Məhkəmə qərarları › İş №e-2(075)-458/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-458/2022

13.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-458/2022 13.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, ərizəçi İddiaçı Ferhad oğlunun, maraqlı şəxs Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakları ilə Ərizəçi İddiaçı Ferhad oğlunun iştirakı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı Ferhad oğlu ərizə ilə məhkəməyə müraciət edərək, 1968-ci il tarixdə ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs xx xxxxx 1968-ci il təvəllüdlü Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi İddiaçı Ferhadqızı ərizəsində tələbini belə əsaslandırmışdır ki, o Şəki şəhəri, Q.Mustafayev küçəsi, ev 35 ünvanında yaşayır Cavabdeh onun bacısıdır. O, uzun müddətdir ki, xəstədir. Hazırda psixi qüsurlu olduğuna görə bacısı öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilimir. O, ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyil. Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin və bundan sonra o özü bacısının qəyyumu təyin edilsin. Şəki şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli məktuba əsasən ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı Ferhad oğlu izahat verərək göstərdi ki, Cavabdeh onun bacısıdır. Bacısı anadan gəlmə əlildir və özünü idarə edə bilmir. Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin onu məhkəməyə yönəltmişlər. Ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 ərizəyə etirazının olmadığını bildirərək ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdı. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli, 1043 nömrəli rəydən görünür ki, Cavabdeh Orta dərəcəli əqli gerilik, davranış pozuntusu müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəliklərlə ağırlaşması, anasının xalasıqızının psixi xəstəlikdən əziyyət çəkməsi, yoxlanılan şəxs doğuş travması ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqi qüsurlu olmaqla kasad olması, "Yüngül dərəcəli əqli gerilik" diaqnozu ilə xx.xx.1981 -ci il tarixdə Şəki Rayon Psixiatriya Xəstəxanasında dispanser müşahidədə olması, “Oliqofreniya, orta dərəcəli debillik səviyyəsi, emosional pozuntularla" diaqnozu ilə uşaqlıqdan İİ qrup əlil olması, həmçinin əqli inkişafdan geri qalması, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, əsəbiliyi, fizioloji ifrazatları ilə natəmiz olması, davranış pozuntularının biruzə verməsi, evdə yersiz hərəkətlərə yol verməsi, hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: orta dərəcəli əqli gerilik əlamətlərinin müəyyən edilməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. Cavabdeh öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də Cavabdeh tam faaliyyət qabiliyyati olmayan şəxs kimi hesab edilməlidir. Cavabdeh onda müəyyən edilən Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi Cavabdeh öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. Cavabdeh fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinində müvafiq rəyi vardır. Ərizəçi İddiaçı Ferhad oğlu Cavabdeh psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx xxxxx 1968-ci il tarixdə ünvan 3 ünvanında pasport qeydiyyatında olan Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı Ferhadqızı dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx xxxxx 1968-ci il tarixdə ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar