Məhkəmə qərarları › İş №e-2(075)-358/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-358/2023

20.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-358/2023 20.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası X4 X9 İdarəsinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası X4 X9 İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi zərər” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası X4 X9 İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1453 (min dörd yüz əlli üç) manat X9 İdarəsinin əmlakına dəyən zərərin əvəzinin idarənin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası X4 X9 İdarəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, 01 dekabr 2022-ci il tarixdə saat 13:53 radələrində Şəki şəhəri, H.Əliyev prospektində “Diva gözəllik salonu” sahibkarlıq obyektinin qarşısında Azərbaycan Respublikası X4 X9 İdarəsinin (bundan sonra idarə) balansında olan X12 minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun sağ tərəfində, üzü şəhərə doğru hərəkət hissəsinin kənarında xidməti məqsədlə dayandığı zaman, qarşıdan gələn – üzü şəhərdən çıxış tərəfə, Kiş çayı üzərindən keçən “Qoxmuq körpüsü” istiqamətində, prospektin Salman Mümtaz küçəsi ilə kəsişdiyi dairəvi yola doğru hərəkətdə olan Vaz 21063 minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, qarşısında eyni istiqamətə gedən nəqliyyat vasitəsini keçmək üçün “qarşıdan hərəkət” zolağına çıxmaqla ötmə əməliyyatını edərkən idarəçiliyi itirərək yoldan sol tərəfə, kənara doğru hərəkət edərək İdarənin balansında olan avtomaşının qabaq sol künc tərəfindən (sürücü tərəf) çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra Şəki Şəhər-Rayon Polis Şöbəsinin X13 Bölməsinin əməkdaşları tərəfindən “Yol-nəqliyyat hadisəsinin yerinin sxemi” və eləcə də yol-nəqliyyat hadisəsi nəticəsində “Nəqliyyat vasitələrinin zədələnməsi haqqında arayış” tərtib edilmişdir. Şəki DYPB-nin rəisi polis mayoru Ş.Uluxanovun verdiyi xx.xx.2022-ci il tarixli 265 nömrəli “Nəqliyyat vasitələrinin zədələnməsi haqqında arayış”-dan göründüyü kimi X9 İdarəsinin (bundan sonra idarə) balansında olan X12 minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 01 dekabr 2022-ci il tarixdə saat 13:53 radələrində Şəki şəhəri, H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “ön hissəsi və sair” zədələnmişdir. Yol-nəqliyyat hadisəsinin digər iştirakçısının isə Vaz 21063 minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxsin Cavabdeh olduğu müəyyən edilmişdir. Həmçinin Cavabdeh avto nəqliyyat vasitəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada icbari sığortası olmadığı müəyyən edilmişdir. Bundan sonra dəymiş ziyanla bağlı Cavabdeh ilə aparılmış şifahi söhbətlər nəticəsində, o, dəymiş ziyanın onun tərəfindən könüllü ödənilməsinə razılaşmayaraq bundan imtina etmişdir. Bundan sonra İdarənin balansında olan X12 minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi zamanı dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə Şəki "xxxx" ASC-nin TXS-nin sex rəisi Qasım Mustafayev tərəfindən Şəki DYPB-nin cərimə meydançasında olan avtomaşına baxış keçirilmiş və 43 nömrəli 07 dekabr 2022-ci il tarixli Akt tərtib edilmişdir. Şəki "xxxx" ASC tərəfindən verilmiş 43 nömrəli 07 dekabr 2022-ci il tarixli Aktda göstərilənlərə əsasən dəymiş zərər ümumi olaraq 1453 (min dörd yüz əlli üç) manat məbləğində qiymətləndirilmişdir. Göstərilən yol-nəqliyyat hadisəsi Vaz 21063 minik markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh barəsində Şəki DYPB tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş X12 minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan X4 xx.xx.2020-ci il tarixli F-80 nömrəli əmri ilə X9 İdarəsinin balansına verilmişdir. X9 İdarəsinin balansında olan X12 minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol vərəqəsi” əsasında idarənin böyük müfəttişi Elvin Rzayev idarə edir. Şəki RQİ və TBS-nin verdiyi “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”dən görünür ki, yol-nəliyyat hadisəsi törətmiş Vaz 21063 minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh məxsusdur. Vaz 21063 minik markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh təqsiri üzündən baş vermiş inzibati xəta nəticəsində X9 İdarəsinin əmlakına, Şəki "xxxx" ASC-nin tərtib etdiyi 43 nömrəli 07 dekabr 2022-ci il tarixli Aktda göstərilən kalkulyasiyaya uyğun olaraq idarənin avtomaşınının yol nəqliyyat hadisəsi nəticəsində zədə alan ehtiyyat hissələrinin bazar qiyməti 663 manat (altı yüz altmış üç) məbləğində və avtomaşının təmir xidməti işləri isə 790 manat (yeddi yüz doxsan) məbləğində olmaqla, ümumilikdə 1453 (min dörd yüz əlli üç) manat ziyan dəymişdir. Beləliklə vurulmuş ziyanın ümumi miqdarı 1453 (min dörd yüz əlli üç) manat manat təşkil edir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası X4 X9 İdarəsinin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, 01 dekabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat haqdisəsi nəticəsindən iddiaçı Azərbaycan Respublikası X4 X9 İdarəsinin balansında olan X12 minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə maddi ziyan dəymişdir. Bildirmişdir ki, o, ekspert rəyi ilə razıdır. İddianı qəbul edir. Onun maddi imknaı aşağıdır. Özü İİİ qrup əlildir. Əlilliyinə görə 150 manat məbləğdə təqaüd alır. Bundan əlavə taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edir. İddiaçıya vurulmuş zərəri hər ay 20 manat olmaqla hissə-hissə ödəyə bilər. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Nəqliyyat vasitələrinin zədələnməsi barədə 265 saylı arayışdan görünür ki, 01 dekabr 2022-ci il tarixdə saat 13:58 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 istifadəsində olan X12 markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı və Vaz 2106 markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərə maddi ziyan dəymişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 07 dekabr 2022-ci il tarixli, 43 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası X4 X9 İdarəsinə məxsus olan X12 markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş zərər məbləği avtomobilin təmiri üçün lazım olan ehtiyyat hissələrinin məbləği 663 manat və təmir xərci 790 manat olmaqla, ümumilikdə 1453 manat təşkil edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası X4 30 oktyabr 2020-ci il tarixli, F-80 saylı əmrindən görünür ki, 2018-ci il buraxılışlı, X12 markalı minik avtomobil X9 İdarəsin balansına verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 0349 saylı Minik avtomobil üçün Yol vərəqəsindən görünür ki, X12 markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı minik avtomobil Azərbaycan Respublikası X4 X9 İdarəsinin balansındadır, hazırda avtombil AF 600315 seriya nömrəli sürücülük vəsiqəsinə sahib olan sürücü Elvin Rzayev tərəfindən idarə edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Əmtəəşünaslıq ekspertizasının 03 iyul 2023-cü il tarixli, 9/2856 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Şəki Avtomotoservis ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı X12 markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1453 manat müəyyən edilir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş, 05 dekabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə baəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 01 dekabr 2022-ci il tarixli Jupiter X modelli alkotesterin rəylərindən görünür ki, X7 və Cavabdeh sərxoşluq vəziyyəti aşkar edilməmişdir. İşdə olan CD diskdəki videogörüntüdən görünür ki, Cavabdeh 01 dekabr 2022-ci il tarixdə idarə etdiyi Vaz 2106 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə hərəkətdə olan zaman Opel astra minik markalı avtomobilə ötmə əməliyyatı həyata keçirərkən xidməti məqsədləri üçün “Diva gözəllik salonu” sahibkarlıq obyektinin qarşısında dayanmış iddiaçı Azərbaycan Respublikası X4 X9 İdarəsinin balansında olan X12 markalı **-PH-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə toqquşmuşdur. Həmçinin CD diskdə olan digər video görüntülər və foto şəkillərdən görünür ki, qəza nəticəsində iddiaçı Azərbaycan Respublikası X4 X9 İdarəsinin balansında olan X12 markalı **-PH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə maddiz zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclası və işin təhlili zamanı müəyyən olundu ki, Cavabdeh 01 dekabr 2022ci il tarixdə idarə etdiyi Vaz 2106 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə üzü şəhərdən çıxış tərəfə, Kiş çayı üzərindən keçən “Qoxmuq körpüsü” istiqamətində, prospektin Salman Mümtaz küçəsi ilə kəsişdiyi dairəvi yola doğru hərəkətdə olan Opel astra minik markalı avtomobilə ötmə əməliyyatı həyata keçirən zaman xidməti məqsədləri üçün Şəki şəhəri, H.Əliyev prospektində “Diva gözəllik salonu” sahibkarlıq obyektinin qarşısında dayanmış iddiaçı Azərbaycan Respublikası X4 X9 İdarəsinin balansında olan X12 markalı **-PH-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə toqquşmuşdur. Qeyd edilən hadisə ilə bağlı araşdırma aparılaraq Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və barəsində Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X5 tərəfindən 05 dekabr 2022-ci il tarixli, İXP-5082696 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən qəza hadisəəsi nəticəsində Cavabdeh tərəfindən iddiaçı Azərbaycan Respublikası X4 X9 İdarəsinə 1453 manat məbləğdə maddi ziyan vurulması iş materiallarına əlavə edilmiş CD diskdəki video görüntü və şəkillərlə, iş materiallarında olan sənədlərlə, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Əmtəəşünaslıq ekspertizasının 03 iyul 2023-cü il tarixli, 9/2856 nömrəli rəyi ilə tam təsdiq edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər məbləğləri ödənilməmiş qalmışdır. Bununla da Cavabdeh təqsirli hərəkətləri nəticəsində Azərbaycan Respublikası X4 X9 İdarəsinə maddi ziyan vurulmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunaraq Cavabdeh 01 dekabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası X4 X9 İdarəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 1453 (min dörd yüz əlli üç) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Azərbaycan Respublikası X4 X9 İdarəsinə ödənilməlidir. İş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 50 manat Cavabdeh alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********0000047944, KOD: 505594; SWİFT: GUNAAZ22) “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 01 dekabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası X4 X9 İdarəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 1453 (min dörd yüz əlli üç) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Azərbaycan Respublikası X4 X9 İdarəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar