Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-374/2024 16.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi zərərin əvəzi olaraq 4050 (dörd min əlli) manat əsas borc və ödənilmiş 66 (altmış altı) dövlət rüsumu olmaqla, cəmi 4116 (dörd min yüz on altı) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Lexus ES 300” minik markalı, **- UH-*** Dövlət Qeydiyyat nişanlı avtomobil faktiki olaraq onun istifadəsində və sahibliyindədir. Qeyd edilən avtomobili 28 iyun 2023-cü il tarixdə 500 (beş yüz) manat ilkin depozitlə və gündəlik 20 (iyirmi) manat ödəmək şərti ilə Cavabdeh istifadəsinə vermişdir. Cavabdeh 500 manat ilkin ödəniş məbləğini atasının torpaq sahəsini satandan sonra ödəyəcəyini bildirmişdi. Lakin Cavabdeh 13 iyul 2023-cü il tarixdən etibarən isə heç bir ödəniş etməmişdir. Bundan başqa, cavabdeh yol nəqliyyat hadisəsi törətdiyi üçün 14 avqust 2023-cü il tarixdə avtomobili Bakı şəhəri Yasamal rayon Yol Polisi əməkdaşları saxlayaraq cərimə meydançasına yerləşdiriblər. Hazırda avtomobilin ön şüşəsi sınıq, səsboğucu sistemi qopmuş, ön və arxa bamperləri vuruq və sınıq vəziyyətdədir. Ön şüşə sınıq olduğundan yağış suları avtomobilin içərisinə dolaraq avtomobilin içərisini yarasız vəziyyətə gətirib. Avtomobilin salonunda sınmış və yararsız hala düşmüş hissələr var. Maşının əyləc sistemi sıradan çıxıb. Həmçinin avtomobilin təkərlərindən biri dəyişdirilib, komplektə uyğun deyil. Avtomobil uzun müddət cərimə meydançasında qaldığından akumlyator sıradan çıxıb. Nəqliyyat vasitəsi ümumiyyətlə işə düşmür. "xxxx" MMC-nin 168 saylı QÜSUR AKTİ-na əsasən avtomobilə nakladka qabaq 65 (altmış beş) manat, apornu disk qabaq 240 (iki yüz qırx) manat, mühərrik yağı iki litr 40 (qırx) manat, qabaq şüşə 350 (üç yüz əlli) manat, təkər 180 (yüz səksən) manat, kollektor prokladka 25 (iyirmi beş) manat, akkumilyator batareyası 170 (yüz yetmiş) manat, şitdəki hava çıxan plastmas 30 (otuz) manat, sapfa qabaq sağ 140 (yüz qırx) manat, çaşka qabaq sağ 120 (yüz iyirmi) manat, almacıq 35 (otuz beş) manat, nakoneçnik 40 (qırx) manat, amortizator qabaq sağ 120 (yüz iyirmi) manat, ling qabaq sağ 30 (otuz) manat, stupitsa 90 (doxsan) manat, qabaq və arxa buferin təmiri və rənglənməsi 460 (dörd yüz altmış) manat, qabaq şüşənin dəyişilməsi 50 (əlli) manat, qabaq apornu disk və nakladkanın dəyişilməsi 30 (otuz) manat, salonun elektrik naqillərinin yenilənməsi və izolyasiyası 150 (yüz əlli) manat, ayaqaltı kavralitin qurudulub təmizlənməsi 60 (altmış) manat, qoltuqaltının təmiri-20 (iyirmi) manat, səsboğucunun təmiri-kollektorun təmiri 60 (altmış) manat, təkərin dəyişilməsi və balans 10 (on) manat, çilingər işi 80 (səksən) manat, rulavoy kalonkanın təmiri 250 (iki yüz əlli) manat, razval 25 (iyirmi beş) manat olmaqla, cəmi 2870 (ikimin səkkiz yüz yetmiş) manat ziyan dəyib. Bundan əlavə cabdeh Cavabdeh Əşrəf oğlunun ilkin ödəniş üçün 500 manat (beş yüz) və günlük ödənişlərdən isə 600 (altı yüz) manat borcu qalıb. Hazırda avtomobilin 80 (səksən) manat ödənməmiş cəriməsi var. Cavabdehlə aralarında olan razılaşmaya görə ödəniş olmasa avtomobil geri qaytarılmalı idi. Lakin avtomobil geri qaytarılmayıb və ondan xəbərsiz, etibarnaməsiz idarə edilib. Göstərilən səbəblərdən istifadə və sahibliyində olan **-UH-*** dövlət qeydiyyat nişanlı LEXUS ES 300 minik markalı nəqliyyat vasitəsinə 2870 (iki min səkkiz yüz yetmiş) manat maddi zərər dəyib. Bundan əlavə, Cavabdeh ona 1100 (min yüz) manat borcu və 80 (səksən) manat ödənilməmiş cərimə borcu olmaqla, cəmi 4050 (dörd min əlli) manat borcu vardır. Dəfələrlə, tələb etməyinə baxmayaraq cavabdeh göstərilən məbləği ona ödəməkdən imtina edib. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən "xxxx" MMC tərəfindən cavabdehə pretenziya məktubları ilə müraciət etsə də, heç bir müsbət nəticə əldə olunmayıb. Odur ki, Cavabdeh 4050 (dörd min əlli) manat əsas pulun və ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumunun, cəmi 4116 (dörd min yüz on altı) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması zərurudir. İşin faktiki halları və sübutlarla təsdiq edilir ki, Cavabdeh onun **-UH-*** dövlət qeydiyyat nişanlı LEXUS ES 300 minik markalı nəqliyyat vasitəsini 28 iyun 2023-cü il tarixdə 500 (beş yüz) manat ilkin depozitlə və gündəlik 20 (iyirmi) manat vermək şərti ilə ondan istifadə etmək üçün alıb. Cavabdeh şərtləşdirdikləri qaydada ilkin ödəniş kimi ödəməli olduğu məbləği, həmçinin gündəlik ödəməli olduğu məbləği ödəməyib, bu azmış kimi, nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş qaydada idarə etmədiyi üçün avtomobilə maddi zərər vurub. Həmin vaxtdan bu günədək dəfələrlə tələb etməyinə baxmayaraq Cavabdeh pulu qaytarmaqdan və avtomobilinə dəyən zərəri ödəməkdən imtina edib. Bununla əlaqədar olaraq cavabdehin qanunsuz hərəkətləri barədə Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh polis şöbəsində verdiyi izahatda aralarında olan razılaşmanı pozduğunu və nəqliyyat vasitəsinə maddi zərər verməsini etiraf edib. Araşdırmanın nəticəsi olaraq Abşeron rayon 22 sentyabr 2023-cü il tarixli məktubu ilə mülki qaydada məhkəməyə müraciət edilməli olması tövsiyyə edilib. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, istifadəsində olan “Lexus ES 300” minik markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili aralarında olan şifahi razılaşmaya əsasən 08 iyun 2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olması üçün Cavabdeh satmışdır. Cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh avtomobil üçün ilkin ödəniş olaraq 500 manat məbləğdə pul verməli idi. Qalan məbləği isə cavabdeh gündəlik 20 manat olmaqla 36 ay müddətinə ona ödəməli idi. Bundan sonra avtomobil cavabdehin adına qeydiyyata alınacaqdı. Lakin cavabdeh avtomobili aldıqdan sonra 13 iyul 2023-cü il tarixdən sonra ödənişləri etməmişdir. Cavabdeh dəfələrlə avtomobili ondan gizlətmiş, geri qaytarmamışdır. Bir müddətdən sonra avqust ayında ona bəlli olmuşdur ki, həmin avtomobil qəzalı vəziyyətdə Bakı şəhəri Yasamal rayonunda yerləşən cərimə meydançasındadır. Bildirmişdir ki, bir müddətdən sonra o, avtomobili evakuatorla gətirərək həyətlərinə qoymuşdur. Avtomobil hal-hazırda istifadəyə yararsız vəziyyətdədir. Göstərmişdir ki, cavabdeh avtomobili alan zaman 500 manat ilkin ödənişə razılaşmışlar. Cavabdeh atasının torpaq sahəsi olduğunu bildirmişdir. Həmin torpaq sahəsini satdıqdan sonra ilkin ödənişi verəcəkdir. Gündəlik isə 20 manat ödəməyə razılaşmışdılar. 36 ay bitdikdən sonra avtomobili Cavabdeh adına qeydiyyata alınmalı idi. Avtomobili satan zaman cavabdehlə aralarında hər hansı yazılı rəsmi müqavilə imzalanmamışdır. Sadəcə olaraq cavabdehlə aralarında şifahi razılaşma olmuşdur. Bildirmişdir ki, hal-hazırda avtomobil onun özündədir. Avtomobil istifadəyə yararsız vəziyyətdədir. Avtomobil arxa hissədən vurulub. Cavabdeh ona 280 manat məbləğdə pulu avtomobili cərimə meydançasından çıxarmaq üçün ödəmişdir. Avtomobilin təmiri üçün 2810 manat məbləğdə pul tələb olunur. Cavabdeh bu günə kimi ilkin ödəniş olan 500 manatı ödəməmişdir. Bundan başqa gündəlik hesablamalara görə 600 manat ödənilməlidir. Bildirmişdir ki, cavabdeh ona tələb elədiyi borc məbləğlərindən 08 fevral 2024-cü il tarixdə, 200 manat, 15 fevral 2024-cü il tarixdə 50 manat və 06 mart 2024-cü il tarixdə 200 manat məbləğlərdə ödəniş etmişdir. Bundan başqa cavabdeh ona cərimələrin ödənilməsi üçün 80 manat məbləğdə pul ödəmişdir. Ümumilikdə isə cavabdeh ona tələb olunan 4050 manat borcun 530 manatını ödəmişdir. Qalan borc məbləğləri isə ödənilməmiş qalmışdır. Göstədikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, o, iddiaçının istifadəsində olan “Lexus ES 300” minik markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili taksi fəaliyyəti ilə məşğul olması üçün almışdır. Avtomobili alan zaman iddiaçı ilə aralarında hər hansı rəsmi yazılı müqavilə imzalanmamışdır. Bildirmişdir ki, iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən o, həmin avtomobil üçün 250 manat ilkin ödəniş verməli olmuşdur. Bundan başqa gündəlik 20 manat olmaqla 36 ay müddətinə qalan məbləği ödəməli idi. Lakin həmin avtomobil nasazlıq olduğu üçün avtomobilin təmiri üçün 500 manat məbləğdə pul vəsaiti xərcləmişdir. Bildirmişdir ki, o, avtomobil üçün iddiaçıya 200 manat və 280 manat məbləğlərdə ödəniş etmişdir. Avtomobilin təmiri üçün 500 manat pul xərclədiyi üçün bunu iddiaçıya demiş və avtomobilin pulundan ödəniş etməmişdir. Göstərmişdir ki, iddiaçı ilkin ödəniş kimi 500 manat qeyd etsə də, onlar ilkin ödəniş kimi 250 manata razılaşmışlar və o, həmin məbləği iddiaçıya ödəmişdir. 2023-cü ilin avqust ayının 14-ü özü avtomobili sürərək cərimə meydançasına aparmışdır. Avtomobil onun istifadəsində olan zaman qəza baş vermiş, avtomobil arxa hissədən vurulmuşdur. O, iddiaçıdan avtomobili aparıb təmir etdirməyi üçün etibarnamə istəmişdir. Lakin cavabdeh avtomobili ona verməmişdir. Bildirmişdir ki, avtomobil arxadan vurulmuşdur. Bundan başqa pəncərədən setka düşərək qabaq şüşəni sındırmışdır. Avtomobil arxadan vurulan zaman səs boğucu sistemi qopmuşdur. Bundan başqa avtomobilin salonunda qoltoqaltı qırılmışdır. Avtomobilin əyləc sistemində nasazlıq yaranmışdır. Göstərmişdir ki, o, iddiaçıya olan borcundan 450 manat məbləğdə ödəniş etmişdir. Bundan başqa cərimələrə görə 80 manat məbləğdə ödəniş etmişdir. Qalan borcunu da iddiaçıya ödəyəcəkdir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X1 Cavabdeh ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddiaçıya olan borcdan 450 manatı ödənilmişdir. Bundan başqa cavabdeh avtomobili idarə edən zaman da avtomobilin təmiri üçüm müəyyən məbləğlərdə pul xərcləmişdir. Həmçinin iddiaçı cərimələrə görə 80 manat məbləğdə pul vəsaiti vermişlər. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə mçəhkəmə baxışında tədqiq edilmiş; 28 sentyabr 2023-cü il tarixli, 168 saylı qüsur aktından görünür ki, “Lexus ES 300” minik markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmiri üçün ehtiyyat hissələrinin dəyəri 1675 manat, xidmət haqqı 1195 manat olmaqla, ümumilikdə 2870 manat təşkil etmişdir. Qeyd edilmişdir ki, avtomobil işlək vəziyyətə gətirilə bilinmədiyi üçün mühərrik və sürətlər qutusunun yoxlanılması mümkün olmamışdır. 25 iyun 2023-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, səlahiyyət ötürən şəxs İddiaçı mülkiyyətçi X2 mülkiyyətində olan “Lexus ES 300” minik markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili etibarnamə əsasında idarə etməsi üçün Cavabdeh vermişdir. 17732 nömrəli qəbzdən görünür ki, İddiaçı hesabına 280 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. 18018 nömrəli qəbzdən görünür ki, İddiaçı hesabına 200 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. 01244 nömrəli qəbzdən görünür ki, İddiaçı hesabına 200 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. 50028 nömrəli qəbzdən görünür ki, İddiaçı hesabına 200 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. 50028 nömrəli qəbzdən görünür ki, İddiaçı hesabına 50 manat məbləğdə pul vəsaiti köçürülmüşdür. ƏN-İX 008523 nömrəli etibarnamədən görünür ki, X3 mülkiyyətində olan “Lexus ES 300” minik markalı, buraxılış ili 1998-ci il olan, **-UH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək üçün İddiaçı səlahiyyət vermişdir. 09 sentyabr 2019-cu il tarixli, AD 578006 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Lexus ES 300” minik markalı, buraxılış ili 1998ci il olan, **-UH-*** dövlət qeydiyyat nişanlı minik avtomobil X2 adına qeydiyyata alınmışdır. 03 oktyabr 2023-cü il tarixli, 1006/23 saylı pretenziyadan görünür ki, Cavabdeh ünvanına pretenziya məktubu daxil olduqdan sonra 5 gün müddətində 4050 manat məbləğdə pul vəsaitini İddiaçı ödənilməsi tələb olunmuşdur. Əks halda məhkəməyə müraciət ediləcəyi və məhkəmə xərclərinin də ondan tələb ediləcəyi bildirilmişdir. 18 oktyabr 2023-cü il tarixli, 1006/23 saylı pretenziyadan görünür ki, Cavabdeh ünvanına pretenziya məktubu daxil olduqdan sonra 5 gün müddətində 4050 manat məbləğdə pul vəsaitini İddiaçı ödənilməsi tələb olunmuşdur. Əks halda məhkəməyə müraciət ediləcəyi və məhkəmə xərclərinin də ondan tələb ediləcəyi bildirilmişdir. USB kartda olan materiallardan görünür ki, İddiaçı və Cavabdeh aralarında olan razılaşmaya əsasən İddiaçı özünə məxsus olan “Lexus ES 300” minik markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilkin olaraq 500 manat gündəlik 20 manat, 36 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclası və işin təhlili zamanı müəyyən olundu ki, İddiaçı faktiki olaraq istifadəsində olan “Lexus ES 300” minik markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilkin ödəniş olaraq 500 manat, 36 ay müddətinə gündəlik 20 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. Cavabdeh iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən avtomobilin dəyəri iddiaçıya ödəyib bitdikdən sonra avtomobil cavabdehin mülkiyyətinə keçməli idi. Lakin cavabdeh iddiaçı ilə aralarında olan şifahi razılaşmanın şərtlərini pozmuş, avtomobilin dəyəri iddiaçıya vaxtı-vaxtında ödəməmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, iddiaçı istifadəsində olan “Lexus ES 300” minik markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili saz vəziyyətdə cavabdehə satmışdır. Lakin avtomobil cavabdehin istifadəsində olan zaman avtomobil qəzaya düşmüş, bir çox nasazlıqlar yaranmışdır. İş materiallarında olan qüsur aktından görünür ki, “Lexus ES 300” minik markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmiri ümumilikdə 2870 manat təşkil etmişdir. Göründüyü kimi iddiaçı cavabdehlə aralarında olan şifahi razılaşmanın tələblərinə riayət edərək avtomobili saz vəziyyətdə cavabdehə təhvil vermişdir. Lakin cavabdeh şifahi razılaşmanın şərtlərini pozaraq avtomobilin dəyərini hissə-hissə zamanında ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh aralarında olan razılaşmaya əsasən avtomobilin tam saz vəziyyətdə verilərək üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq Cavabdeh iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bundan başqa mübahisələndirilən avtomobil cavabdehin istifadəsində olduğu müddətdə avtomobilə maddi ziyan vurulmuşdur. Bu səbəbdən də İddiaçı yaranmış borc məbləğlərinin ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göründüyü kimi Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuşdur. Lakin iş materiallarında olan ödəniş qəbzlərindən, eyni zamanda tərəflərin məhkəmə iclasında vermiş olduğu ifadələrdən müəyyən olunur ki, cavabdeh iddiaçıya 80 manat hesablanmış cərimələrə görə, 450 manat olan borc məbləğlərindən ödəniş etməklə, ümumilikdə cavabdeh tərəfindən iddiaçıya 530 manat məbləğdə pul vəsaiti ödənilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq Cavabdeh maddi ziyana görə 3520 (üç min beş yüz iyirmi) manat pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 3520 (üç min beş yüz iyirmi) manat pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-374/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-374/2024
16.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver