Məhkəmə qərarları › İş №e-2(075)-387/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-387/2023

31.01.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-387/2023 31.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Şəhər M.X1 və İstirahət Parkının tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 3086,23 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxxxx 1978-ci il, doğulduğu yer - Azərbaycan, Şəki, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Elnur Teymurov 22 dekabr 2022-ci il tarixdə məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə iclaslarının ərizəçinin iştirakı olmadan keçirilməsi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizəsində tələbini belə əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 02 dekabr 2022-ci il tarixə vergi ödəyicisi olan Şəki Şəhər M.X1 və İstirahət Parkının (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3086,23 manat olmaqla, ümumilikdə 3086,23 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 21 fevral 2019-cu il tarixli **********035900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Məhkəmədən ərizənin təmin edilərək, Şəki Şəhər M.X1 və İstirahət Parkının icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək göstərmişdir ki, həqiqətən də Şəhər M.X1 və İstirahət Parkının icra orqanın rəhbəridir. O, 2022-ci ilin aprel ayından Şəhər M.X1 və İstirahət Parkının icra orqanın rəhbəri vəzifəsində işləməyə başlamışdır. İndiyə kimi onun vergi borcundan məlumatı olmamışdır. Son iki həftə ərzində ona vergi borcunun olması barədə məlumat vermişlər. Həmin park təsərrüfat hesablıdır. Gəlir olmadığı üçün məsələnin aydınlaşdırılmasını istəyir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 dekabr 2022-ci il tarixli hüquqi şəxs haqqında məlumatlardan görünür ki, qeyri-komersiya təşkilatı olan Şəki şəhər M.X1 və İstirahət Parkı istirahət və əyləncə parklarının fəaliyyəti ilə məşğul olmaq üçün 23 sentyabr 2005-ci il tarixdə vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyatdan keçmişdir, rəhbəri Maraqlı şəxsdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş sürətindən görünür ki, Maraqlı şəxs xx xxxxx 1978-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatdadır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 24 noyabr 2022-ci il tarixli, **********447600 nömrəli bildirişdən görünür ki, ərizəçi tərəfindən vergi borcunun ödənilməsi barədə Maraqlı şəxs xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şəki şəhər İHB-nin 18 iyun 2013-cü il tarixli, 1/194 saylı sərəncamından çıxarışdan görünür ki, Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin nəzdində olan X3 adına mədəniyyət və istirahət parkının, Məhəmməd X1 və istirahət parkının və onun 20 Yanvar park filialının idarə edilməsi Şəki Şəhər İcra Hakimiyyətinə verilməklə Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinə həvalə edilməsi qərara alınmış və Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinin direktoru İntiqam Əşirova və Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalovaya tapşırılmışdır ki, X3 adına mədəniyyət və istirahət parkının, Məhəmməd X1 və istirahət parkının və onun 20 Yanvar park filialının balansında uçota alınmış, azqiymətli və tez köhnələn əşyaları, müxtəlif malmaterialları, inventar və avadanlıqları aktla rəsmləşdirilərek Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyinə təhvil verilməsini təmin etsinlər. İş materiallarında olan Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə 23 oktyabr 2013-cü il tarixli, 86 saylı əmrdən çıxarışdan görünür ki, M.F.Axundzadə adına Mədəniyyət və İstirahət parkının, M.X1 və İstirahət parkının, həmçinin onun filialı olan “20 Yanvar” parkının idarə olunmaları Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyində təmin olunması, qeyd olunan parkların Birliyin idarəçiliyi altında sərbəst maliyyə fəaliyyətləri davam etdirilməsi qərara alınmış, ayrı-ayrı parkların müdirlərinə və mühasiblərinə tapşırılmışdır ki, fəaliyyətləri dövründə ayrı-ayrı müvafiq dövlət vergilərini və işçilərin aylıq əmək haqlarının vaxtlı-vaxtında ödənişlərini təmin etsinlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinəəsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinəəsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisı olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 355- 5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. MPM-nin 355-7-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. MPM 217.4-ci məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qeyri-komersiya təşkilatı olan Şəki şəhəri M.X1 və İstirahət Parkının icra orqanın rəhbəri Maraqlı şəxs vəzifə səlahiyyətlərinə əsasən Dövlət Sosial Müdafiə Fonduna mövcud olan borcun ödənilməsini təmin etməmişdir. Maraqlı şəxs müvafiq borcdan xəbərlərinin olmamasını, ümumiyyətlə borcun mübahisəli olduğunu bildirsədə borc mübahisələndirlməmiş və hazırda mövcud olmasının əksinə dəlalət edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tədqiq olunan sübutlara hüquq normalarına əsasən qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Şəki şəhəri M.X1 və İstirahət Parkının icra orqanın rəhbəri - xx xxxxx 1978-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 4 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx) Dövlət Sosial Müdafiə Fonduna olan 3086,23 manat məbləğində borcu ödənilənədək ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. MPM-nin 355-7.4-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki şəhəri M.X1 və İstirahət Parkının icra orqanın rəhbəri - xx xxxxx 1978-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 4 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx) Dövlət Sosial Müdafiə Fonduna olan 3086,23 manat məbləğində borcu ödənilənədək ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar