Məhkəmə qərarları › İş №e-2(075)-405/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-405/2022

15.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-405/2022 15.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi İddiaçı “Atalığın müəyyən edilməsi” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xx xxxxxxx 2003-cü il tarixdə Şəki şəhərində anadan olmuş İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ounun atasının X11 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onun anası X12 ilə atası X11 2002-ci ilin oktyabr ayında el adəti ilə toy edərək ailə qurmuşlar. Onların birgə nikahlarıdan xx xxxxxxx 2003-cü il tarixdə o, 27 fevral 2005-ci il tarixdə bacısı X21 anadan olmuşdur. Onlar anadan olan zaman ata və anasının rəsmi nikahları olmadığından onların doğum haqqında şəhadətnaməsində ata qrafasında atasının soyadının əvəzinə anasının soyadı qeyd edilmişdir. Daha sonra yəni 16 iyul 2006-cı il tarixdə anası X12 ilə atası X11 rəsmi nikah qeyd etdirmişlər. X3 06.02.2010-cu il tarixdə vəfat etmişdir. Hazırda onun doğum haqqında şəhadətnaməsində ata qrafasında atasının soyadının fərqli yazılması müəyyən çətinliklər yaradır. Ona görə də o, Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Şəki Rayon Qeydiyyat Şöbəsinin 07.12.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ərizənizin məzmunundan və Şəki rayon qeydiyyat şöbəsinin arxivində saxlanılan ölüm haqqında akt qeydindən görünür ki, X11 06.02.2010-cu il tarixdə vəfat etmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi nümayəndəsi X6 izahat verərək göstərmişdir ki, ərizənin təmin edilməsinə etirazı yoxdur. Ərizə təmin olunacağı təqdirdə qeydiyyat şöbəsində akt qeydi açılacaqdır. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahat verərək göstərmişdir ki, o, 2002-ci ilin oktyabr ayında el adəti ilə toy edərək X22 ilə ailə qurmuşlar. Onların birgə nikahlarından xx xxxxxxx 2003-cü il təvəllüdlü İddiaçı və 27 fevral 2055-ci il təvəllüdlü X21 adlı iki övladları anadan olmuşdur. Bildirmişdir ki, övladları anadan olan zaman onların rəsmi nikahları olmadığı üçün İddiaçı doğum haqqında şəhadətnaməsində ata qrafasında atasının soyadının əvəzinə onun soyadı qeyd edilmişdir. Daha sonra onlar rəsmi nikahlarını 2006-cı il tarixdə qeyd etdirmişlər. X34 uşaqlara məktəbə gedəcəkləri vaxt atalıq verəcəyini bildirmişdir. Ancaq həm xəstə olmuş, həm də ailəsinə biganə münasibət bəsləmişdir. Ailəsi ilə çox da maraqlanmamışdır. Həmçinin uşaqları məktəbə getməmişdən əri 06 fevral 2010-cu ildə vəfat etmişdir. Ona görə də indiyədək İddiaçı doğum haqqında şəhadətnaməsində atasının soyadını qeyd edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək göstərmişdir ki, ərizəçi İddiaçı onun nəvəsidir. O, X9 ilə ailə qurmuşlar. Onların birgə nikahlarından 5 övladları olmuşdur. X5 rəsmi nikah bağlamadan el adəti üzrə toy edərək X12 ilə ailə qurmuşlar. Onların toyları 2002-ci ildə Şəkidəki restoranların birində olmuşdur. Elnurun Samirə ilə nikahlarından Elnur və Aynur adlarında iki uşağı olmuşdur. Elnurla Samirə daha sonra nikahlarını rəsmləşdirmişlər. Elnur bir dəfə evli olub. Coşqun balaca olan zaman onu yanında çox qalmışdır. Göstərmişdir ki, övladı X11 06.02.2010-cu il tarixdə vəfat etmişdir. O, bir nənə kimi təsdiq edir ki, nəvəsi İddiaçı X5nun oğlan övladıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək göstərmişdir ki, ərizəçi İddiaçı onun bacısının nəvəsidir. Coşqunun atası Süleymanov Elnur olmuşdur. Elnur Samirə ilə toy edərək ailə qurmuşdur. Süleymanov Elnurun toy məclisində iştirak etmişdir. Elnur 2010-cu ildə vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. X23 və Aynur adlı iki övladları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 izahat verərək göstərmişdir ki, İddiaçı onun baldızının oğludur. Süleymanov Elnur toy edərək Samirə ilə ailə qurmuşdur. Onların Coşqun və Aynur adlı iki övladları olmuşdur. Elnur 2010-cu ildə vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 24 dekabr 2003-cü il tarixli, AZ-İ 417379 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14.10.2003-cü il təvəllüdlü İddiaçı atası X16, anası X13r. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 14 aprel 1980-ci il tarixli, Vİİ-ЖГ 293616 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 16.03.1980-ci il təvəllüdlü X7 atası X9, anası X1r. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 16 iyul 2006-cı il tarixli, AZ-İ 245870 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X19 arasında 11 may 1979-cu il tarixdə bağlanmış nikah nikahın, bağlanması haqqında akt qeydləri kitabında 178 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 17 mart 2010-cu il tarixli, AZ-İ 408091 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06.02.2010-cu il tarixdə ölməsi barədə ölüm haqqında akt qeydləri kitabında 17.03.2010-cu il tarixdə 100 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsinin 07 dekabr 2021-ci il tarixli, 05/Q-5014/15 saylı məktubunda göstərilmişdir ki, Şəki rayon qeydiyyat şöbəsində 07.12.2021-ci il tarixdə daxil olan İddiaçı atasının X11 olmasının müəyyən edilməsinin qeydə alınmasına köməklik göstərilməsi barədə müraciətinə baxılmış, bununla bağlı məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. İşdə olan Şəki İHB-nin “İpəkçi” Məhəllə nümayəndəliyi tərəfindən verilmiş, 03 fevral 2022-ci il tarixli, 608 nömrəli arayışdan görünür ki, Şəki şəhəri, S.Vurğun küçəsində dalan 3 ünvanında qonşuların iştirakı ilə tərtib olunan akta əsasən X12 ilə X11 arasında 23.10.2002ci il tarixdə toy mərasimi olmuşdur. Onların birgə yaşayış dövründə xx.xx.2003-cü il tarixdə İddiaçı, 27.02.2005-ci il tarixdə isə X24 adlı övladları olmuşdur. Nikah müqavilələrini 16.07.2006-cı il tarixdə bağlamışlar. İşdə olan 03 fevral 2022-ci il tarixli, 607 nömrəli aktdan görünür ki, X12 ilə X11 arasında 23.10.2002-ci il tarixdə toy mərasimi olmuşdur. Onların birgə yaşayış dövründə xx.xx.2003-cü il tarixdə İddiaçı, 27.02.2005-ci il tarixdə isə X24 adlı övladları olmuşdur. Nikah müqavilələrini 16.07.2006-cı il tarixdə bağlamışlar. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, X11 ilə X12 2002-ci ildə qeyrirəsmi qaydada ailə qurmuş, həmin vaxtdan 16.07.2006-cı il tarixədək onlar faktiki nikah münasibətində yaşamış, 16.07.2006-cı il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Faktiki nikahda olduqları müddət ərzində onların 2 (iki) uşaqları – xx xxxxxxx 2003-cü il tarixdə İddiaçı, 27 fevral 2005-ci il tarixdə X21 adında iki övladları anadan olmuşdur. X3 ilə X12 ailə qurduqları vaxt nikahlarını rəsmiləşdirməmiş və uşaqlarının atalığını müəyyən etdirə bilməmişlər. Məhkəmə hesab edir ki, X11 xx xxxxxxx 2003-cü il tarixdə anadan olmuş İddiaçı atasıdır. İşin bu halı ərizəçinin ərizəsi, ərizəçinin, şahidlərin və işdə olan sənədlərlə də tam təsdiq edilir. Məhkəmə biavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəlləsinin 45.1-ci madəsinin tələblərinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və uşağın atasının ərizəsi olmadıqda atalıq məhkəmə qaydasında müəyyən olunur. Həmin Məcəllənin 46.2-ci maddəsinə görə öz aralarında nigahda olmayan valideynlərdən olan uşağın atasının haqqında qeyd məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə hüququ qiymət verərək məhkəmə hesab edir ki, xx xxxxxxx 2003-cü il tarixdə anadan olmuş İddiaçı atasının 16 mart 1980-ci il təvəllüdlü X11 olması faktı təsdiq edilməlidir. Ərizəçi İddiaçı dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220, 223 və 227.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx xxxxxxx 2003-cü il tarixdə Şəki şəhərində anadan olmuş İddiaçı atasının 16 mart 1980-ci il tarixdə Şəki şəhərində anadan olmuş X11 olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar