Məhkəmə qərarları › İş №e-2(075)-438/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-438/2022

25.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-438/2022 25.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçilər İddiaçı1, İddiaçı2 və Qaffarova (Əyyubova) Xatirə Məhyəddin qızının iştirakı ilə, Ərizəçilər İddiaçı1, İddiaçı2 və İddiaçı3 “dövlət aktının payına münasibətdə ona məxsus olması” hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək, JN- 171, Kod 40400038 nömrəli torpağa mülkiyyət hüququna X32 adı, soyadı və ata adı səhv olaraq qeyd olunan İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin dövlət aktında olan torpaq sahəsinin paylara münasibətdə onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər İddiaçı1, İddiaçı2 və İddiaçı3 sonradan məhkəməyə ərizələrini dəqiqləşdirərək JN-171, Kod 40400038 nömrəli torpağa mülkiyyət hüququna X32 adı, soyadı və ata adı səhv olaraq qeyd olunan İddiaçı1, X2, İddiaçı2 və İddiaçı3 həmin dövlət aktında olan torpaq sahəsinin paylara münasibətdə onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı1 izahat verərək göstərmişdir ki, JN- 171, Kod 40400038 nömrəli Torpağa Mülkiyyət Hüququna X33 əsasən onlara Şəki rayon Aqrar İslahat Komissiyasının 12 mart 1999-ci il tarixli 24 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün cizgidə göstərilən sərhəd daxilində ona və ailə üzvlərinə arvadı İddiaçı2, övladları X5, Qaffarova (Əyyubova) Xatirə Məhyəddin qızına, X6 və X7 3.29 hektar torpaq sahəsi verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin JN-171, Kod 40400038 nömrəli Torpağa Mülkiyyət Hüququna X32 adları göstərilən şəxslərin adı, soyadı və ata adı səhv olaraq qeyd edilmişdir. Belə ki, onun atasının adı “Bayraməli” əvəzinə “Bayramalı” kimi, arvadının ata adı “Əşirəf” əvəzinə “Zahid” kimi, oğlu “X10” əvəzinə “X11” kimi səhv yazılmışdır. Həmçinin qızı X1 ailə quraraq “Qaffarova” soyadını götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə 11 oktyabr 2021-ci il tarixdə müraciət edərək Şəki rayonu Şəki kəndində yerləşən 3.29 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, müraciətlə bağlı tərəflərindən aparılan araşdırma zamanı təqdim edilmiş JN-171, Kod 40400038 nömrəli Torpağa Mülkiyyət Hüququna X32 göstərilən hüquq sahibinin soyadının və ata adının səhv qeyd olunduğu müəyyən edilmişdir. Mövcud problemin həll edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Mövcud problemi başqa cür həll edə bilməyəcəyi üçün məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər İddiaçı2 və Qaffarova (Əyyubova) Xatirə Məhyəddin qızı da ərizəçi İddiaçı1 ilə eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər İddiaçı1, İddiaçı2 və Qaffarova (Əyyubova) Xatirə Məhyəddin qızının tələbi əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 26 avqust 1999-cu il tarixli, JN-171, KOD 40400038 nömrəli “torpağın mülkiyyət hüququna dair” dövlət aktın surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 12 mart 1999-cu il tarixli, 24 saylı qərarına əsasən X3, İddiaçı2 Zahid qızı, X12, X13, X11 və X7 cizgidə göstərilən sərhəd daxilində 3,29 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 22 aprel 1965-ci il tarixli, AЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 1965-ci il təvəllüdlü İddiaçı1 atası X17, anası X14r. İş materiallarına əlavə edilmiş 01 aprel 1963-cü il tarixli, АЗ 360684 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1963-cü il təvəllüdlü X9 atası X15, anası X8r. İş materiallarına əlavə edilmiş 14 oktyabr 1987-ci il tarixli, İV-ЖГ ЖГ 399152 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X18 arasında 14 oktyabr 1987-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydlər kitabında 443 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əyyubova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 30 yanvar 1990-cı il tarixli, XV-ЖГ 270005 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1989-cu il təvəllüdlü X4 atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarına əlavə edilmiş 11.07.1994-cü il tarixli, XVİİ-ЖГ 453453 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 06.05.1994-cü il təvəllüdlü X2 atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarına əlavə edilmiş 21 noyabr 2016-cı il tarixli, AZ-İİ 152641 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X12 arasında 21 noyabr 2016-cı il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydlər kitabında 22 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qaffarova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 13 oktyabr 2021-ci il tarixdə ünvanlanmış **********83 saylı məktubdan görünür ki, Şəki rayonu, Baltalı kəndində yerləşən 3,29 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 11 oktyabr 2021-ci il tarixli müraciətlərinə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Müraciətləri ilə bağlı tərəflərindən aparılan araşdırma zamanı təqdim etdikləri JN-171 KOD 40400038 nömrəli torpağın mülkiyyət hüququna X32 göstərilən hüquq sahibi İddiaçı1 ata adının, İddiaçı2 ata adının, İddiaçı3 soyadının səhv qeyd olunduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Şəhər İHB-nin Baltalı kənd nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2021-ci il tarixli, 519 nömrəli arayışın surətindən görünür ki, JN-171, KOD 40400038 nömrəli Dövlət aktında göstərilən X25 ilə İddiaçı2, X11 ilə X10 eyni adamdır. İş materiallarına əlavə edilmiş Şəki Şəhər İHB-nin Qoxmuq kənd nümayəndəliyi tərəfindən verilmiş 22 noyabr 2021-ci il tarixli, 872 nömrəli arayışın surətindən görünür ki, xx xxxxxx 1989-cu ildə Şəki rayonu, Baltalı kəndində anadan olmuş Qaffarova (Əyyubova) Xatirə Məhyəddin qızı hal-hazırda Qoxmuq kəndində qeydiyyatda olmaqla yaşayır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 12 mart 1999-ci il tarixli 24 nömrəli qərarı ilə ərizəçilərə və onların ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün cizgidə göstərilən sərhəd daxilində 3.29 hektar torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara JN-171, Kod 40400038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin müəyyən olundu ki, JN- 171, Kod 40400038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktıda “İddiaçı1” ata adı “Bayramalı” kimi, “İddiaçı2” ata adı “Zahid” kimi, “İddiaçı3” soyadı “Əyyubova” kimi, həmçinin “X10” “X11” kimi göstərilmişdir. Əslində isə, JN-171, Kod 40400038 saylı torpağa mülkiyyət hüququna X32 adı “İddiaçı1 Bayramalı oğlu” kimi yazılmış şəxs “İddiaçı1” ilə, “İddiaçı2 Zahid qızı” kimi yazılmış şəxs “İddiaçı2” ilə “X12” kimi yazılmış şəxs “İddiaçı3” ilə “X11” kimi yazılmış şəxs “X10” ilə eyni şəxsdir və torpağa mülkiyyət hüququna dair dövlət aktı paylarına münasibətdə İddiaçı1, X10, İddiaçı2 və İddiaçı3 məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayon Aqrar İslahat Komissiyasının 12 mart 1999-ci il tarixli 24 nömrəli qərarına əsasən verilmiş JN-171, Kod 40400038 saylı “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” paylarına münasibətdə İddiaçı1, X10, İddiaçı2 və İddiaçı3 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilər İddiaçı1, İddiaçı2 və İddiaçı3 dövlət büdcəsinə ödədiyii 100,40 (bir yüz) manat 40 qəpik dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayon Aqrar İslahat Komissiyasının 12 mart 1999-ci il tarixli 24 nömrəli qərarına əsasən verilmiş JN-171, Kod 40400038 saylı “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” paylarına münasibətdə İddiaçı1, X10, İddiaçı2 və Qaffarova (Əyyubova) Xatirə Məhyəddin qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100,40 (bir yüz) manat 40 qəpik rüsum ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar