Məhkəmə qərarları › İş №e-2(075)-31/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-31/2025

29.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-31/2025 29.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi İdarəsinə qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,1613 ha torpaq sahəsində yerləşən 69,7 kv.metr sahəsi olan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ona düşən ½ hissəsinin naturada bölünərək ona verilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh X2 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1959-cu ildə Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuşdur. X7 xx.xx.1998-ci il tarixində, anası X9 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. Onlardan miras əmlak kimi Şəki rayonunun Orta Zəyzid kəndində 0.1613 ha torpaq sahəsində ümumi sahəsi 69,7 kv.metr olan fərdi yaşayış qalmışdır. X1 və anası X4 varisləri qardaşı X11, mərhum qardaşı X13 və özüdür. Mərhum qardaşı X13 xx.xx.2010-cu il tarixdə vəfat etmiş və ondan heç bir varis qalmamışdır. Atasının ölümündən sonra anası X12 xx.xx.2021-ci il tarixdə vəfat edənə qədər onun hər cürə qulluğunda o dayanmışdır və qardaşı X11 ilə çox yaxşı münasibətləri olmuşdur. O, anasının vəfatından sonra valideyinlərinə məxsus olan və Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən mülkün (evin) açarlarını götürərək bir müddət orada qalacağını bildirmişdir. Həmin vaxt fərdi yaşayış evinin içi yaşayış üçün tam əlverişli olmaqla əşyalarla dolu idi. Daha sonra qardaşı evin kilidini dəyişərək açarları özü ilə götürməklə Bakı şəhərinə getmişdir. O vərəsəliyi həyata keçirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional "Asan Xidmət" mərkəzindəki Notariat ofisə müraciət etmişdi və 80 (səksən) manat dövlət rüsumu ödəyərək anasından miras qalmış sözügedən əmlaka dair vərəsəlik işi açdırmışdır. Bu işin başa çatdırılması üçün mərhum anasından qalmış daşınmaz əmlakın dövlət Reyestrində qeydə alınaraq Çıxarış və daşınmaz əmlakın yüklülüyü barədə arayış (forma 1) təqdim edilməlidir. Bu arayışın əldə olunması üçün "Asan Xidmət" mərkəzindəki Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə № 4026 saylı məktubla AR İqtisadiyyat Nazirliyi vanında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə məktubla müraciət olunmuşdu. Həmin müraciət əsasında müəyyən proseslərinişlərin icra edilməsi üçün sözügedən əmlaka daxil olmaq zərurəti yaranmışdı. Lakin açarlar onda olmadığından və ona məlum olmayan səbəblərdən qardaşı X11 həmin əmlaka daxil olmasına qadağa qoyduğundan açarları verməkdən imtina etmişdir. Bu səbəbdən də, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, açdırdığı vərəsəlik işini başa çatdıra bilməyi üçün qardaşı X5 bu işə dair yaratdığı maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Şəki Rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli 2(075)- 905/2022 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia təmin olunmuş, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının mərhum X14 və mərhum X8 məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirməklərinə cavabdeh X11 tərəfindən yaradılan maneələr aradan qaldırılması və bü cür hərəkətlərlə bağlı maneələr cavabdehə qadağan edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları miras qalmış fərdi yaşayış evinə baxış keçirməklə müvafiq ölçü işləri aparılmışdır. Daha sonra vərəsəlik işi yekunlaşdırılmış və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən mənə qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 12 oktyabr 2023-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin çıxarışla, onun Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,1613 ha torpaq sahəsində yerləşən 69,7 kv.metr sahəsi olan fərdi yaşayış evinə ½ hissədə mülkiyyət hüququm tanınmışdır. Digər ½ hissə isə mərhum anası X4 adına açıq saxlanılmışdır. Yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmalkın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,1613 ha torpaq sahəsində yerləşən 69,7 kv.metr sahəsi olan fərdi yaşayış evi - ½ hissə onun, ½ hissə isə mərhum anası X4 paylı mülkiyyətindədir. Mərhum anası X4 ½ hissədə olan payına hazırki iş üzrə cavabdeh olan qardaşı Cavabdeh gözlənilən vərəsəlik hüququ mövcuddur. Hazırda özünə düşən hissə üzrə fərdi yaşayış evinin və onun yerləşdiyi həyətyanı torpaq sahəsinin naturada bölünməsini və adıma tam mülkiyyət hüququ üzrə çıxarış almaq istəyir. Belə olan şəraitdə yuxarıda qeyd edilən fərdi yaşayış evinin naturada ayrılması zərurəti yaranmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/7153/2024 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Şəki rayonu, Orta Zəyzid kəndi ərazisində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin ½ hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 194530 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********62-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışdan görünür ki, Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,1613 ha torpaq sahəsində yerləşən 69,7 kv.metr sahəsi olan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin 1/2 hissəsi İddiaçı, ½ hissəsi X6 adına qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyа Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X19 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X20rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, Ədilət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, Ədilətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********62-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,1613 ha torpaq sahəsində yerləşən 69,7 kv.metr sahəsi olan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ½ hissəsi İddiaçı, ½ hissəsi X6 adına qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətlərində olan əmlakdan öz payının ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən normaların məzmunundan belə nəticə hasil olur ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi və ya öz payının ayrılmasını və yaxud öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi, iş üzrə ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16- 16/2-10/7153/2024 nömrəli rəyindən görünür ki, Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,1613 ha torpaq sahəsində yerləşən 69,7 kv.metr sahəsi olan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ½ hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,1613 ha torpaq sahəsində yerləşən 69,7 kv.metr sahəsi olan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsindən İddiaçı payına düşən ½ hissəsi ekspertiza rəyində göstərilən plan sxemə uyğun olaraq naturada ayrılmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********62-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyətdə olan Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,1613 ha torpaq sahəsində yerləşən 69,7 kv.metr sahəsi olan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsindən payına düşən ½ hissəsi ekspertiza rəyində göstərilən plan sxemə uyğun olaraq naturada bölünərək İddiaçı verilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumunu cavabdeh X2 alınaraq İddiaçı verilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdeh X2 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********62-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyətdə olan Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,1613 ha torpaq sahəsində yerləşən 69,7 kv.metr sahəsi olan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsindən payına düşən ½ hissəsi ekspertiza rəyində göstərilən plan sxemə uyğun olaraq naturada bölünərək İddiaçı verilsin. Ödənilmiş 100 manat dövlət rüsumunu cavabdeh X2 alınaraq İddiaçı verilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdeh X2 tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar