Məhkəmə qərarları › İş №e-2(075)-303/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-303/2025

28.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-303/2025 28.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; Ərizəçi İddiaçı cavabdeh Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1ndan miras qalmış Şəki şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 0,0481 ha torpaq sahəsinin tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvannda yerləşən, X1ndan miras qalmış fərdi yaşayış evləri vardır. X1 xx.xx.1989-cu il tarixdə, nənəsi X7 xx.xx.1990-cı il tarixdə, atası X9 xx.xx.2017-ci il tarixdə, bibisi X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Babasının, nənəsinin, atasının, bibisinin doğum və ölüm şəhadətnamələri var. Lakin həmin sənədlərdə uyğunsuzluqlar olduğu üçün cavabdeh Şəki ASAN Xidmət Mərkəzində notariat ofisi onların həmin orqanlara müraciətlərinə imtina vermiş və məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Qeyd edilən sənədlərin alınması onlara babasından qalmış evə dair vərəsəlik şəhadətnaməsi və evə mülkiyyət sənədi almaq üçün lazımdır. Vərəsəlik üçün müraciətlərinə notariat ofisi tərəfindən imtina qərarı qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi İddiaçı və maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Lakin ərizəçi İddiaçı və maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək, bütün məhkəmə iclaslarında işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Odur ki, məhkəmə işə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışın surətindən görünür ki, Şəki şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 0.0481 ha torpaq sahəsi Abdullayev Məhəmməd oğlunun mülkiyyətindədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-2739/2024 saylı, 01 avqust 2024-cü il tarixli qətnamədən görünür ki, 02 dekabr 1989-cu il tarixdə ölmüş X3 ərizəçi İddiaçı babası, xx.xx.2022-ci il tarixdə ölmüş X4 isə ərizəçi İddiaçı bibisi olması faktının müəyyən edilməsi qət edilmişdir. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında 01 noyabr 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1143.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1143.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr hesab olunurlar. 1243.1-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Şəki şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 0.0481 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 mülkiyyətindədir. Mülkiyyətçi X5 02 dekabr 1989-cu il tarixdə vəfat etmiş və ölümündən sonra İddiaçı vərəsəsi olaraq qalmışdır. Ərizəçi İddiaçı babasının vəfatından sonra həmin torpaq sahəsinə sahiblik etmişdir. Bununla da babasından qalmış miras əmlakı qəbul etmişdir. İddiaçı babasından qalmış miras əmlakı faktiki olaraq qəbul etməsi nəzərə alınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat orqanına müraciət etdiyini, lakin hüquqi məlumatsızlığı səbəbindən vaxtında müraciət etməməsi nəzərə alınaraq müraciətindən imtina edildiyini göstərmiş, məhkəmədə qaldırdığı iddiasının təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı babasından qalmış miras əmlakda yaşamaqla mirasa sahiblik etmiş, mirasa yiyələnmiş, miras əmlakdan istifadə etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, hüquqi məlumatsızlığından notariat kontoruna vaxtında müraciət etməmişdir. Bununla da ərizəçi atasından qalmış mirası qəbul etmiş sayılsa da, o, həmin əmlakın adına qeydə alınması ilə bağlı müddəti ötürmüşdür. İşin bu halı məhkəməyə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapır. Buna görə də məhkəmə ərizəçinin babasından qalmış mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq qəbul etdiyi mirasa dair vaxtında şəhadətnamə almamasını üzürlü hal kimi qəbul edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X2 miras qalmış Şəki şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 0,0481 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 miras qalmış Şəki şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 0,0481 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar