeh, qalan 297.77 manat, 253.32 manat və 74.45 manatının İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli 2(102)-3048/22 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-125/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Beləliklə də hazırki iş üzrə cavabdeh tərəfindən ona zərər vurulduğu və bu zərər səbəbindən əldən çıxmış faydamın olduğu öz təsdiqini tapmışdır. Lakin hazırki iş üzrə cavabdeh bu günədək ona vurulan zərəri ödəmək niyyətində deyil və müxtəlif yollarla ona ödəniş etməkdən yayınmağa çalışır. Cavabdehin bu hərəkətlərinin ona vurulan zərəri artırdığını və əldən çıxmış faydanın yarandığını nəzərə alaraq, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, apellyasiya icraatının yeni araşdırması zamanı cavabdeh məhkəmənin elektron poçtuna vəsatət ünvanlayaraq uzun surən məhkəmə çəkişmələrindən qurtarmaq üçün 2013-2018-ci illər ərzində infilyasiya faizi (yəni 290.7 faiz) dərəcəsinə nisbətinin hesablanaraq qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi cavabdeh zərər vurulduğunu etiraf etsə də bu günədək o zərərin aradan qaldırılması üçün heç bir zəruri addım atmamışdır. Təbii ki, ötən bu müddət ərzində qeyd edilən pul məbləği də dəyərdən düşmüş və zərər artmışdır. Bundan əlavə, əvvəlki mülki işdə mübahisə predmetini təşkil edən 99 kv.m. qeyri-yaşayış sahəsini icarəyə verərək gəlir əldə etmək imkanları da məhdudlaşdırılmış və cavabdeh ödənişi vaxtında yerinə yetirmədiyindən onun əldən çıxmış faydası hər iki halda artmışdır. Bu səbəbdən də belə hesab edir ki, məhkəmə hazırki iddia ərizəsində qeyd edilən halları araşdırmalı və ödədiyi pul vəsaitinin, həmin vəsaitin bilərəkdən gecikdirilməsinə görə nəzərdə tutulan bank uçot dərəcəsinə uyğun cərimə və əldən çıxmış faydanın mülki iş üzrə cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxaracaqdır. Əgər cavabdeh bilərəkdən onun qeyri-yaşayış sahəsindən istifadəsinə maneə yaratmasaydı o hər ay 500 (beş yüz) manat olmaqla qeyriyaşayış sahəsindən gəlir əldə edə bilərdi. Lakin, təəssüf ki, yaradılan maneələr onun belə zərərə düşməyinə səbəb olmuşdur. Cavabdehin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının vərəsəlik qaydasında 2018-ci il tarixdən qeydə alındığını nəzərə alaraq, o zərərinin 2018-2023-cü illəri əhatə edən 63 aylıq dövr üzrə hesablanmasını apararaq, zərəri (63X500) 31.500 (otuz bir min beş yüz) manat qiymətləndirir. Qanunvericiliyin normalarından da göründüyü kimi cavabdeh pul vəsaitini bilərəkdən alaraq onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirdiyi üçün bank uçot dərəcəsinə uyğun olaraq ona əlavə pul ödəməlidir. Həmçinin belə hesab edir ki, cavabdeh tərəfindən faizlər hesablanan zaman ona dəyən zərərlə yanaşı əvvəlki qətnamələrdə qeyd edilən məbləğlər də nəzərə alınmalı və 31.500 manatın deyil, 46.069,88 (qırx altımin altmış doqquz manat 88 qəpik) manatın faizləri hesablanmalıdır. Mülki qanunvericilik bu faizin hesablanmasının əsas meyarı kimi bank uçot dərəcəsini nəzərə almağı qeyd edir, həmin məbləğin 2018-2022-ci illər ərzindəki faizlərini aşağıdakı kimi qiymətləndir: 2018-ci il üzrə (11%) – 5067,7 manat, 2019-cu il üzrə (9%) – 4146,3 manat, 2020-ci il üzrə (7%) – 3224,9 manat, 2021-ci il üzrə (7%) – 3224,9 manat, 2022-ci il üzrə (8%) – 3685,6 manat. Göründüyü kimi bu 5 illik müddət ərzində olan hesablamaların cəmi 19.349,4 (on doqquz min üç yüz qırx doqquz manat 40 qəpik) manat faizin yarandığını deməyə əsas verir. Bundan əlavə, həmin şəxsin ona olan borcunu vaxtında ödəməməsi səbəbindən o bir sıra digər gəlirlərdən də məhrum olunmuşdur. Əgər pul vəsaiti cavabdeh tərəfindən ona vaxtında qaytarılsaydı o zaman o həmin pul vəsaitini ən azından banka depozit kimi qoyar və həmin puldan əlavə gəlir götürə bilərdi. Lakin, cavabdehin pul vəsaitini əsassız və qəsdən gecikdirməsi bu faydadan da onu məhrum etmişdir. Hazırda Azərbyacan Respublikasında fəaliyyət göstərən kommersiya banklarının əmanətlər üzrə faiz dərəcəsinə baxsaq görərik ki, "xxxx" QSC-də yerləşdirilən əmanətlərə görə illik 11% olmaqla əlavə ödəniş verir. Bu hissədə də o belə hesab edir ki, faizlərin hesablanmasında olduğu kimi əldən çıxmış faydanın hesablanması zamanı da ona dəyən zərərlə yanaşı əvvəlki qətnamələrdə qeyd edilən məbləğlər də nəzərə alınmalı və 31.500 manatın deyil, 46.069,88 (qırx altı min altmış doqquz manat səksən səkkiz qəpik) manatın əldən çıxmış faydası hesablanmalıdır. Bu isə onu deməyə əsas verir ki, həmin məbləğ 2018-ci il ərzində banka əmanət kimi yerləşdirilmiş olsaydı mənim 5 il ərzində illik 11%-dən əldə edəcəyim fayda 25.338,50 (iyirmi beş min üç yüz otuz səkkiz manat 50 qəpik) manat olacaqdı. İddia tələbinə qarşı etirazın dəlilləri; İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X22 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X16 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia əsassız olduğundan rədd edilməlidir. İşin halları; Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsindən görünür ki, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası X18 adına qeydiyyata alınmışdır. Şəki şəhər 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 06 sentyabr 2012ci il tarixli etibarnamənin surətindən görünür ki, X11 şəhəri, Salman Mümtaz küçəsində yerləşən ona məxsus qeyri-yaşayış binasına lazımi sənədləri toplamağı, Ərazi İdarəsinin 1 nömrəli forma və çıxarış almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tağşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. X5 06 sentyabr 2012-ci il tarixli ərizəsindən görünür ki, əri X18 adına olan Şəki Şəhəri, Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binasının satılmasına heç bir etirazı yoxdur. 29 noyabr 2012-ci il tarixli qeyri-yaşayış binasının dəyişmə müqaviləsindən görünür ki, Kərimov X7 Natiq Mahmud oğlunun etibarnaməsi əsasında mülkiyyətində olan Şəki şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2345 nömrəli arayış və 1/272 nömrəli, xx.xx.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən 0.0102 ha torpaq sahəsində yerləşən, 99.0 kv.m ümumi sahəsi olan ona məxsus Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binasını X3 vermiş, əvəzində isə Şəki şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2344 nömrəli arayış və 1/000077 nömrəli, xx.xx.2006-ci il tarixli şəhadətnaməyə əsasən X30 və X13 məxsus 0.0151 ha torpaq sahəsində yerləşən 131.6 kv.m. ümumi sahəsi olan X40 prospekti, 1A ünvanında yerləşən qeyri-yaşayış binasını etibarnamə əsasında X6 ona vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X23 ünvanlanmış 19 noyabr 2015-ci il tarixli məktubdan görünür ki, X18 etibarnamə üzrə nümayəndəsi X4 müraciəti əsasında 15 may 2003-cü il tarixdə X18 adına qeydiyyata alınmış Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun 29 noyabr 2012-ci tarixli, 4Ə-2/1133 saylı dəyişmə müqaviləsi əsasında X1 adına keçmiş və 18 dekabr 2012-ci il tarixdə hüquqların dövlət qeydiyyatı aparılaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2 (102)-3048/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (107)-125/2022 nömrəli iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2023-cü il tarixli, 9/4550 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, 01 yanvar 2018-ci il tarixdən xx.xx.2022-ci tarixinədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar nəzərə alındıqda 14.577,54 manat məbləğində pul vəsaitinin 31 dekabr 2022-ci il tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 20.102,43 manat (əsas məbləğ 14.577,54 manat faiz indeksi 5.524,89 manat) məbləğində olması müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 14.577,54 manat məbləğində pul vəsaiti üzrə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla 01 yanvar 2018-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan dövr ərzində hesablanan faiz ümumilikdə 5.955,04 manat təşkil edir. "xxxx" MMC-nin 21 avqust 2023-cü il tarixli, 009 saylı qiymətləndirmə rəyindən görünür ki, İddiaçı 18 avqust 2023-cü il tarixli ərizəsinə əsasən Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 2003-cü ildə özəlləşdirilmiş 0,0102 ha torpaq sahəsində yerləşən 99 kv m sahəsi olan pavilyon və arxasında tikilmiş 35 kv m anbar sahəsi olan, hazırda tikinti materialları satışı mağazası kimi baliyyət göstərən cəmi 134 kv.m sahəsi olan qeyriyaşayış obyektinin aylıq orta icarə haqqının müəyyənləşdirilməsi üçün qiymətləndirmə həyata keçirilmişdir. Hesabatda təsvir edilmiş tədqiqatı, həmçinin əldə edilmiş nəticələri, obyektin kommersiya cazibədarlığını, yerləşdiyi ərazinin əhəmiyyətini, digər üstün kommunikasiya elementlərini, yaxın ərazidə yerləşən analoji obyektlərin hazırkı icarə qiymətlərini müqayisəli təhlil edərək, daşınmaz əmlak bazarındakı hazırkı icarə qiymətlərinə əsaslanaraq qiymətləndirici qənaətə gəlmişdir ki, 21 avqust 2023-cü il tarixinə olan vəziyyətə obyektin aylıq orta icarə qiyməti 500 manat təşkil edir. Azərbayan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 6 iyun 2024-cü il tarixli, 17/0577 saylı qiymətləndirmə hesabatından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti, habelə əmlakın qiymətləndirilməsi səlahiyyətinə və "xxxx" MMC-nin Nizamnaməsinə uyğun olaraq ekspertləri tərəfindən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəs tərəfindən X18 adına verilmiş Qeydiyyat Vəsiqəsi əsasında ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması nəticəsində əldən çıxmış faydanın həcminin (2003- 2023-cü illər üzrə) müəyyən edilməsi üçün qiymətləndirilmə işi həyata keçirilmişdir. Apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması nəticəsində 2003-2023-cü illər üzrə əldən çıxmış faydanın 130 352 (bir yüz otuz min üç yüz əlli iki) manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2024-cü il tarixli, 9/572 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əsas məbləğ 10.102,43 AZN olmaqla Mərkəzi Bankın uçot faiz dərəcəsinə müvafiq olaraq hesablanmış faiz məbləği 5.010,95 manatdır; Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən 14.577,54 AZN pul məbləğinin 2023-cü ildə fevral ayında 2018-ci ilin yanvar ayına nisbətən istehlak qiymətləri indeksi 139,9% təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 39,9% artmışdır. 39,9% artım nəzərə alınmaqla qeyd edilən 2018-ci ilin yanvar ayının 14.577,54 manatının 2023-cü ilin fevral ayına dəyəri 20.393,98 manat (14.577554 + 39,9%) məbləğində müəyyən edilir. Ekspertiza təyini haqqında qərardadda qeyd edilən Şəki şəhəri, S.Mumtaz küçəsi, 35 B saylı, sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsinin və ona oxşar şəraitli analoji qeyri-yaşayış sahələrinin icarə haqqının orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 2021-ci il tarixə - 3600,00 (12 ay x 300 man) manat, 2022-2023-cü il tarixlərə - 9600,00 (24 ay x 400 manat) manat. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. 2003-2020-ci il tarixlərə Şəki şəhəri, S.Mumtaz küçəsi, 35 B saylı, sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsinin və ona oxşar şəraitli analoji qeyri-yaşayış sahələrinin icarə haqqının məbləği barədə məlumat əldə etmək mümkün olmamışdır. Qeyd edilir ki, həmin dövrdə mərkəzdə bu barədə tədqiqat aparılmadığından baza məlumatları mövcud deyil. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının; 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmənin mövqeyi; Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərlə, tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsində 19.349,40 manat gecikdirilməyə görə faizin Cavabdeh tutulması, tutmanın cavabdehin mülkiyyətində olan Şəki şəhəri, S.Mümtaz küçəsindəki 0,0102 ha torpaq sahəsində yerləşən 99,0 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması yolu ilə pulun ödənilməsi tələbini qoymuş və bu tələbin əsaslandırıldığı hallar kimi Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2 (102)-3048/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarında qeyd olunan vəsaitin cavabdeh tərəfindən qəsdən gecikdirildiyini və mübahisə predmetini təşkil edən 99 kv.m. qeyri-yaşayış sahəsini icarəyə verərək gəlir əldə etmək imkanlarını da məhdudlaşdırdığını göstərmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası X18 adına qeydiyyata alınmışdır. Sonradan həmin qeyri-yaşayış binası onun vərəsəsi olan Cavabdeh adına keçmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2 (102)-3048/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarından da göründüyü kimi, İddiaçı həmin qeyri-yaşayış binasının tikinti-təmiri üçün xərclədiyi məbləğ Cavabdeh alınaraq İddiaçı verilmişdir. İddiaçı iddia tələbində qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu, lakin cavabdehin ona məxsus olan Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binasından qanunsuz olaraq istifadə etməklə, onun gəlir əldə etmək imkanlarını da məhdudlaşdırdığını qeyd etsə də, qeyri-yaşayış sahəsinin ona məxsus olmasına dair mülkiyyət hüququ verən müvafiq sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir tələb üzrə iddiaçının üzərinə düşür. Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona zərərin (əldən çıxmış fayda və ya real zərərin) dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əldən çıxmış faydanın və real zərərin nədən ibarət olmasını, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsini işlətməyə cavabdeh tərəfindən yaradılan maneələrə görə 31.500 manat zərər, 19.349,40 manat gecikdirilməyə görə faiz və 25.338,50 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə, 76.187,90 manat pulun Cavabdeh tutulması, tutmanın cavabdehin sahibliyində olan Şəki şəhəri, S.Mümtaz küçəsindəki 0,0102 ha torpaq sahəsində yerləşən 99,0 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması yolu ilə pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası cavabdehin vəsatətinə əsasən təyin olunduğu üçün məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsini işlətməyə cavabdeh tərəfindən yaradılan maneələrə görə 31.500 manat zərər, 19.349,40 manat gecikdirilməyə görə faiz və 25.338,50 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə, 76.187,90 manat pulun Cavabdeh tutulması, tutmanın cavabdehin sahibliyində olan Şəki şəhəri, S.Mümtaz küçəsindəki 0,0102 ha torpaq sahəsində yerləşən 99,0 kv.m. ümumi sahəsi olan qeyriyaşayış sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması yolu ilə pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD-210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu –3) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar