Məhkəmə qərarları › İş №e-2(075)-41/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-41/2023

02.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-41/2023 02.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndələri (vəkilləri) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsinin və fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 və İddiaçı1 ünvan 1 ünvanında 0.0385 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 174.70 kv.metr olan fərdi yaşayış evinin onlara düşən, ümumu birgə mülkiyyətlərində olan hər birinin 1⁄2 hissəsini naturada bölünərək onlara verilməsi, cavabdeh tərəfindən qanunsuz müdaxilənin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmalkın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanda 0.0385 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 174.70 kv.metr olan fərdi yaşayış evi ½ hissə tam Cavabdeh, ½ hissə ümumi birgə İddiaçı2 və ½ hissə ümumi birgə İddiaçı1 mülkiyyətindədir. Yuxarıda qeyd edilən fərdi yaşayış evindən istifadə etmişlər. Lakin halhazırda cavabdeh mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur, halbuki mübahisəli fərdi yaşayış evində hüquqları bərabərdir. Belə olan şəraitdə yuxarıda qeyd edilən fərdi yaşayış evindən payların müəyyənləşdirilməsi və real olaraq naturada ayrılması zərurəti yaranmışdır. Mülki işə məhkəmədə baxılan zaman iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndələri (vəkilləri) Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı2 və İddiaçı1 ünvan 1 ünvanında 0.0385 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 174.70 kv.metr olan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin onlara düşən, ümumu birgə mülkiyyətlərində olan 1⁄2 hissəsini naturada bölünərək onlara verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata götürülmüşdür. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndələri (vəkilləri) Vəkil iddia ərizəsinin məzmununa uyğun zahat verərək iddianın tələbin artırılması barədə ərizəyə uyğun olaraq təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 05 iyul 2023-cü il tarixli 10/3619 nömrəli ekspert rəyində göstərilən faktiki bölgü sxemi ilə razıdırlar və aralarında olan faktiki bölgü ilə bölünmsinə etiraz etmirlər. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, ünvan 1 ünvanda 0.0385 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 174.70 kv.metr olan fərdi yaşayış evi ½ hissə tam onun ½ hissə ümumi birgə İddiaçı2 və ½ hissə ümumi birgə İddiaçı1 mülkiyyətindədir. Bildirmişdir ki, o, uzun illərdi ki, qeyd olunan evdə yaşayır. Həmin evin özünə düşən hissəsini təmir etdirmişdir. Lakin iddiaçılar tərəf təmirsizdir. İddiaçılara hər hansı maneə törətmir. Hal-hazırda ekspert rəyində göstərilən bölgü sxeminə uyğun fərdi yaşayış evinin və torpaq sahəsinin bölünməsinə etirazı yoxdur. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş **********39-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0.0385 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, 58,7 kv.metr yaşayış sahəsi, 116,0 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ½ hissəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh, ½ hissəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı2 və ½ hissəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 29 sentyabr 2020-ci il tarixli, 2361 invertar nömrəli texniki pasportdan görünür ki, ünvan 2 ünvanında (Yeni qaydalarla : ünvan 3ayış evinin ½ hissəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh, ½ hissəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı2 və ½ hissəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli, 10/5534 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənləri nəzərə alaraq ünvan 4 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin naturada bölünməsinin yalnız ½ hissə paylardan qismən kənara çıxmaqla texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Mübahisə predmeti olan fərdi yaşayış evinin 1-ci mərtəbəsinin faktiki istifadə qaydası (faktiki bölgüsü) ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərinə və Məhkəmə Tikinti-X2 Metodlarına uyğun olduğu müəyyən olunur. Fərdi yaşayış evinin yarımzirzəmi hissəsinin və həyətyanı torpaq sahəsinin bölgü variantları rəyə əlavə edilmiş sxemlərdə ətraflı qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli, 10/3619 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində qeyd olunanara əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ½ hissəsinin ½ hissəyə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin, tədqiq olunan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ½ hissəyə (½ hissə paydan qismən kənara çıxmaqla) naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1,2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd olunmuşdur. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsinin 174.7 kv.m təşkil etdiyini həmçinin, yaşayış evinin 100.5 kv.m hissəsinin faktiki olaraq iş üzrə cavabdeh tərəfin, 74.2 kv.m hissəsinin isə iş üzrə iddiaçı tərəfin istifadəsində olduğunu nəzərə alaraq həmin fərdi yaşayış evinin tərəfələr arasındakı faktiki bölgüsünün ½ hissə paylara uyğun olmadığı müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində aydın oldu ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ½ hissəsi Cavabdeh tam, ½ hissəsi X3-əli qızının ümumi birgə və ½ hissəsi İddiaçı1 ümumi birgə mülkiyyətlərindədir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçılar mülkiyyətlərin olan evin ½ pay hüququ ilə onların ümumi paylı mülkiyyətində olan evin və torpaq sahəsinin ayrılaraq ona verilməsi xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti texniki ekspertizasının rəyində göstərilmişdir ki, İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənləri nəzərə alaraq ünvan 4 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin naturada bölünməsinin yalnız ½ hissə paylardan qismən kənara çıxmaqla texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Mübahisə predmeti olan fərdi yaşayış evinin 1-ci mərtəbəsinin faktiki istifadə qaydası (faktiki bölgüsü) ½ hissə paydan qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərinə və Məhkəmə Tikinti-X2 Metodlarına uyğun olduğu müəyyən olunur. Bundan başqa təyin edilmiş əlavə məhkəmə tikinti texniki ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd olunanara əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ½ hissəsinin ½ hissəyə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin, tədqiq olunan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ½ hissəyə (½ hissə paydan qismən kənara çıxmaqla) naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1,2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd olunmuşdur. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsinin 174.7 kv.m təşkil etdiyini həmçinin, yaşayış evinin 100.5 kv.m hissəsinin faktiki olaraq iş üzrə cavabdeh tərəfin, 74.2 kv.m hissəsinin isə iş üzrə iddiaçılar tərəfin istifadəsində olduğunu nəzərə alaraq həmin fərdi yaşayış evinin tərəfələr arasındakı faktiki bölgüsünün ½ hissə paylara uyğun olmadığı müəyyən olunur. Lakin məhkəmə iclasıda iddiaçıların nümayəndəsi, həmçinin cavabdeh ünvan 4 ünvanında yerləşən mülkiyyətin ekspert rəyində göstərilən bölgü sxeminə uyğun bölünməsinə etirazlarının olmadığını bildirmişlər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********39-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 174,70 kv.metr olan fərdi yaşayış evinin ½ hissəsi və həmin yaşayış evinin yerləşdiyi 0.0385 ha torpaq sahəsinin ½ hissəsi 05 iyul 2023-cü il tarixli 10/3619 saylı ekspert rəyinə əsasən (rəyə əlavə olunmuş sxemə) naturada bölünərək İddiaçı1 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılara verilməlidir. İş üzrə 100 manat ekspertiza xərcinin 50 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, 50 manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələlərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********39-10301 reyestr nömrəli çıxarışla iddiaçıların ½ hissədə ümumi birgə mülkiyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 174,70 kv.metr olan fərdi yaşayış evinin ½ hissəsi və həmin yaşayış evinin yerləşdiyi 0.0385 ha torpaq sahəsinin ½ hissəsi 05 iyul 2023-cü il tarixli 10/3619 saylı ekspert rəyinə əsasən (rəyə əlavə olunmuş sxemə) naturada bölünərək İddiaçı1 və İddiaçı2 verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. 100 manat ekspertiza xərcinin 50 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, 50 manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar