Məhkəmə qərarları › İş №e-2(075)-35/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-35/2025

07.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-35/2025 07.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, paylı mülkiyyətdə olan fərdi yaşayış evi və həyətindən onun payına düşən 1/3 hissənin ½ hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq və baxış iclasları keçirilmiş, mülki işin növbəti məhkəmə baxış iclası bu günə, yəni 07 may 2025-ci il tarixə təyin edilmişdir. Lakin 07 may 2025-ci il tarixdə İddiaçı məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddianın baxılmamış saxlanılması barədə qərardan çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəməyə ərizə təqdim etmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı və ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar