Məhkəmə qərarları › İş №e-2(075)-337/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-337/2025

05.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-337/2025 05.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəyəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakları ilə Ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi; İddia tələbinin dəlilləri; Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 2000-ci il tarixdən 2007-ci il tarixinədək ahıl olan xx.xx.1930-cu il təvəllüdlü atası X3 və 1993-cü il tarixdən 1999-cu il tarixinədək ahıl olan 02 aprel 1923-cü il təvəllüdlü anası X9 qulluq etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1959-cu il tarixdə Şəki şəhərində anadan olmuşdur. Belə ki, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixdək X2 əyani təhsil almışdır. xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1980-cı il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi illər üzrə sığorta stajı 12 ildən artıq müddət təşkil etmişdir. Bundan əlavə xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Şəki ət süd kombinatında işləmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən bü günə kimi işləyir. O ailənin tək oğlu olduğuna görə ata və anasına onlar ölən günə kimi qulluq etmişdir. Onlara özü baxmış və xidmətlərini özü yerinə yetirmişdir. İşin bu halı Nöyülbulaq məhəllə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 605 nömrəli arayışı ilə təsdiq edilmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli aktdan göründüyü kimi o, ailənin tək övladı olmuş, mərhum ata və anası ilə birgə yaşamış və onlar ölən günə kimi onların xidmətində olmuşdur. Bununla bağlı o Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət agentliyinin Şəki regional Asan xidmət mərkəzinə müraciət etdərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin mərkəzə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məktubu ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, təqdim edilmiş əmək kitabçasının, təhsil haqqında diplomun və hərbi biletin surətlərinə əsasən onun sığorta stajı 12 il 03 ay 04 gün təşkil etmişdir. Bundan əlavə, mərhum valideyinlərinə 70 yaşdan sonra qulluq etməyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını təqdim etdikdən sonra qulluq dövrünün sığorta stajina daxil edilməsinə yenidən baxılacaqdır. Qeyd edilənləri nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25) il az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tərəfindən təqdim edilmiş sənədlərə düzgün hüquqi qiymət verilməmiş və heç bir araşdırma aparılmadan ona imtina verilmişdir. Nəticədə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən göndərilmiş 25 dekabr 2024-cü il tarixli etiraz ərizəsindən görünür ki, Ərizəçi İddiaçı məhkəməyə müraciət edərək, mərhum atası X3 2000-ci il tarixdən 2007-ci il tarixədək və mərhum anası X9 1993-cü il tarixdən 1999-cu il tarixədək qulluq etdiyi dövrlərin hüquqi fakt qismində müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.3-cü bəndinə görə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Qərarın 1.2-ci maddəsinə əsasən Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb alsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu sərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Lakin ərizəci İddiaçı gevd olunan tələbi üzrə tərtib olunmuş Şəki Şəhər İcra Hakimiyyəti Nöyülbulaq Məhəllə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 605 nömrəli arayışı mövcuddur və bu halda qanunvericiliklə məsələyə hüquqi əhəmiyyəti olan fakt qismində baxılması istisna edilir. Qeyd edilən qərarın 1.6-ci maddəsinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmçinin qeyd olunan plenum qərarının 13.2-ci maddəsinə görə əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3-cü maddəyə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmin Qərarın 14-cü bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eyni zamanda 310.1-ci maddədə qeyd olunur ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" əsasnamənin 17-ci bəndinə əsasən şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Belə ki, ərizəçi İddiaçı 70 yaşdan yuxarı olan ahıl şəxslərə qulluq etdiyi dövrü qanunvericiliklə nəzərdə tutulmuş qaydadarayışla təsdiq edə biləcəyi halda, qeyd olunan dövrlərin Şəki rayon məhkəməsində hüquqi əhəmiyyəti olan fakt qismində təsdiq edilməsi üçün müraciət etmişdir. Lakin göründüyü kimi bu barədə qanunvericilikdə birbaşa göstərişlər mövcuddur ki, hər hansı hüquqi əhəmiyyəti olan fakt o halda məhkəmə qaydasında təsdiq olunurki lazımi hüquqi nəticəyə başqa yolla nail olmaq mümkün olmasın. Həmçinin ərizəçi bu barədə məhkəməyə sübutlar təqdim etməlidir. Hazırki halda İddiaçı qeyd etdiyi dövrləri Şəki Şəhər İcra Hakimiyyəti Nöyülbulaq Məhəllə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 605 nömrəli arayışı həmin dövrün məhkəmədə hüquqi əhəmiyyətli fakt qismində təsdiq edilməsini istisna edir. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1995-ci il tarixdə işdən azad olma əmrinin tarixi qeyd edilmədiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 5545/2021 saylı qərarında məhkəmə kollegiyası qeyd edir ki, mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Yuxarıda sadalananları nəzərə alaraq ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı " hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi " tələbinə dair ərizənin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ərizəçi İddiaçı ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X10 təqdim etdikləri etiraz ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 izahat verərək göstərmişdir ki, ərizəçi İddiaçı onun qonşusudur. Ələsgərin atası Şəhrullah ürək xəstəsi olmuşdur. Həmin xəstəlikdən vəfat etmişdir. Anası və atası rəhmətə gedənə kimi onlara qulluq etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 izahat verərək göstərmişdir ki, ərizəçi İddiaçı onun qonşusudur. Atasının adı Şəhrullah, anasının adı isə Surayə olmuşdur. Ata və anası rəhmətə gedənə qədər birgə yaşamış və onların xidmətində olmuşdur. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X17 izahat verərək göstərmişdir ki, ərizəçi İddiaçı onun qonşusudur. Ərizəçinin atasını və anasını tanıyır. Ana və atası rəhmətə gedənə kimi onlara qulluq etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X11 izahat verərək göstərmişdir ki, ərizəçi İddiaçı onun həyat yoldaşıdı. Şəhrullah qayınatası, Surəya isə qayınanası olmuşdur. Xəstə olduqları zaman yoldaşı işdən çıxmışdır. Atası və anası rəhmətə gedənə kimi həyat yoldaşı onlara qulluq etmiş və qayğılarına qalmışdır. İşin halları Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Nuxa rayon Zaqs bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 02 aprel 1923-cü il tarixdə anadan olmuşdur. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 fevral 2011-ci il tarixli arayışdan görünür ki, X13 29 may 1999-cu il tarixdə ürək çatmamazlığından vəfat etmişdir. Şəki şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 27 fevral 2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 20 fevral 2007-ci il tarixdə vəfat etmişdir. Nöyülbulaq məhəllə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 605 nömrəli arayışdan görünür ki, İddiaçı “Nöylübulaq” məhəlləsi, Qurcana küçəsində yaşayır. Yaşayışçı 70 (yetmiş) yaşdan yuxarı ahıl ata və anası rəhmətə gedən vaxtadək özü baxıb, hər bir xidmətini özü edib. 06 sentyabr 2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı ailənin tək oğludur və o mərhum ata-anası ilə onlar rəhmətə gedənə qədər birgə yaşamış və onların xidmətində olmuşdur. Aktın doğruluğunu Şəki şəhəri, Qurcana küçəsi, 1 nömrəli dalanın sakinləri X8, X18, X1 öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən yaşa görə pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında İddiaçı ünvanlanmış 17 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, təqdim etdiyi sənədlərin surətlərinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 12 il 3 ay 4 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 8 il 10 ay sığorta stajına uyğun olaraq 8900,99 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 14506,20 manat olmaqla ümumilikdə 23407,19 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280,00 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmiş şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.8-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı ahıllara qulluqetmə müddəti, patronajın təyin edilməsi barədə qərara, qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə və qulluqolunan vəfat etmişdirsə, bu sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən olunur. Qeyd olunanlara əsasən mərhum valideynlərinə 70 yaşdan sonra qulluq etməyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını təqdim etdikdən sonra qulluq dövrünün sığorta stajına daxil edilməsinə yenidən baxılacaqdır. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1985-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1995-ci il tarixində işdən azad olma əmrinin tarixi qeyd edilmədiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Sözügedən dövr üzrə əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə baxıla bilər. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğuna görə ona bu növ pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən hazırda "xxxx" QSC ilə qüvvədə olan əmək müqaviləsi olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüquqları olduöu bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı 13.4-cü bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının; 4.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:

1. patronajın təyin edilməsi barədə qərara əsasən;

2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;

Məhkəmənin mövqeyi

Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da, məlum olur ki, İddiaçı, 2000-ci il tarixdən 2007-ci il tarixinədək ahıl olan xx.xx.1930-cu il təvəllüdlü atası X3 və 1993-cü il tarixdən 1999-cu il tarixinədək ahıl olan 02 aprel 1923-cü il təvəllüdlü anası X9 baxması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid ifadələrindən də göründüyü kimi İddiaçı anası Surayə Musayeva və atası Şəhrullah Musayev ilə birlikdə yaşamalarını bildirsələr də, İddiaçı anası Surayə Musayevaya və atası Şəhrullah Musayevə qulluq etməsi iş materialları ilə təsdiq olunmamaqla bərabər ərizəçinin onlara qulluq etməsini təsdiq edən mötəbər dəlillər də məhkəməyə təqdim edilməmiş və sübuta yetirilməmişdir. Beləliklə məhkəmə İddiaçı 2000-ci ildən 2007-ci ilədək eyni ünvanda yaşamış atası X3 və 1993-cü ildən 1999-cu ilədək eyni ünvanda yaşamış anası X9 baxmasını təsdiq edilməsinin mümkünlüyü barədə tutarlı sübutların məhkəməyə təqdim edilməməsi barədə nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

Ərizəçi İddiaçı 2000-ci il tarixdən 2007-ci il tarixinədək ahıl olan xx.xx.1930-cu il təvəllüdlü atası X3 və 1993-cü il tarixdən 1999-cu il tarixinədək ahıl olan 02 aprel 1923-cü il təvəllüdlü anası X9 qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar