Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-326/2025 30.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh siqaret satışı ilə məşğul olmuş və bu işdə yaxşı qazancın olduğunu bildirirərək birlikdə iş qurmaq adı ilə ondan 2000 (iki min) manat pul istəmişdir. O, da bankdan kredit götürərək 2000 manat məbləğində pul vəsaitini vermişdir. Lakin həmin şəxsin məqsədi onu aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. Nəticədə o 2000 manat pulunu mənimsəmiş və geri qaytarmamışdır. Avtomobil qəzası keçirdiyi üçün pulunun geri alınması üçün müraciətlər həyat yoldaşı X2 tərəfindən edilmişdir. Onun müraciəti əsasında Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsində aldatma yolu ilə alınmış pul vəsaitinin geri qaytarılması ilə bağlı araşdırma aparılmış, xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş, həmin qərarın mətnində yer almış cavabdehin izahatında da göründüyü kimi o 2000 manat pulu aldığını etiraf etmiş, işlərinin alınmadığı və ailəsində yaranan maddi problemlərə görə ödəyə bilmədiyini qeyd etmişdir. O həmin məbləği cavabdehə bankdan götürdüyü kredit vəsaiti hesabına vermişdir. Bank vəsaitinin geri qaytarılması müəyyən zaman daxilində olduğu üçün 900 manat pul vəsaiti faiz olaraq banka ödəmişdir. Bununla da cavabdehin pulunu geri qaytarmaması nəticəsində əlavə olaraq 900 manat məbləğində maddi ziyan dəymişdir. Vəkilin səhv yönləndirilməsi ilə əlaqədar cavabdehə qarşı iddia həyat yoldaşı X2 tərəfindən qaldırılmış və Şəki Rayon Məhkəməsinin e-2(075)-1848/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Həmin məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, “Belə ki, iddia ərizəsinin məzmunundan, cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatdan, eləcə də iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan müəyyən olunur ki, Cavabdeh iddiaçı X1 həyat yoldaşı olan Qasımın tanışı olmaqla siqaret satışı ilə məşğul olmuşdur. İddiaçının həyat yoldaşı olan Qasımdan alver üçün iş qurmaq məqsədilə pul istəmiş və bu səbəbdən 2000 (iki min) manat pulu bankdan kredit alaraq cavabdehə vermişdir. İki il keçməsinə baxmayaraq cavabdeh pul vəsaitini geri qaytarmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarının müəyyən etdi hissəsində olan izahatında da, hazırki iddia tələbi üzrə olan 2000 manat pulu cavabdehə həyat yoldaşı Qasım tərəfindən verilmişdir. Ona görə də verilən pulu cavabdehdən yalnız həmin pulu verən şəxs tələb edə bilər. İddiaçının isə cavabdehə qarşı verilmiş pulun geri tələb edilməsi üçün subyektiv hüququ yoxdur. İş materiallarından da göründüyü kimi Cavabdeh həqiqətən də pulu qaytara bilmədiyini bildirmişdir.” Buna görə də hal-hazırda subyektiv hüquqa malik olan şəxs kimi hal-hazırki iddianı qaldırmaqla hesab edir ki, cavabdehdən 2900 manat pul məbləğinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı inkar etmir. Şərikli iş qurmaq məqsədi ilə qarşı tərəfdən 2000 manat pul almışdır. Lakin sonradan maddi vəziyyətinin pisləşməsi səbəbindən borcunu qaytara bilməmişdir. İddiaçıya dəfələrlə borcun hissə hissə ödənilməsində köməklik göstərilməsini bildirsə də qarşı tərəf borcu faizi ilə birlikdə ondan tələb edir. Bütün bunları nəzərə alaraq qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, iddianı müdafiə edir. Cavabdeh siqaret satışı ilə məşğul olmuş və bu işdə yaxşı qazancın olduğunu bildirirərək birlikdə iş qurmaq adı ilə ondan 2000 (iki min) manat pul istəmişdir. O, da bankdan kredit götürərək 2000 manat məbləğində pul vəsaitini vermişdir. O, həmin məbləği cavabdehə bankdan götürdüyü kredit vəsaiti hesabına vermişdir. Bank vəsaitinin geri qaytarılması müəyyən zaman daxilində olduğu üçün 900 manat pul vəsaiti faiz olaraq banka ödəmişdir. Bununla da cavabdehin pulunu geri qaytarmaması nəticəsində əlavə olaraq 900 manat olmaqla cəmi 2900 manat məbləğində maddi ziyan dəymişdir. Bütün bunları nəzərə alaraq iddianın təmin olunmasını xahiş etdi. İşin halları; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Cavabdeh həqiqətən də 2000 manat pulu Qasımdan aldığını etiraf etmiş, maddi imkanının yaxşı olmaması səbəbindən pulu qaytara bilmədiyini bildirmişdir. Müraciətdə qeyd edilən xüsusatar mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında pul məbləğlərinin cavabdehə verilməsinə dair yazılı müqavilə bağlanmış olmasa da, xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarda olan cavabdehin verdiyi izahatından da görünür ki, Cavabdeh həqiqətən də 2000 manat pulu Qasımdan aldığını etiraf etmiş, maddi imkanının yaxşı olmaması səbəbindən pulu qaytara bilmədiyini bildirmişdir. Tərəflər arasında həmin pul məbləğinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğinin ödənilməmiş hissəsini ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında başlanmış əqd şifahi formada bağlanmışdır. Bununla belə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdehin İddiaçıdan yuxarıda qeyd edilən 2000 manat məbləğində pulu aldığı müəyyən olunur. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Lakin iddiaçı cavabdehə verdiyi pulu bankdan götürərək verdiyini və həmin pulu qaytarmaq üçün 900 manat faizi də əlavə olaraq ödədiyini məhkəməyə bildirsə də, bank ilə bağlanmış müqaviləni və ödəniş cədvəlini məhkəməyə təqdim etməmişdir. Bunun üçün də məhkəmə 900 manat hissəsində iddianı əsassız hesab edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında pul məbləğlərinin cavabdehə verilməsinə dair yazılı müqavilə bağlanmış olmasa da, cavabdehin polis bölməsində verdiyi izahatı həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pul məbləğlərinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddia tələbində göstərilən pul məbləğinin tam olaraq iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 2000 manat məbləğində pul alınaraq İddiaçı verilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2000 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-326/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-326/2025
30.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver