Məhkəmə qərarları › İş №e-2(075)-402/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-402/2025

15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-402/2025 15.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız əldə edilmiş heyvanların geri qaytarılması”na dair ilkin iddia, İddiaçı X2 cavabdeh İddiaçı qarşı “alqısatqı müqavilələrinin və çıxarışların ləğv edilməsi”nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 148 baş xırdabuynuzlu heyvanın (qoyunun) cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki rayonu 1 saylı Dövlət Notariat Kontorunda "xxxx" Kiçik Müəssisəsinin üzvləri ilə İddiaçı arasında bağlanmış 10 iyul 2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli və AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş daşınmaz əmlakla bağlı bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi, həmin daşınmaz əmlakların geri qaytarılması, 450 baş Cavabdeh2 qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil 15 noyabr 2016-cı il tarixli məhkəmə iclası zamanı məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizəsində cavabdeh İddiaçı adı ilə bağlanmış olan 10 iyul 2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, həmçinin 10 iyul 2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və 10 iyul 2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və bu müqavilələr əsasında verilmiş digər hüquqmüəyyənedici sənədlərin daşınmaz əmlakın dövlət reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı 15 iyul 2014-cü il qeydiyyat tarixli çıxarışın, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı 17 iyul qeydiyyat tarixli çıxarışın, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı 17 iyul 2014-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, o cümlədən satış vaxtı ferma ilə satılmış 243 baş qoyunun ona qaytarılması, o cümlədən əldə çıxmış fayda üzrə 2 il ərzində qoyunlardan əldə edəcəyi 200 baş qoyunun ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil 15 noyabr 2016-cı il tarixli məhkəmə iclası zamanı məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizəsində cavabdeh İddiaçı ondan aldığı 120 000 manat məbləğində pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı da 15 noyabr 2016-cı il tarixli məhkəmə iclası zamanı məhkəməyə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona qarşı müqavilənin ləğv edilməsi və əmlakın geri qaytarılması barədə iddialarının təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən 105 000 ABŞ dolları məbləğində maddi ziyanın və 50 000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-6495/2016 saylı qərardadına əsasən həmin mülki iş iki icraata ayrılmışdır. Eyni zamanda həmin mülki iş iki icraata ayrılmamışdan əvvəl iddiaçılar Cavabdeh1 və Cavabdeh2 vəsatətlərinə əsasən Şəki Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli 2(075)-6495/2016 saylı qərardadı ilə cavabdeh İddiaçı məxsus Şəki rayonu Öryət kəndində yerləşən qeyri-yaşayış binasının, 11 ha, 3,21 ha və 3,59 ha torpaq sahələrinin və 450 baş qoyunun üzərinə həbs qoyulması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli 2(075)-6495/2016 saylı qərardadı ilə (hakim Kamran Süleymanov) iddiaçılar Cavabdeh1 və Cavabdeh2 vəsatətlərinə əsasən cavabdeh İddiaçı məxsus Şəki rayonu Öryət kəndində yerləşən qeyri-yaşayış binasının, 11 ha, 3,21 ha və 3,59 ha torpaq sahələrinin və 450 baş qoyunun üzərinə həbs qoyulması barədə Şəki Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli 2(075)- 6495/2016 saylı qərardadı iddiaçı Cavabdeh1 tələbi ilə bağlı hissədə ləğv edilmişdir. Şəki Rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli 2(075)-12468/2016 saylı qətnaməsi (hakim Kamran Süleymanov) ilə ilk iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 19 369 ABŞ dolları və 1.158.098 rubl alınaraq iddiaçı X4 verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-2720/2017 saylı qətnaməsi ilə Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında əldə edilmiş çıxarışın ləğv edilməsi, müqavilə üzrə satılmış əmlakın bütün avadanlıqları ilə birlikdə əvvəlki mülkiyyətçisinə qaytarılması barədə ilk iddiasının təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında 10 iyul 2014-cü il tarixdə bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş RX seriyalı ******* saylı 15 iyul 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 10 iyul 2014-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə satılmış 1328,3 kv m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının bütün avadanlıqları ilə birlikdə "xxxx" MKM-nə qaytarılması qət edilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 2(075)-6/2020 saylı 19 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev) iddia qismən təmin edilərək cavabdeh İddiaçı bir başının orta satış bazar qiyməti 160 manat olmaqla 261 baş qoyunun, bir başının orta satış bazar qiyməti 140 manat olmaqla 130 baş quzunun, bir başının orta satış bazar qiyməti 80 manat olmaqla 19 baş keçinin və bir başının orta satış bazar qiyməti 800 manat olmaqla bir baş atın, onların qaytarılması mümkün olmadıqda dəyərinin alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1486/2020 saylı 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Şəki Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 2(075)- 6/2020 saylı qətnaməsi qismən - bir başının orta satış bazar qiyməti 160 manat olmaqla 18 baş qoyunun və bir başının orta satış bazar qiyməti 140 manat olmaqla 130 baş quzunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilib, həmin hissənin qətnamədən xaric edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qətedilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1633/2021 saylı qərarı ilə Daşdəmurov Xəyyam Umudvar oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1486/2020 saylı iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmək istəyir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(075)-6/2020 saylı qətnaməsinin əsaslandılrıcı hissəsində qeyd edilir ki, məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin 13 fevral 2020-ci il tarixli 2385/14 nömrəli məktubundan görünür ki, 17 iyun 2016-cı il tarixində Şəki rayonu üzrə İcra Şöbəsinin icraatına daxil olmuş Şəki Rayon Məhkəməsinin 2(075)-6495/2016 saylı 16 iyun 2016-cı il tarixli qərardadına əsasən İddiaçı məxsus Şəki rayonu Öryət kəndində yerləşən qeyri-yaşayış binasının, 11 ha, 3,21 ha və 3,59 ha torpaq sahələrinin və 450 baş qoyunun üzərinə həbs qoyulmalıdır. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar 17 iyun 2016-cı il tarixdə borclu İddiaçı məxsus Şəki rayonu Öryət kəndində yerləşən fermaya baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin fermada 261 baş qoyun, 174 baş quzu, 19 baş keçi olmaqla, cəmi 454 baş xırdabuynuzlu heyvanın olması müəyyən edilmişdir. İcra sənədinin tələblərinə uyğun olaraq tərəflərindən 261 baş qoyun, 174 quzu olmaqla, cəmi 435 baş qoyun cinsindən olan xırdabuynuzlu heyvanın üzərinə müvafiq akt tərtib edilərək həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş 435 baş qoyun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələbləri izah edilərək borclu İddiaçı saxlancına verilmiş və bu barədə borcludan qəbz alınmışdır. Lakin borclu İddiaçı saxlanc qaydalarına əməl etməyək üzərinə həbs qoyulmuş qoyunların kütləvi azalmasına səbəb olan hərəkətlərə yol verdiyi üçün 23 fevral 2017-ci il tarixdə onun saxlancında qalmış 261 baş qoyun və yeni doğulmuş 130 baş quzu alınaraq ünvan 1 ünvanında yaşayan X1 verilmişdir. Əmlakın saxlanılması barədə ondan qəbz alınmış və akt tərtib edilmişdir. Bundan sonra Rahim Həmidov saxlancına qəbul etdiyi 261 baş qoyun və yeni doğulmuş 130 baş quzunu Zərdab rayonu, Xanməmmədli kəndində yerləşən fermaya aparmışdır. Tərəflərindən 25 may 2017-ci il tarixində fermaya baxış keçirilən zaman 391 baş qoyunun həmin fermada olması müəyyən edilmişdir. Yuxarıda qeyd edilən, qanuni qüvvəsini almış məhkəmə aktlarından da göründüyü kimi ona məxsus 391 baş xırdabuynuzlu heyvanın üzərinə həbs qoyulmuş, 243 baş qoyun iddiaçıya verilmişdir. Buna baxmayaraq 148 baş xırdabuynuzlu heyvan əsassız və qanunsuz olaraq cavabdehlərdə qalmış və bu günədək də həmin heyvanlar hazırkı iddiaçıya qaytarılmamışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia ərizəsinin əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd edilməsini, "xxxx" KM-nin balansında olmuş, Şəki rayonu, Öryət kəndində yerləşən 3 ha, 3.21 ha, 3.59 ha torpaq sahələrini əvvəlki vəziyyətinə qaytarılması üçün "xxxx" KM ilə cavabdeh İddiaçı adına bağlanmış xx.xx.2024-cü il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2024-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, habelə qeyd edilən alqı-satqı müqaviləsi əsasında dövlət reyestrindən verilmiş ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın, ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın, habelə ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsinə, ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilkin iddiasında bildirir ki, ilkin iddia tələbində iddiaçı qeyd etmir ki, ferma təhvil-təslim edilən zamandan etibarən 3 il ərzində onlara məxsus olan qoyun-quzunu özündə saxlamaqla hər il qeyd edilən hər ana qoyundan bir bala əldə etsəydi, ümumi balaların və quzunun cəmi 729 baş qoyun-quzu edir ki, onların da hər birini 1 ildən sonra bala vermə imkanları nəzərə alınsa, bu rəqəm min başdan artıq edir. O, bu səbəbdən də iddianı tamamilə rədd etmişdir. Əksinə, bu şəxsin heç bir baş onda qoyun-quzusu qalmamışdır. Qeyd etdiyi kimi əksinə əldə edəcəyi bütün mənfəət və qazancdan bu şəxs onu məhrum edib. İllərlə məhkəmə süründürməçiliyi edib. Bu səbəbdən də tələbə müddətin tədbiq edilməsini istəyir. Bu barədə rəsmi ərizə ilə də müraciət edir. Qarşılıqlı iddianın əsası odur ki, ferma təhvil-təslim edilən zaman fermanın üzərində 3 ha, 3.24 ha, 3.59 ha torpaq sahələri mövcud olmuşdur. Qeyd edilən torpaq sahəsi "xxxx" Kiçik Müəssisənin üzvləri ilə onun istəyi və onun maddi vəsaiti ilə İddiaçı arasında bağlanmış 10 iyul 2014-cü il tarixli AN-1 seriyalı ******* nömrəli, AN-1 seriyalı 0259575, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqavilələri ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan əmlakın bütün vəsaitini o, ödəmişdir. Ümumiyyətlə, qeyd olunan torpaq sahəsi heç vaxt İddiaçı məxsus olmamışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(075)-6495/2016 saylı qətnaməsi ilə qeyd etdiyi mübahisələndirilən məsələ yəni, "xxxx" Kiçik Müəssisəsinin bütün əmlakının ona qaytarılması öz həllini tapmamış, ancaq torpaq sahəsi bankın yüklülüyündə qaldığından qeyd olunan torpaq sahəsi hal-hazırki müddətədək iddiaçının mülkiyyətində və bankın yüklülüyündə qalmaqdadır. O, hazırki iddia ilə müraciət edərək "xxxx" Kiçik Müəssisəsinin balansında olmuş, Səki rayonu, Öryət kəndində yerləşən 3 ha, 3.21 ha, 3.59 ha sahələrini əvvəlki vəziyyətinə qaytarılması üçün “Səadət" Kiçik müəssisəsi ilə cavabdeh İddiaçı adı ila bağlanmış xx.xx.2014-cü il tarixli AN-İ serivalı ******* nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2014-cü il tarixli AN-1 seriyalı ******* nömrəli alqı-müqaviləsinin və xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin, habelə qeyd edilən alqı-satqı müqaviləsi əsasında qeydə alınmış çıxarışların ləğv edilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunan torpaqlar heç bir halda hazırki iddiaçının mülkiyyəti olmamışdır. O, onun keçmiş qaynı olduğundan, ona etibar etdiyindən o, həmin torpaqları almağı ona etibar etmişdir. Onun əmlakını bu şəxs ailə münasibətlərinin pozulmasından istifadə edərək özününkü kimi əldə edərək illər boyu ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehlər heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etməmişlər. Lakin cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sənədlərə istinad edir: İş materiallarında olan: - Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(075)-6495/2016 saylı qərardadı ilə cavabdeh İddiaçı məxsus Şəki rayonu Öryət kəndində yerləşən qeyri-yaşayış binasının, 11 ha, 3,21 ha və 3,59 ha torpaq sahələrinin və 450 baş qoyunun üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardad - Şəki Rayon Məhkəməsinin 2(075)-22/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək, cavabdeh İddiaçı olan 450 baş qoyun-quzu, 19 baş keçi, 1 baş at və 1 baş inəyin üzərinə həbs qoyulması qərara alınmışdır. - Şəki Rayon Məhkəməsinin 2(075)-6/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı bir başının orta satış bazar qiyməti 160 (bir yüz altmış) manat olmaqla 261 (iki yüz altmış bir) baş qoyun, bir başının orta satış bazar qiyməti 140 (bir yüz qırx) manat olmaqla 130 (bir yüz otuz) baş quzu, bir başının orta satış bazar qiyməti 80 (səksən) manat olmaqla 19 (on doqquz) baş keçi və bir başının orta satış bazar qiyməti 800 (səkkiz yüz) manat olmaqla 01 (bir) baş at, olmadıqda onların dəyəri alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qətnaməsi 2(107)-1486/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 2(075)-6/2020 saylı qətnaməsi qismən - bir başının orta satış bazar qiyməti 160 manat olmaqla 18 baş qoyunun və bir başının orta satış bazar qiyməti 140 manat olmaqla 130 baş quzunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilib, həmin hissənin qətnamədən xaric edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. X16 rayonu üzrə İcra və Probasiya Şöbəsinin 13 fevral 2020-ci il tarixli, 2385/14 nömrəli məktubundan görünür ki, 25 may 2017-ci il tarixində fermaya baxış keçirilən zaman 391 baş qoyunun həmin fermada olması müəyyən edilmişdir. - Ali Məhkəmənin 2(102)-1633/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1486/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Ali Məhkəmənin 2(102)-3663/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2720/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi təmin edilərək xx.xx.2014-cü il tarixdə bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi, 1328,3 kv.m torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının bütün avadanlıqları ilə birlikdə "xxxx" MKM-ə qaytarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2121/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. - Şəki Rayon Məhkəməsinin icraatında olmuş 2(075)-2720/2017 saylı mülki iş materiallarında olan satıcı Səadət MKM-in adından Cavabdeh1 ilə alıcı İddiaçı arasında 10 iyul 2014-cü il tarixdə bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Səadət MKM- tam hissədə 1328.3 kv.m satılmış, həmin müqavilə DƏDRX-in 12 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş RX serialı ******* saylı 15 iyul 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestirində qeyd edilmişdir. -- satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında xx.xx.2024-cü il tarixli AN-İ seriyalı ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Yemçilik ərazisində 3.59 ha satılmış, həmin müqavilə DƏDRX-in 12 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş RX serialı ******* saylı xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestirində qeyd edilmişdir. -- satıcı Cavabdeh1, X12, X7, X5, X11 ilə alıcı İddiaçı arasında xx.xx.2024-cü il tarixli AN-İ seriyalı ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Yemçilik ərazisində 3.59 ha satılmış, həmin müqavilə DƏDRX-in 12 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş RX serialı ******* saylı xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestirində qeyd edilmişdir. Tətbiq edilən hüquq: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1095-ci maddəsinə əsasən Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Məhkəmənin mövqeyi: Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizələri təmin edilməməlidir. Belə ki, məhkəmə müəyyən edir ki, tərəflər arasında müxtəlif vaxtlarda məhkəmə çəkişmələri olmuşdur. Mübahisənin səbəbi fermanın nisyə alqı-satqı müqaviləsi ilə bağlı olmuşdur. Həmin məhkəmə çəkişmələri əsnasında iddianı təmin etmə tədbiri kimi (indiki müvəqqəti təminat tədbiri) hazırkı iş üzrə cavabdehlərin vəsatəti əsasında İddiaçı məxsus 450 baş qoyunun üzərinə həbs qoyulmuşdur. Fermada aşkarlanmış üzərinə həbs qoyulmuş 391 baş qoyundan 243 baş qoyun məhkəmə qətnaməsi ilə Cavabdeh1 verilmişdir. Bu halı təsdiq edən Ali Məhkəmənin 2(102)-1633/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı qəbul edildiyi andan qanuni qüvvəsini almışdır. İlkin iddia tələbi üzrə iddiaçı qalan 148 baş qoyunun ona qaytarılmamasını qanunsuz hesab edərək, xx.xx.2024-cü ildə, yəni 3 il sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbinin hüquqi əsası əsassız varlanma təşkil edir. Yekun məhkəmə aktı ilə iddianın təmin edilən hissəsindən artıq qalan 148 baş qoyunun cavabdehlərdə qalması hüquqi əsası aradan qalxmışdır. Belə olan halda həmin heyvanların cavabdehlərdə qalması iddiaçının hesabına cavabdehlərin əsassız varlanmasına dəlalət edir. Qanuna əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Göründüyü kimi, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iki illik kəsici müddəti ötürdüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iki illik kəsici müddət daxilində mövcud tələb hüququna malik olmuşdur. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə bildirir: Cavabdeh2 tərəf olmadığı alqı-satqı müqavilələrini və onların hüquqi nəticəsi olaraq reyestrdəki qeydlərin mübahisələndirməyə subyektiv hüququ mövcud deyildir. Müqavilənin ləğvi, müqavilənin hüquqi qüvvəsini itirməsi və tərəflərin artıq müqavilə üzrə öhdəliklərinin olmadığı tələbini müqavilənin tərəfləri irəli sürə bilər. Cavabdeh2 isə qeyd edilən müqavilələrin tərəfi olmamış, hüquqi marağı müəyyən edilməmişdir. Bundan başqa iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi təmin edilərək xx.xx.2014-cü il tarixdə bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi, 1328,3 kv.m torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının bütün avadanlıqları ilə birlikdə "xxxx" MKM-ə qaytarılması qət edilmişdir. Yəni, xx.xx.2014-cü il tarixdə bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əqdin tərəfinin tələbi əsasında artıq qanuni qüvvəsini almış məhkəmə aktı ilə ləğv edilmişdir. Şərh edilənlərə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız əldə edilmiş heyvanların geri qaytarılması”na dair ilkin iddia tələbi kəsici müddət ötürüldüyündən, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi”nə dair qarşılıqlı iddia tələbi subyektiv hüququ olmadığından təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsassız əldə edilmiş heyvanların geri qaytarılması”na dair ilk iddia tələbi təmin edilməsin. İddiaçı X2 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi”nə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumları iddiaçıların özünə aid edisin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar