Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-4/2025 16.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin naturada ayrılması və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş **********69 reyetr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyetr nömrəli, ********** qeydiyyat nömrəli və **********72 reyetr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışlarına əsasən paylı mülkiyyətlərində olan 0,660 hektar, 0,99 hektar və 0,46 hektar torpaq sahələrindən paylarına düşən hissənin münasib şəkildə naturada ayrılıb onlara verilməsi və paylı mülkiyyətlərində olan torpaq sahələrindən istifadəyə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX-nın Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarına əsasən paylı mülkiyyətlərində olan 0,660 hektar, 0,99 hektar və 0,46 hektar torpaq sahələrindən hər birinin 1/7 hissə paylarının müəyyən edilməsi, həmin torpaq sahələrindən hər birinin payına düşən 1/7 hissənin münasib şəkildə naturada ayrılıb onlara verilməsi və paylı mülkiyyətlərində olan torpaq sahələrindən istifadəyə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş **********69 reyetr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışlarına əsasən onların və cavabdehlərin ümumi birgə mülkiyyətlərinə müvafiq olaraq 0,660 hektar, 0,99 hektar və 0,46 hektar torpaq sahələri adlarına qeydiyyata alınmışdır. Paylı mülkiyyətdə olan əmlaklardan paylarına düşən hissədə yaxşılaşdırma işləri aparmaq istəyirlər. Lakin, rəsmi sənədə əsasən torpaq sahələrinin paylarına düşən hissəsinin dəqiq olaraq haradan olması məlum deyildir. Həmçinin, cavabdehlər onlara paylı mülkiyyətlərində olan əmlaklarından istifadə etməyinə imkan vermir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ona və Cavabdeh1 qarşı ƏDMK yanında DƏDRX-nın Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli və **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarına əsasən paylı mülkiyyətlərində olan torpaq sahəsindən paylarına düşən hissənin münasib şəkildə ayrılıb onlara verilməsi tələbinə dair iddia ərizəsini oxuyub tanış olmuş, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ona və Cavabdeh1 qarşı ƏDMK yanında DƏDRX-nın Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli və **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarına əsasən paylı mülkiyyətlərində olan torpaq sahəsindən paylarına düşən hissənin münasib şəkildə ayrılıb onlara verilməsi tələbinə dair iddia ərizəsini oxuyub tanış olmuş, iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq digər iddiaçılar və cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 22 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)- 2585/2021 saylı qətnaməsində Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarının payına münasibətdə İddiaçı2 məsus olması hüquqi faktı müəyyən edilmişdir. - Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********72 reyestr nömrəli çıxarışdan görünür ki, Şəki rayonu, Zunud kəndində yerləşən, 0,46 ha torpaq sahəsi Cavabdeh2, X3, X2, Cavabdeh1, İddiaçı2 Nurbala qızı, İddiaçı1, İddiaçı3 ümumi birgə mülkiyyətindədir. - Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********71 reyestr nömrəli çıxarışdan görünür ki, Şəki rayonu, Zunud kəndində yerləşən, 0,99 ha torpaq sahəsi Cavabdeh2, X3, X2, Cavabdeh1, İddiaçı2 Nurbala qızı, İddiaçı1, İddiaçı3 ümumi birgə mülkiyyətindədir. - Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********69 reyestr nömrəli çıxarışdan görünür ki, Şəki rayonu, Zunud kəndində yerləşən, 0,560 ha torpaq sahəsi Cavabdeh2, X3, X2, Cavabdeh1, İddiaçı2 Nurbala qızı, İddiaçı1, İddiaçı3 ümumi birgə mülkiyyətindədir. - Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********71 reyestr nömrəli çıxarışdan görünür ki, Şəki rayonu, Zunud kəndində yerləşən, 0,987 ha torpaq sahəsi Cavabdeh2, X3, X2, Cavabdeh1, İddiaçı2 Nurbala qızı, İddiaçı1, İddiaçı3 ümumi birgə mülkiyyətindədir. - Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********72 reyestr nömrəli çıxarışdan görünür ki, Şəki rayonu, Zunud kəndində yerləşən, 0,4555 ha torpaq sahəsi Cavabdeh2, X3, X2, Cavabdeh1, İddiaçı2 Nurbala qızı, İddiaçı1, İddiaçı3 ümumi birgə mülkiyyətindədir. - 29 avqust 2019-cu il tarixli, AZ-İİ 027612 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. - 29 avqust 2019-cu il tarixli, AZ-İİ 027611 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7012 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən mübahisə predmeti olan 0.58 ha (reyestr №**********69) torpaq sahəsinin 1/7 və ya 3/7 hissəsinin naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantları rəyə əlavə edilmiş sxemlərdə ətraflı qeyd edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinə 16.102023-cü il tarixdə təqdim edilmiş DƏDKR publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən **********971 və **********72 reyestr nömrəli ilə hüquqların Dövlət qeydiyyatı aparılmış və daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışları rəsmiləşdirilmiş 0.99 hektar və 0.46 hektar torpaq sahələrini faktiki olaraq mülkiyyətçilər (tərəflər) tərəfindən istifadə edilmədiyindən və dəqiq yerləşmə yeri bilinmədiyindən həmin torpaq sahələri üzrə tədqiqat aparılmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2025-ci il tarixli, 10/4667 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli. 3-21-3- 39/2-2367/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli **********71 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli **********72 reyestr nömrəli çıxarışlara əsasən tərəflərin birgə mülkiyyətində olan müvafiq olaraq 0.987 ha və 0.4555 ha torpaq sahələrindən iddiaçıların hər birinin ayrı-ayrılıqda 1/7 hissəsinin (yəni üç ədəd 1/7) və yaxud 3/7 hissəsinin (yəni iddiaçıların paylarının birlikdə) naturada ayrılması mülkiyyətçilərin hər birinin razılıq verdiyi təqsdirdə qayaların hər birinin birbaşa yola çıxışı olmasını nəzərə alaraq mümkündür. Mütəxəssis rəyinə əlavə edilmiş plan sxemdə hansı formada payların ayrılmasının mümkün variantı göstərilmişdir. - 03.02.202-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Konvensiyа: Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X5 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********69 reyestr nömrəli çıxarışa əsasən Şəki rayonu, Zunud kəndində yerləşən, 0,560 ha torpaq sahəsi, **********71 reyestr nömrəli çıxarışa əsasən Şəki rayonu, Zunud kəndində yerləşən, 0,987 ha torpaq sahəsi və **********72 reyestr nömrəli çıxarışa əsasən Şəki rayonu, Zunud kəndində yerləşən, 0,4555 ha torpaq sahəsi Cavabdeh2, X3, X2, Cavabdeh1, İddiaçı2 Nurbala qızı, İddiaçı1, İddiaçı3 ümumi birgə mülkiyyətindədir. Qeyd edilən şəxslərdən ikisi, X2 və X3 vəfat etmişdir. İddiaçılar hazırkı iddia tələbi üzrə hər üç torpaq sahəsinə münasibətdə paylarının müəyyən edilməsini və paylarının naturada ayrılmasını xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlər iddia tələbinə etiraz bildirməmilər. Hal-hazırda həm iddiaçılar, həm də cavabdehlər ümumi birgə mülkiyyətdəki paylarının müəyyən olunmasını məhkəmədən xahiş etmişlər və hazırkı vəziyyətdə mülkiyyətçilərin paylarının müəyyən edilməsi üçün hər hansı məhdudiyyət yoxdur. Məhkəmə qeyd edir ki, ümumi birgə mülkiyyətin mülkiyyətçilərinin hər hansı birinin ölməsi və ölmüş şəxsin vərsələrinin müəyyən edilməməsi, digər mülkiyyətçilərin paylarının müəyyən edilməsinə məhdudiyyət yaratmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. İddia tələbinin payın naturada ayrılması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş üzrə ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7012 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən mübahisə predmeti olan 0.58 ha (reyestr №**********69) torpaq sahəsinin 1/7 və ya 3/7 hissəsinin naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantları rəyə əlavə edilmiş sxemlərdə ətraflı qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2025-ci il tarixli, 10/4667 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli. 3-21-3-39/2-2367/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024cü il tarixli **********71 reyestr nömrəli və xx.xx.2024-cü il tarixli **********72 reyestr nömrəli çıxarışlara əsasən tərəflərin birgə mülkiyyətində olan müvafiq olaraq 0.987 ha və 0.4555 ha torpaq sahələrindən iddiaçıların hər birinin ayrı-ayrılıqda 1/7 hissəsinin (yəni üç ədəd 1/7) və yaxud 3/7 hissəsinin (yəni iddiaçıların paylarının birlikdə) naturada ayrılması mülkiyyətçilərin hər birinin razılıq verdiyi təqsdirdə qayaların hər birinin birbaşa yola çıxışı olmasını nəzərə alaraq mümkündür. Mütəxəssis rəyinə əlavə edilmiş plan sxemdə hansı formada payların ayrılmasının mümkün variantı göstərilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlər növbəti məhkəmə iclaslarında iştirak etmədiklərindən, iddiaçı isə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını xahiş etdiyindən həmin hissədə də iddia tələbi təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarına əsasən paylı mülkiyyətlərində olan 0,660 hektar, 0,99 hektar və 0,46 hektar torpaq sahələrindən hər birinin 1/7 hissə payları müəyyən edilməli, həmin torpaq sahələrindən hər birinin payına düşən 1/7 hissə münasib şəkildə naturada ayrılıb onlara verilməli və paylı mülkiyyətlərində olan torpaq sahələrindən istifadəyə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılmalıdır. İddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçılara ödənilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir.
Nəticə hissəsi:
Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarına əsasən paylı mülkiyyətlərində olan 0,660 hektar, 0,99 hektar və 0,46 hektar torpaq sahələrindən hər birinin 1/7 hissə payları müəyyən edilsin, həmin torpaq sahələrindən hər birinin payına düşən 1/7 hissə münasib şəkildə naturada ayrılıb onlara verilsin və paylı mülkiyyətlərində olan torpaq sahələrindən istifadəyə cavabdehlər tərəfindən edilən maneələr aradan qaldırılsın. İddiaçıların dövlət büdcəsinə ödədiyi 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kamran Musayev