Məhkəmə qərarları › İş №e-2(075)-316/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-316/2023

10.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-316/2023 10.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı3, həmçinin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndələri (vəkilləri) Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakda payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı3, İddiaçı2, İddiaçı1 və Cavabdeh2 Şəki rayonu, Aşağı Daşağıl kəndində (reyestr nömrəsi **********90, qeydiyyat nömrəsi **********) yerləşən paylı mülkiyyətində olan 8.528 ha torpaq sahəsindən onların, yəni İddiaçı3, İddiaçı2 və İddiaçı1 payına düşən 6.8225 ha torpaq paylarının və Şəki rayonu, Aşağı Daşağıl kəndində (reyestr nömrəsi **********00, qeydiyyat nömrəsi **********) yerləşən ümumi paylı mülkiyyətində olan 0.9997 ha torpaq sahəsindən onların, yəni İddiaçı3, İddiaçı2 və İddiaçı1 payına düşən 0.7996 ha torpaq paylarının naturada ayrılaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 07 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası 11 yanvar 2023-cü il tarixdə keçirilmiş, həmin tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Şəki Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(075)-316/2023 saylı qərardaı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə icraatın ekspert rəyi alınana kimi dayandırılması qərara alınmışdır. Ekspert vəsatəti 30 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, Şəki Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(075)-316/2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnmiş və mülki işin məhkəmə iclası 21 iyun 2023-cü il tarixə saat 12:20-ə təyin edilmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 21 iyun 2023-cü il tarixdə keçirilmiş, növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 10 avqust 2023-cü il tarixə saat 12:20-ə təyin edilmişdir. Lakin 10 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı3 və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndələri (vəkilləri) Vəkil məhkəməyə ərizə təqdim edərək hazırki iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçılar İddiaçı1, İddiaçı3 və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndələri (vəkilləri) Vəkil ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 100 manat rüsum onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakda payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə bağlı ödəmiş olduqları 100 manat dövlət rüsumu büdcəsindən onların özlərinə qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar