Məhkəmə qərarları › İş №e-2(075)-320/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-320/2025

26.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-320/2025 26.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 oktyabr 2024-cü il tarixli borc müqaviləsi və 08 oktyabr 2024-cü il tarixli Şəki regional Asan xidmət mərkəzinin notariat ofisində bağlanan 3M-496 reyestr nömrəli borc müqaviləsinin dəyişdirilməsinə dair 19 oktyabr 2024-cü il tarixli müqavilə əsasında 6000 (altı) manat pulun və dövlət büdcəsinə ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun ümumilikdə isə 6080 (altı min səksən) manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, cavabdeh Məmmədov Rövşən Məmməd oğlunu kənd sakini kimi əvvəldən tanımışdır. Belə ki, Cavabdeh ona müraciət edərək ona 6000 (altı min) manat məbləğində pul borc verməyini ondan xahiş etmişdir. Onda ona etiraz etməyərək ona notarial qaydada 08 oktyabr 2024-cü il tarixdə 6000 (altı min) manat məbləğində borc pul vermişdir. 08 oktyabr 2024-cü il tarixli borc müqaviləsinin şərtlərinə əsasən borc verən borc alana 6000 (altı min) manat məbləğində pul borc verir. Borc alan borcu 18 oktyabr 2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən müddətdə borclu pulu qaytarmadığına görə yenidən onlar 08 oktyabr 2024-cü il tarixdə Şəki regional Asan xidmət mərkəzinin notariat ofisində bağlanmış 3M-496 reyestr nömrəli borc müqaviləsinin dəyişdirilməsinə dair 19 oktyabr 2024-cü il tarixdə yeni müqavilə bağlamışdır. 19 oktyabr 2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən tərəflər xx.xx.2024-cü il tarixli 3M-496 reyestr nömrəli borc müqaviləsinə dəyişiklik edilməsi barədə razılığa gəlmişlər. Borc alan krediti 29 oktyabr 2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh bu günə kimi pulu ona geri qaytarmamışdır. Dəfələrlə ondan həmin pulu geri qaytarmasını tələb etsə də, müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan yayınmışdır. Ona görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - 08 oktyabr 2024-cü il tarixli borc müqaviləsindən görünür ki, X3 6000 manat məbləğində pul vəsaitini xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə Cavabdeh vermişdir. - xx.xx.2024-cü il tarixli borc müqaviləsinin dəyişdirilməsinə dair xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, borc məbləğinin qaytrılması müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 80 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 739.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan borc müqaviləsindən göründüyü kimi 08 oktyabr 2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixədək qaytarmaq şərtilə 6000 manat məbləğində borc verilmiş, daha sonra xx.xx.2024-cü il tarixli müqavilə ilə borc məbləğinin qaytarılması müddəti xx.xx.2024cü il tarixədək uzadılmışdır. İddiaçı X3 tərəfindən Cavabdeh borc məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bu səbəbdən də iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən 80 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6000 (altı min) manat pul və 80 (səksən) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X2 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar