Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-429/2024 09.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçıların vəkili və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, X1 cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X4 cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anaları X5 qalmış ünvan 1 ünvanında yerləşən 201.60 kv.metr fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.1124 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın iddiaçılar-İddiaçı1, İddiaçı3 və X3 tərəfindən qəbul edilməsi faktının qalmış müəyyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçıların vəkili və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək qanunun tələblərinə uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, X2, cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə və Maraqlı şəxs Ələsgər oğluna məhkəmə iclasının vaxtı və yeri haqqında birdiriş göndərilməklə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar, Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər, lakin Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin notariusu məhkəməyə məktub göndərərək iş yükünün çoxluğunun nəzərə alınaraq məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar xx.xx.1997-ci ildə vəfat etmiş anaları X5 qalmış əmlakdan özlərinə düşən miras paya dair onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahişi ilə Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş və həmin Notariat Ofisi tərəfindən onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Ona görə də “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərara əsasən qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6 — 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar xx.xx.1997-ci ildə vəfat etmiş anaları X5 qalmış əmlakdan özlərinə düşən miras paya dair onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahişi ilə Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş və həmin Notariat Ofisi tərəfindən onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Notariat Ofisi imtinaya səbəb kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyini, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünü və mirasın vərəsə tərəfindən faktiki qəbul olunmasının birbaşa mötəbər sübutlarla təsdiq olunmadığını qeyd etmişdir. Hazırda iş məhkəməyə daxil olub icraatda olduğu dövrdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən bu hallar aradan qaldırılmış və hazırki iddia tələbinə məhkəmədə baxılmasına zərurət qalmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, ərizəçilərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətlərinin aparılması üçün Notariat Ofisinə müraciət etmələri, bundan imtina edildikdə isə Notariat Ofisinə qarşı ümumi qaydada notariat orqanının hərəkətlərindən rayon məhkəməsində icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah edilməlidir. İddiaçılar İddiaçı1, İddiaçı3, X3 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılara qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı3, X1 cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilsin. İddiaçılar İddiaçı1, İddiaçı3, X3 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılara qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov.
Məhkəmə qərarları › İş №e-2(075)-429/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-429/2024
09.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver