Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-320/2024 09.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6000 (altı min) manat pulun, ödənilmiş 80 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun tanışları Cavabdeh1 və Cavabdeh2 ona müraciət edərək borc pul lazım olduğunu bildirmişlər. O, cavabdehlərə müştərək qaydada 6000 manar borc pul vermişdir. Cavabdehlər borcu 26 oktyabr 2023-cü il tarxinədək qaytaracaqlarını söz vermişdilər. Bu barədə Şəki şəhər İHB-nın Cumakənd İƏD üzrə nümayəndəliyində 26 oktyabr 2022-ci il tarixli akt da tərtib edilmişdir. Lakin qeyd edilən tarixədək cavabdehlər ona olan borclarını ödəməmişlər. O, dəfələrlə cavabdehlərdən borclarını qaytarmalarını tələb etsə də, cavabdehlər müxtəlif bəhanələr gətirərək borclarını ödəməkdən yayınırlar. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlər kənddə təsərüffat üçün torpaq sahələrinin olduğunu bildirmişdilər. Lakin həmin torpaq sahəsində buğda əçməyə maddi imkanlarının olmadığını bildirdilər. Cavabdehlər onlardan taxıl alveri üçün borc pul istədilər. Onlar cavabdehlərə inanaraq 6000 manat məbləğdə pulu borc olaraq cavabdehlərə verdilər. Bildirmişdir ki, o, pulu kiloqramı 0,3 manat olmaqla taxıl üçün vermişdir. Cavabdehlər ona 20 ton çəkidə buğda verməli idilər. Lakin bu günə kimi cavabdehlər onlara borc olaraq aldıqları pulu qaytarmamışlar. O, dəfələrlə cavabdehə pulu qaytarmasını bildirsə də, cavabdehlər müxtəlif bəhanələr gətirərək bu günə kimi ona olan borclarını qaytarmamışlar. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə İddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlərr. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İşdə olan 26 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Şəki rayonu Cumakənd sakini Cavabdeh1 və Cavabdeh2 İddiaçı 6000 manat nağd pul borcu vardır. Borclular və borc verən tərəflər arasında qarşılıqlı razılaşma ilə qərara alındır ki, borcun bir hissəsi bir həftə ərzində qaytarılacaq, qalan digər hissəsi isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hissə-hissə ödəniləcək. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 mart 2023-cü il tarixli qərardan İddiaçı İsrafil oğlunun Cavabdeh2 tərəfindən aldadılaraq 6000 manat pulunun ələ keçirilməsi barədə olan toplanmış 38c-23 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Həmin Məcəllənin 742.4-cü maddəsinə əsasən bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) borcverən borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təsərrüfat üçün pula ehtiyyacları olduğundan iddiaçıdan 6000 manat məbləğdə pulu 26 oktyabr 2023-cü il tarixədək qaytarmaq şərti ilə borc olaraq almışlar. Bununla bağlı tərəflər öz aralarında şifahi şəkildə razılaşmışlar. Cavabdehlərin iddiaçıya 6000 manat məbləğdə borclarının olması ilə bağlı akt tərtib edilmişdir. İddiaçı üzərinə götürdüyü öhdəliklərə əməl edərək 6000 manat məbləğdə pulu cavabdehlərə vermiş, lakin cavabdehlər öhdəlikləri yerinə yetirməyərək borcu iddiaçıya qaytarmamışlar. Eyni zamanda iddiaçı məhkəmə iclasında cavabdehləri 6000 manat məbləğdə borcun qarşılığında 6 ton buğda verəcəklərinə dair razılaşdıqlarını bildirmişdir. Lakin cavabdehlər borcu nə natura şəklində, nə də pul vəsaiti olaraq iddiaçıya qaytarmamışlar. Bu səbədən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan aldıqları 6000 (altı min) manat pulun bir hissəsini 1 həftə ərzində, qalan hissəsini isə 26 oktyabr 2023-cü il tarixədək hissə-hissə qaytaracaqlarına dair yazılı akt tərtib olunsa da, cavabdehlər tərəfindən borc qaytarılmamışdır. Cavabdehlərər məhkəmə tərəfindən rəsmi qaydada bildiriş, həmçinin mobil telefonuna SMS göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və iddiaya hər hansı bir münasibət bildirməmişlər. Buna görə də məhkəmə Cavabdeh1 və Cavabdeh2 İddiaçı 6000 manat nağd pul borcu olması, cavabdehlərin borcun bir hissəsi bir həftə ərzində qaytarılması, qalan digər hissəsi isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək hissə-hissə ödənilməsinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktı mötəbər sübut kimi qəbul etmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6000 (altı min) manat məbləğində pul vəsaiti və ödənilmiş 80 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı alınaraq İddiaçı verilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6000 (altı min) manat məbləğində pul vəsaiti və ödənilmiş 80 manat dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-320/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-320/2024
09.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver