Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-418/2025 01.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi İddiaçı, Maraqlı şəxsin nümayəndəsi Mİrzəliyeva Aynurə Nurməmməd qızının iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi İddiaçı maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, 04 oktyabr 1924-cü il tarixdə anadan olmuş anası X1, 20 aprel 1994-cü il tarixdə Şəki şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, mərhum atası X10 oğlu 17 oktyabr 1987-ci il tarixdə vəfat etmiş, atası vəfat etdikdən sonra, ondan ünvan 1 ünvanında yerləşən 0,0665 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi miras qalmışdır. O, Şəki Rayon Məhkəməsinə hüquqi faktların təsdiq edilməsi barədə ərizə təqdim edərək, Azərbaycan SSR, Nuxa rayonu, X11 İcraiyyə Komitəsi tərəfindən tərtib olunmuş, 8080/2994 saylı, 30 mart 1964-cü il tarixli, Torpaq Qeydində (0.0665 ha torpaq sahəsi) mərhum atası Məmmədəli Hidayət oğlunun soyadının Musayev kimi yox, Hacı- Musayev kimi oxunması və Azərbaycan SSR, Nuxa rayonu, X11 İcraiyyə Komitəsi tərəfindən tərtib olunmuş, 8080/2994 saylı, 30 mart 1964-cü il tarixli, Torpaq Qeydinin atası Hacı-X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsi (hakim Elçin Mehdiyev) 2(075)-1216/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə çıxararaq iddianı qismən təmin edərək 8080/2994 saylı, 30 mart 1964-cü il tarixli Torpaq Qeydinin mərhum atası Hacı-X6 məxsus olması faktı müəyyən edilmişdir. Lakin bu gündə atasından qalmış miras torpağı adına rəsmiləşdirə bilmir. Belə ki, mərhumə anası X7 1994-cü il tarixdə Şəki şəhərində vəfat etmiş, məzarı da bəllidir. Lakin onun ölüm şəhadətnaməsi olmadığından qeyd olunan torpaq sahəsini bu kimi də adına rəsmiləşdirə bilməmişdir. Ona görə də yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Sübutların tədqiqi: İş materialarında olan: - Şəki Rayon Qeydiyyat Şöbəsinin 17 mart 2023-cü il tarixli, 3-16-5/7-M-69-300/2023 saylı arayışından görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydləri kitabları 1991-1997-ci illər, ölüm haqqında bərpa akt qeydi kitabları isə 1995-2023-cü illər Şəki rayon Qeydiyyat Şöbəsi üzrə yoxlanılmışdır. - Şəki regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin 01 iyun 2024-cü il tarixli, 3-16-5/8-69-M-1040/2024 saylı arayışından görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində X1 Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində X4 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında akt qeydləri kitabları 1991-1997-ci illər, ölüm haqqında bərpa akt qeydi kitabları isə xx.xx.1995-xx.xx.2024-cü illər Şəki rayon Qeydiyyat Şöbəsi üzrə yoxlanılmışdır. - Şəki Rayon Mərkəzi X21 Şəxsinin 19 fevral 2024-cü il tarixli, 18-1-71/3-36/2024 nömrəli ölüm aktının verilməsinə dair məktubundan görünür ki, X8 xx.xx.1994-cü il tarixdə yaşadığı ünvanda vəfat edərkən “Şəki RMX” publik hüquqi şəxsə müraciət edilmədiyindən xəstəxanada hər hansı qeyd aparılmamışdır. Odur ki, ərizədə göstərilən ölüm aktının verilməsi mümkün deyildir. - 03 avqust 1960-cı il tarixli, İİ-ИЕ016388 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxx 1960-cı il təvəllüdlü İddiaçı atası X14, anası X2r. - Şəki Rayon Məhkəməsinin 2(075)-1216/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, 8080/2994 saylı, 30 mart 1964-cü il tarixli Torpaq Qeydinin ərizəçi İddiaçı mərhum atası Hacı-X6 məxsus olması faktı müəyyən edilməlidir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.10.202-ciil tarixli ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Hacı-X5 xüsusi mülkiyyətindədir. - “Nöyülbulaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 203 saylı arayışdan görünür ki, X7 “Nöyülbulaq” məhəlləsi, Qurcana küçəsi, 9 saylı evdə yaşamış, xx.xx.1994-cü ildə vəfat etmişdir. Matəmxərcini vərəsələrindən biri olan İddiaçı çəkib. - Şəki şəhəri VVAQ Şöbəsi tərəfindən verilmiş 17 oktyabr 1987-ci il tarixli İİİ-ЖГ 355605 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 oğlu 17 oktyabr 1987-ci il tarixdə vəfat etmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 göstərmişdir ki, o, ərizəçi İddiaçı qardaşıdır. Anası 1994-cü ilin aprel ayında vəfat edib. İnsult keçirdiyinə görə həkim nəzarətində olmuşdur. Atasının məzarının yanında dəfn olunub. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərmişdir ki, ərizəçi İddiaçı bacanağıdır. Ərizəçinin anası 1994-cü ilin aprel ayının 20-də rəhmətə gedib. Dağ dibi qəbiristanlığında dəfn olunmuşdur. - İşdə olan mərhum X3 məxsus olan məzar daşının fotoşəklindən görünür ki, X7 04 oktyabr 1924-cü il tarixdə anadan olmuş, 20 aprel 1994-cü il tarixdə vəfat etmişdir. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən ərizəçi tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X7 ərizəçi İddiaçı anası olmuşdur. O, 04 oktyabr 1924-cü il tarixdə anadan olmuşdur. Ərizəçinin oğlu X7 20 aprel 1994-cü il tarixdə vəfat etmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, atasından birgə mülkiyyətdə olan torpaq sahəsinə dair dövlət aktında digər ailə üzvləri kimi onun anasının da adı yazılmışdır. Bu səbəblə də həmin torpaq sahəsini rəsmiləşdirə bilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 04 oktyabr 1924-cü il tarixdə anadan olmuş anası X1, 20 aprel 1994-cü il tarixdə Şəki şəhərində vəfat etməsi hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04 oktyabr 1924-cü il tarixdə anadan olmuş anası X1, 20 aprel 1994-cü il tarixdə Şəki şəhərində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-418/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-418/2025
01.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver