Məhkəmə qərarları › İş №e-2(075)-406/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-406/2022

29.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-406/2022 29.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə Ərizəçi İddiaçı «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə X1 verilmiş 1665.13 kv.m həyətyanı torpaq sahəsinin payına münasibətdə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən ailələrinə 1665.13 kv.m həyətyanı torpaq sahəsi ayrılmış, bununla bağlı A-446019 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Sözügedən 0.1665 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün əmisi X11 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə də müraciət etmişdir. Sözügedən qurumun 03 noyabr 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Şəki rayon AİK-nın fəaliyyəti dövründə tərtib olunmuş adlı siyahıda hüquq sahibi olan İddiaçı soyadı səhv qeyd olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Şəki rayon AİK-nın fəaliyyəti dövründə tərtib olunmuş adlı siyahıda yalnız onun soyadı səhv qeyd olunmuşdur. Belə ki, “İddiaçı”nın əvəzinə “X6” kimi qeyd olunmuşdur. Mövcud problemi başqa cür həll edə bilməyəcəyi üçün Şəki rayon AİKnın fəaliyyəti dövründə tərtib olunmuş adlı siyahıda göstərilən X3 İddiaçı olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi İddiaçı tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X11 göstərdi ki, ərizəçi İddiaçı qardaşı qızıdır. X4 onun anasıdır. Ərizəçinin atası Elçin Həsənov, anası Gülsüm Həsənovadır. X5 başqa qızı yoxdur. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X7 göstərdi ki, ərizəçi İddiaçı onun qonşusudur. Bildiyinə görə ailədə yalnız Ziyafətin soyadı “Əliyeva”dır. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X9 göstərdi ki, ərizəçi İddiaçı onun həmkəndlisidir. Onların ailələrini yaxından tanıyır. İddiaçı atası Elçin Həsənov, anası Gülsüm Həsənovadır. Elektron qaydada iş materiallarına əlavə edilərək tədqiq edilmiş: A seriya, 446019 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Baş Layısqı kənd sakinlərinə 1665.13 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan AZ seriyalı, 105938 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxxx 1999-cu il təvəllüdlü İddiaçı atası X14, anası X2r. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 03 noyabr 2021-ci il tarixli, **********67 nömrəli məktubdan görünür ki, təqdim edilmiş sənədlərdə yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Baş Layısqı kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1665.13 kv.m həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon (şəhər) şöbəsi tərəfindən A-446019 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin İddiaçı payına münasibətdə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumunu tələb etmədiyindən 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayonu Baş Layısqı kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1665.13 kv.m həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon (şəhər) şöbəsi tərəfindən A-446019 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin İddiaçı payına münasibətdə məxsus olması faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar