Məhkəmə qərarları › İş №e-2(075)-44/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-44/2023

02.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-44/2023 02.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evi və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, M.Quliyev küçəsi, ev 3A (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.1368 hektar torpaq sahəsindən ona məxsus B yaşayış evi tam, A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissə payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yerləşən B yaşayış evi tam, A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi onun, A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh1 və A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh2 paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə mülkiyyət hüquqları 10 dekabr 2021-ci il tarixdə qeydiyyata alınaraq onlara ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və **********37-10301 reyestr nömrəli texniki pasport verilmişdir. Həmin fərdi yaşayış evinin B yaşayış evi tam, A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi onun mülkiyyətində olduğundan və evin hansı hissəsinin onun mülkiyyətinə düşdüyü müəyyən edilmədiyindən fərdi yaşayış evini təmir etdirə bilmir. Belə ki, onlar mülkiyyətlərində olan fərdi yaşayış evində paylı mülkiyyətçilər arasında müəyyən problemlər yaradır. Belə olan şəraitdə yuxarıda qeyd edilən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən onun payının müəyyənləşdirilməsi və real olaraq naturada ayrılması zərurəti yaranmışdır. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, əmlakın bölünməsinə etiraz etmir. Qardaşlar arasında mübahisə olmamasını, barışıq olmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinə ertiraz edərək bildirmişdir ki, mübahisəli evi və torpaq sahəsini mərhum atası, sağlığında özü bölmüşdür. Həmin bölgü əsasında, faktiki yaşanan formada da qalmasını istəyir. Atasının bölgüsü əsasında iddiaçının divar çəkməsinə etiraz etmir. İddiaçı onun evini istəyir. Lakin o, buna razı deyil. Hesab edir ki, verilmiş çıxarış saxtadır. İş materiallarına əlavə edilmiş 02 noyabr 2011-ci il tarixli, 5977 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şəki şəhəri, Məmməd Quluyev küçəsi, ev 3A, yeni qaydalarla Şəki şəhəri, Məmməd Quluyev küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evində B yaşayış evi tam, A yaşayış evinin və torpaq sahəsinin 1/3 hissəsi İddiaçı, A yaşayış evinin və torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh1 və A yaşayış evinin və torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh2 paylı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 10 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, Məmməd Quluyev küçəsi, ev 3A, yeni qaydalarla Şəki şəhəri, Məmməd Quluyev küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evində B yaşayış evi tam, A yaşayış evinin və torpaq sahəsinin 1/3 hissəsi İddiaçı, A yaşayış evinin və torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh1 və A yaşayış evinin və torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh2 paylı mülkiyyətindədir. İş üzrə qanuni və ədalətli qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(075)-1610/2022 saylı qərardadına əsasən məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 10/5532 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənləri nəzərə alaraq Şəki şəhəri,Məmməd Quliyev küçəsi, ev 3A (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış və torpaq sahəsindən İddiaçı aid B yaşayış evinin tam, A yaşayış evinin 1/3 hissə və həmin evin yerləşdiyi 0.1368 ha torpaq sahəsindən 1/3 hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantları rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri, Məmməd Quluyev küçəsi, ev 3A, yeni qaydalarla Şəki şəhəri, Məmməd Quluyev küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evində yerləşən B yaşayış evi tam, A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi onun, A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh1 və A yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh2 paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə mülkiyyət hüquqları 10 dekabr 2021-ci il tarixdə qeydiyyata alınaraq onlara ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və **********37- 10301 reyestr nömrəli texniki pasport verilmişdir. İddiaçı həmin evdən ona düşən payın müəyyən edilməsi və ayrılaraq ona verilməsi barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin hər biri müstəqil mülkiyyətçidir və hər birinin payı məlumdur, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213 və 214-cü maddələrinə əsasən onlar hər biri paylı mülkiyyətçidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə, paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı, tərəflərin paylı mülkiyyətində olan Şəki şəhəri, Məmməd Quluyev küçəsi, ev 3A, yeni qaydalarla Şəki şəhəri, Məmməd Quluyev küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin və həmin ünvandakı mülkiyyətində olan torpaq sahəsinin naturada ayrılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən və işin digər materiallarından da göründüyü kimi olan Şəki şəhəri, Məmməd Quluyev küçəsi, ev 3A, yeni qaydalarla Şəki şəhəri, Məmməd Quluyev küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin və həmin ünvandakı mülkiyyətində olan torpaq sahəsinin naturada ayrılması mümkündür. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. Odur ki, məhkəmə ekspert rəyinə hüquqi qiymət verərək qeyd edir ki, həmin rəy hazırkı real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyləri sübut kimi qəbul edilməlidir. “X3rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, tikinti-texniki ekspertizasının rəyinə uyğun torpaq sahəsinin bölgüsü cavabdehlərin hüquqlarının pozulmasına gətirib çıxarmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Şəki şəhəri, Məmməd Quluyev küçəsi, ev 3A, yeni qaydalarla Şəki şəhəri, Məmməd Quluyev küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evindən və torpaq sahəsindən “B” yaşayış evinin tam, “A” yaşayış evinin 1/3 hissəsi və evin yerləşdiyi 0.1368 ha torpaq sahəsinin 1/3 hissəsi naturada ayrılmalı və iddiaçıya verilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Tələb etmədiyindən ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Şəki şəhəri, Məmməd Quluyev küçəsi, ev 3A, yeni qaydalarla Şəki şəhəri, Məmməd Quluyev küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evindən və torpaq sahəsindən “B” yaşayış evinin tam, “A” yaşayış evinin 1/3 hissəsi və evin yerləşdiyi 0.1368 ha torpaq sahəsinin 1/3 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 10/5532 saylı rəyinə və rəyə əlavə edilmiş bölgü sxeminə əsasən naturada ayrılaraq İddiaçı verilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar