Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-395/2025 15.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı1 Qurban oğlunun və iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz hərəkətlərə son qoyulması, maneələrin aradan qaldırılması, torpaq sahəsinə girişə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, onun qanunsuz hərəkətlərinə son qoyulması, tərəfindən olan maneələrin aradan qaldırılması, həmin torpaq sahəsinə girişinə qadağa qoyulması, həmçinin müqavilə əsasında vəkilə ödənilmiş 300 çü) yüz) manatın və dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh oğlundan alınaraq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum atası Əhmədov Qürbət İsmayıl oğlu xx.xx.2003-cü il tarixdə ölmüşdür. Bununla bağlı 038298 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X3 Xidmət Mərkəzində Notariat Ofisinin 19 noyabr 2021-ci il tarixli 4613 nömrəli məktubu ilə DƏDRXnin 12 saylı Şəki ərazi idarəsinə bildirilmişdir ki, xx.xx.2003-cü il tarixdə ölmüş Əhmədov Qürbət İsmayıl oğlunun vərəsəsi İddiaçı1 Qürbət oğlunun ərizəsi əsasında X3 Xidmət mərkəzində notariat ofisində mərhum atasından qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq mərhumdan qalmış hər hansı bir daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və daşınmaz əmlakın yüklülüyü barədə arayış (forma1) verilməsinin təmin edilməsi xahiş edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsi X1 və onun ailə üzvlərinin adlarına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki ərazi idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. (Əsası kimi Şəki Apellyasiya Məhkəməsinin 2- 1(107)-170/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı). Bundan sonra xx.xx.2024-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsi İddiaçı1 Qürbət oğlu və onun ailə üzvlərinin adlarına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şək Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cüil tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. (Əsası kimi X3 Xidmət Mərkəzində notariat kontoru. Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-774 nömrəli xx.xx.2024-cü il tarixli Şəhadətnamə). Cavabdeh uzun müddətdir ki, əvvəllər mərhum atasının mülkiyyətində, hazırda isə onun və ailə üzvlərinin mülkiyyətində olan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və qeyd edilən torpaq sahəsindən könüllü şəkildə çıxmır. Cavabdeh ilə aralarında bir çox məhkəmə çəkişmələri olmuş və həmin məhkəmə çəkişmələrində heç bir uğurlu nəticə əldə etməmişdir. Dəfələrlə ondan torpaq sahəsinin başaldılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh hazırda mülkiyyətində olan torpaq sahəsindən bu günə kimi qanunsuz istifadə etməklə qazanc əldə edir. Onu dəfələrlə xəbərdar etməyinə baxmayaraq cavabdeh könüllü şəkildə torpağından çıxmaq istəmir, onun qanunsuz olaraq onun torpaq sahəsindən istifadə etməsi və həmin torpaq sahəsində qazanc əldə etməsi mülkiyyətçi kimi onun və ailə üzvlərinin qanunla qorunan mülkiyyət hüquqlarını pozur. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı1 və iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsi İddiaçı1 Qürbət oğlunun 2/3 hissə, İddiaçı2 1/3 hissə, İddiaçı3 1/3 hissə mülkiyyətindədir. - Şəki Regional Vəkil Bürosu tərəfindən verilmiş 280 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 Vəkil ilə bağladığı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 300 manat ödəniş etmişdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunur. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsi iddiaçıların adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi iddiaçıların paylı mülkiyyətindədir. Cavabdeh isə həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və qeyd edilən torpaq sahəsindən könüllü şəkildə çıxmır. Məhkəmə hesab edir ki, iddiaçılar mülkiyyətlərində olan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılmasını, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasını, cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılmasını, həmin torpaq sahəsinə girişinə qadağa qoyulmasını tələb etməkdə haqlıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçıların mülkiyyətində olan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmalı, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı, onun tərəfindən olan maneələr aradan qaldırılmalı, həmin torpaq sahəsinə girişinə qadağa qoyulmalıdır. Məhkəmə hesab edir ki, vəkilə ödənilmiş 300 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçılara ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən hazırkı iddianın qaldırılması üçün iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir.
Nəticə hissəsi:
Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Şəki rayonu İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsindən məcburi qaydada çıxarılsın, Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulsun, Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın, Cavabdeh həmin torpaq sahəsinə girişinə qadağa qoyulsun. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və vəkilə ödənilmiş 300 (üç yüz) manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kamran Musayev