Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-36/2023 15.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-nin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evinə və həmin ev üçün nəzərdə tutulmuş kommunal xidmətlərə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışla cavabdeh "xxxx" ASC-nin xüsusi mülkiyyəti kimi rəsmiləşdirilmiş Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 0,06 hektar torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115,3 kv.m ümumi, 75.1 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 5 nömrəli fərdi yaşayış evinə (ünvan 5) və həmin ev üçün nəzərdə tutulmuş bütün kommunal xidmətlərə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 1241/2022 saylı mülki iş üzrə bildiriş və ona əlavə edilmiş "xxxx" ASC-nin iddia ərizəsindən ona məlum olmuşdur ki, "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, Cavabdeh2, Cavabdeh3, X2, X9, X5, X10, X6, Məmmədov Şabəddin Elçin oğlunun, X1, X11, X12 və digər şəxslərin 1 ay müddətində banka mülkiyyət hüququ əsasında məxsus Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m ümumi 75.1 k.m yaşayış 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı 5 nömrəli fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq "xxxx" ASC-yə təhvil verilməsi tələb edilir. Bildirir ki, Cavabdeh2 və Cavabdeh3 atası olan Məmmədov Şabəddin Mustafa oğlu ilə 22 iyun 1971-ci il ildə nikahı bağlanmışdır. Ailə həyatı qurarkən hazırkı mübahisə predmeti olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən 0.06 hektar torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m ümumi 75.1 kv.m yaşayış 40.2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 5 nömrəli fərdi yaşayış evinə gəlin köçmüş və həmin dövrdən bu günədək həmin evdə yaşayır. Fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi istifadəsindədir. Cavabdeh "xxxx" ASC-nin iddia ərizəsindən də göründüyü kimi pasport qeydiyyatında olduğu ünvan 1 ünvanında onun faktiki yaşaması həm bankın Şəki filialının keçiridyi monitorinqdə, həm də "Damarçın” məhəllə nümayəndəsi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli arayışda da öz təsdiqini tapmışdır. Lakin bununla belə keçən məhkəmə mübahisələrində Bank onun məhkəmə icraatlarına cəlb edilməsi ilə bağlı təşəbbüs göstərməməsinə baxmayaraq və məhkəmə tərəfindən həmin icraatlara daxil edilməməsinə baxmayaraq hazırda icraatda olan 2(075)-1241/2022 saylı mülki işdə onun bank tərəfindən uzun müddətdir yaşadığı evdən çıxarılması tələb edilməkdədir. "xxxx" ASC tərəfindən Cavabdeh2 kreditin verilməsi və kreditin təminatı kimi Cavabdeh3 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın bankın xeyrinə ipotekaya qoyulmasından tamamilə məlumatsız olmuşdur. "xxxx" ASC-nin 11 may 2022-ci il tarixli iddia ərizəsindən də göründüyü kimi ipoteka predmetinə tutma yönəldiyi halda onun həmin ünvandan dərhal çıxması barədə hər hansı notariat qayada öhdəlik götürməmişdir. Göründüyü kimi cavabdeh Xalq Bank” ASC-nin ona qarşı mülkiyyət hüquqlarının olduğu mənzildən çıxarılması ilə bağlı tələbi tamamilə qanunsuzdur və onun hüquqlarını pozmaqdadır. Göründüyü kimi onun hazırkı mübahisəli evdə istifadə hüququmu yaranmış və hələ də davam etməkdədir. Cavabdeh (oğlu) Cavabdeh2 mülkiyyət hüququ əsasında məxsus Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 0.06 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m ümumi 75.1 k.m yaşayış 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı 5 nömrəli fərdi yaşayış evinin "xxxx" ASC-nin mülkiyyətinə keçməsi onun istifadə hüququnun itirilməsinə əsasə yaratmır. Hazırda o və ailə üzvləri ünvan 1-də yerləşən fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla yaşayır. Bundan başqa yaşadığı müddət ərzində mübahsəli fərdi yaşayış evinə onun tərəfindən mütəmaddi olaraq əsaslı təmir işləri görülmüş, bu işlərin görülməsi üçün tərəfindən xeyli vəsait sərf edilmişdir. Belə ki, buraya fərdi yaşayış evinin kommunikasiya sistemlərinin, o cümlədən su, elektrik, qaz təchizat sistemlərinin yenidən qurulması (materialları ilə birlikdə), nəzarət ölçü cihazları (sayğacla) ilə təmin edilməsi və işçi xərcləri, fərdi yaşayış evi kənar təsirlər, təbii hadisələr, zəlzələ və sair nəticəsində köhnəldiyindən keçən müddət ərzində evin bütün otaqlarında əsaslı təmir işləri aparılması, binanın pəncərələrinin yenilənməsi, bütün otaqların divarlarının boyanması (materialları ilə birlikdə), mənzilin girişinin qapılarının əvəz olunması, mətbəx, hamam və digər otaqların təmiri, divarlara və döşəmə kafel-metlax vurulması, tavan boyanması, santexnik işləri, o cümlədən su, qaz, elektirik xətləri çəkilməsi, zəruri qurğular quraşırılması, işçi xərcləri və sair daxildir. Ona görə də bu hüquqların qorunması və təminat altına alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" ASC etiraz ərizəsində göstərmişdir ki, İddiaçı cavabdehlər ASC "xxxx" Bankına (bundan sonra “Bank” adlandırılacaq), Cavabdeh2 və X3 qarşı “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 12 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli çıxarışı ilə ASC "xxxx" Bankının xüsusi mülkiyyəti qismində rəsmiləşdirilən Şəki şəhəri, X32 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evinə (bundan sonra “Fərdi yaşayış evi” adlandırılacaq) və həmin ev üçün nəzərdə tutulmuş bütün kommunal xidmətlərə istifadə hüququnun tanınması tələbi dair” iddia ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, “Cavabdeh2 və Cavabdeh3 atası olan Məmmədov Şabəddin Mustafa oğlu ilə xx.xx.1971-ci ildə nikahları bağlanmışdır. Ailə həyatı qurarkən hazırkı mübahisə predmeti olan Şəki şəhəri X32 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evinə gəlin köçmüş və həmin dövrdən bugünədək həmin evdə yaşayır, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi istifadəsindədir. Cavabdeh ASC "xxxx" Bankının iddia ərizəsindən də göründüyü kimi, pasport qeydiyyatında olduğu ünvan 3 ünvanında onun faktiki yaşamağı həm Bankın keçirdiyi monitorinqdə, həmçinin "Damarçın” məhəllə nümayəndəsi tərəfindən verilmiş arayışda öz təsdiqini tapmışıdır. Lakin bununla belə keçən məhkəmə mübahisələrində Bank onun məhkəmə icraatlarına cəlb edilməyi ilə bağlı təşəbbüs göstərməməsinə baxmayaraq və məhkəmə tərəfindən həmin icraatlara daxil edilməməyinə baxmayaraq hazırda icraatda olan e-2(075)-1241/2022 saylı mülki işdə onun Bank tərəfindən uzun müddətdir yaşadığı evdən çıxarılmağı tələb edilməkdədir. ASC "xxxx" Bankı tərəfindən Cavabdeh3 kredit verilməsi və kreditin təminatı qismində Cavabdeh2 Şabbədin oğlunun ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın Bankın xeyrinə ipoteka qoyulmasından tamamilə məlumatsız olmuş, ASC "xxxx" Bankının xx.xx.2022-ci il tarixli iddia ərizəsindən də göründüyü kimi, o, ipoteka predmetinə tutma yönəldiyi halda həmin ünvandan dərhal çıxmağı barədə notariat qaydasında hər hansı öhdəlik götürməmişdir”. Hesab edirlər ki, İddiaçı iddiası əsassız və qanunsuzdur. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələbinə əsasən ipoteka qovulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qovanın və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir av ərzində tərk etməlidirlər, bu şərtlə ki: «vasavıs evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması iicün ipoteka qovulmuş olsun (59.3.1-ci maddə), və ya «ipoteka qovanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və disər şəxslər ipoteka müqaviləsi ipoteka müqaviləsi başlanarkən həmin evə <mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi başlandıqdan sonra həmin evə və vcı mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Fərdi yaşayış evi kreditin qaytarılmasını təmin etmək üçün ipoteka qoyulduğundan hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsinin tələbləri baxımından İddiaçı Fərdi yaşayış evini tərk etməlidir. Bu isə onu göstərir ki, “İpoteka haqqında” Qanunun göstərilən normasının mənasına görə İddiaçı Fərdi yaşayış evi üzərində istifadə hüququna xitam verilmiş və onun Fərdi yaşayış evi üzərində istifadə hüququ yoxdur. Bundan başqa Cavabdeh2 ilə Bank arasında xx.xx.2014cü il tarixli **********32014/1 №-li ipoteka müqaviləsi (bundan sonra “İpoteka müqaviləsi” adlandırılacaq) bağlanarkən də Cavabdeh2 əmlakın ipoteka qoymasına və həmin əmlaka tutma yönəldiləcəyi təqdirdə Fərdi yaşayış evini tərk edəcəyinə dair dolayı da olsa öhdəlik götürmüşdür. Belə ki, Cavabdeh2 ilə Bank arasında İpoteka müqaviləsi bağlanmamışdan əvvəl Cavabdeh2 notariusa təqdim etmək üçün Şəki şəhər “Damarçın” məhəllə üzrə nümayəndəsinə müraciət edərək Şəki şəhəri. X32 prospektində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 1 mərtəbəli, 115.3 k.m ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evində qeydiyyatda olan şəxslər barəsində xx.xx.2014-cü il tarixli J.554 saylı №-li arayış (Forma № 2) əldə etmişdir. Həmin arayışın surətindən görünür ki, Fərdi yaşayış evində Cavabdeh2, Cavabdeh3, X13, X14, X19, X15, X20, X18, Məmmədov Şabəddin Elçin oğlu və X7 qeydiyyatda olmuşlar. Yəni həmin arayışda İddiaçı qeyd edilən ünvanda qeydiyyatda olması barədə heç bir məlumat əks etdirilməmişdir. Bundan əlavə, Cavabdeh2 ASC "xxxx" Bankına ünvanlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2014-cü il tarixli ərizəsində göstərmişdir ki, Fərdi yaşayış evində yuxarıda göstərilən arayışda göstərilən şəxslərdən başqa daimi və müvəqqəti əsaslarla qeydiyyatda heç kimin olmadığını təsdiq edir və səlahiyyətli məsul şəxslərə verdiyi həqiqətə uyğun olmayan məlumat əsasında hazırlanmış arayışdan Bankla ipoteka müqaviləsinin bağlanması üçün istifadə etdiyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə ona xəbərdarlıq olunmuşdur. Beləliklə, yuxarıda göstərilənlər təsdiq edir ki, İpoteka müqaviləsi bağlandığı zaman İddiaçı Fərdi yaşayış evində qeydiyyatda olmamışdır. Buna görə də İddiaçı ipoteka predmetinə tutma yönəldiyi halda həmin ünvanı qeyd-şərtsiz tərk etməsinə dair notarial qaydada təsdiq edilmiş ərizə alınmamış, həmçinin Bankın ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı iddiası üzrə keçirilmiş məhkəmə iclaslarında cavabdeh qismində cəlb edilməmişdir. İddiaçı cavabdehlər ASC "xxxx" Bankına, Cavabdeh2 və X3 qarşı “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 12 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli çıxarışı ilə ASC "xxxx" Bankının xüsusi mülkiyyəti qismində rəsmiləşdirilən Şəki şəhəri, X32 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evinə və həmin ev üçün nəzərdə tutulmuş bütün kommunal xidmətlərə istifadə hüququnun tanınması tələbi dair” iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram üvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona görə də, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 göstərmişdir ki, kredit müqaviləsi üzrə "xxxx" ASC ondan əsassız olaraq yüksək məbləğdə pul tələb edir. "xxxx" ASC tərəfindən kreditin verilməsi və kreditin təminatı kimi ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın bankın xeyrinə ipotekaya qoyulmasından iddiaçı məlumatsız olmuşdur. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X21 iddia ərizəsinə etiraz edərək, bildirdi ki, artıq Şəki Apellyasiya Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(107)-1196/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Həmin qətnamə ilə İddiaçı ASC "Xalq” Bankına mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, X32 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin İddiaçı qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC "Xalq” Bankına təhvil verilməsiişə qət edilmişdir. Odur ki, işə mahiyəti üzrə baxılaraq tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və degər Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 12 may 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1941-ci il təvəllüdlü İddiaçı ünvan 5 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Damarçın” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 5 ünvanda hal-hazırda İddiaçı, X4, X14 və X7 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(075)-2196/2018 saylı qətnaməsindən görünür ki, 22 dekabr 2014-cü il tarixli **********32014/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Şəki şəhəri, X32 prospektində mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5 nömrəli, 1 mərtəbəli, 115.3 kv.m ümumi, 75.1 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 40 000 (qırx min) manatla açıq hərracda satılması, Cavabdeh2 məxsus Şəki şəhəri, X32 prospektində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5 nömrəli, 1 mərtəbəli, 115.3 kv.m ümumi, 75.1 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin satışından əldə edilən pul vəsaiti hesabına 22 dekabr 2014-cü il tarixli **********32014 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 ASC "xxxx" Bankına olan kredit borcunun ödənilməsi qət edilmişdir İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(075)-1241/2022 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X13, X14, X19, X15, X20 və həmin evdə onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayanlar X18, Məmmədov Şabəddin Elçin oğlu, X7, X22, X23 ASC "xxxx" Bankına mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evindən çıxarılmları və fərdi yaşayış evinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC "xxxx" Bankına təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(107)-1196/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı ASC "Xalq” Bankının nümayəndəsi X16 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(075)-1241/2022 saylı qətnaməsi cavabdeh İddiaçı və digər şəxslərə aid iddianın təmin edilməmiş hissəsində ləğv edilmiş, iddia tələbinin cavabdeh İddiaçı aid hissədə təmin edilməsi, cavabdeh İddiaçı ASC "Xalq” Bankına mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, X32 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC "Xalq” Bankına təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusuna Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 30 avqust 2022-ci il tarixli cavab məktubdan görünür ki, xx.xx.1941-ci il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixdən hazırkı vaxtadək ünvan 5 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı, xx.xx.1971-ci il tarixdə Məmmədov Şabəddin Mustafa oğlu ilə ailə həyatı quraraq mübahisə predmeti olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və hazırkı vaxtadək həmin evdə yaşayır. Cavabdeh3 ilə ASC "xxxx" Bankı arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli **********32014 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 kredit verilmiş və 22 dekabr 2014-cü il tarixli **********32014/1 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olmuş Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Lakin sözügedən ipoteka müqaviləsi bağlanarkən hazırkı iş üzrə İddiaçı razılığı alınmamışdır. Kredit müqaviləsi üzrə borclu öhdəliyi icra etmədiyi üçün Şəki Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(075)-2196/2018 saylı qətnaməsinə əsasən borcun ipoteka predmeti olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərrac vasitəsi ilə satılaraq əldə edilmiş məbləğlə kredit borcunun ödənilməsi qərara alınmışdır. Bundan sonra həmin fərdi yaşayış evi hərrac vasitəsi ilə ASC "xxxx" Bankına satılmış və ASC "xxxx" Bankının xüsusi mülkiyyəti kimi DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. İş materiallarından görünür ki, qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(107)-1196/2022 saylı qətnaməsi ilə, hazırkı iş üzrə İddiaçı ASC "xxxx" Bankının mülkiyyəti kimi qeydə alınmış mübahisə predmeti olan fərdi yaşayış evindən çıxarılması qərara alınmışdır. Ona görə də, onun həmin evə istifadə hüququnun tanınması mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnə bilər ki, bu da yolverilməzdir. Belə ki, iş materiallarında olan “Damarçın” məhəllə nümayəndəsi tərəfindən verilmiş arayışda Şəki şəhəri, X32 15/5 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış hüququ olmaqla qeydiyyatda olan şəxslər cədvəlində cavabdehlər X15, X20, X19, X14, Cavabdeh3, X13, Cavabdeh2 və Məmmədov Şabəddin Elçin oğlunun adları qeyd edilmiş, yaşayış hüququ olmamaqla müvəqqəti qeydiyyatda olanlar cədvəli boş göstərilmişdir. Göründüyü kimi, Cavabdeh2 "xxxx" ASC-yə verdiyi arayış əsasında həmin arayışda adları qeyd edilən şəxslərdən əmlakın ipotekaya qoyulmasına razılıq verilməsi barədə ərizə almışdır. Həmin arayışda isə İddiaçı adı göstərilməmişdir. Qeydiyyatda olan şəxslər haqqında həqiqətə uyğun məlumat vermək ipoteka qoyan Cavabdeh2 öhdəliyi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi İddiaçı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququ mövcud deyil. Ona görə də onun, mübahisə predmeti olan evə və həmin ev üçün nəzərdə tutulmuş bütün kommunal xidmətlərə istifadə hüququnun tanınması barədə iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsаn hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2 və Cavabdeh3 qarşı DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışla cavabdeh "xxxx" ASC-nin xüsusi mülkiyyəti kimi rəsmiləşdirilmiş Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 0,06 hektar torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115,3 kv.m ümumi, 75.1 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 5 nömrəli fərdi yaşayış evinə (ünvan 5) və həmin ev üçün nəzərdə tutulmuş bütün kommunal xidmətlərə istifadə hüququnun tanınması tələbinə dair iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2 və Cavabdeh3 qarşı DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışla cavabdeh "xxxx" ASC-nin xüsusi mülkiyyəti kimi rəsmiləşdirilmiş Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 0,06 hektar torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115,3 kv.m ümumi, 75.1 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 5 nömrəli fərdi yaşayış evinə (ünvan 5) və həmin ev üçün nəzərdə tutulmuş bütün kommunal xidmətlərə istifadə hüququnun tanınması tələbinə dair iddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-36/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-36/2023
15.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver