Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-44/2025 22.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı1 və onların etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Böyük Dəhnə kəndində yerləşən 107,7 kvm sahəsi olan evin və 0,3244 ha torpaq sahəsinin 7\63 hissənin İddiaçı1, torpaq sahəsini 7\63 hissəsinin İddiaçı3 torpaq sahəsinin7\63 hissəsini İddiaçı4 evin 10\14, və həyətyanı 10\63 hisəsi İddiaçı2 Habil qızına bölünüb verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi 06 fevral 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası bu günə, yəni 22 yanvar 2025-ci il tarixə, saat 09:20-ə təyin edilmişdir. Lakin 22 yanvar 2025-ci il tarixdə İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 məhkəməyə elektron qaydada ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 qaytarılsın. İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-44/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-44/2025
22.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver