Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-497/2025 01.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla “qulluq etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla, ərizə ilə məhkəməyə müraciət edərək, 21 iyun 2011ci il tarixindən 01 aprel 2019-cu il tarixinədək mərhum əri X3 qulluq etmə faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir Sonuncunun 26 iyul 2024-cü il tarixli məktubu ilə ona bildirilmişdir ki, Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixindək pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən olunmuşdur. Qanunun 8.1-ci maddəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş tələblərinə əsasən valideyinlərini itirmiş və ya valideyin himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu ilin yanvar ayının 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvar ayının 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti dövləri, xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək əlilliyi olan övladı X4, eyni zamanda digər övladı (ümumilikdə 6 il) və mərkəzləşdirilmiş elektron informasiya sisteminin sosial ödənişlər alt sistemində olan məlumatlara əsasən mərhum əri X3 xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək qulluq etdiyi dövrlər də nəzərə alınmaqla sığorta stajı 22 il 4 ay 16 gün təşkil edir. Qeyd olunanlara və MEİS-in pensiya alt sistemində olan məlumatlara əsasən bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı və qanunla tələb olunan 25 il sığorta stajı olmadığı üçün uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilik baxımından mümkün hesab olunmur. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funskiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə qulluq edilməsi müddəti sosial sığorta stajına daxil olunur.) Təkrar müraciətlə bağlı qeyd edilmişdir ki, əriniz Əli Şıxıyev vəfat etdiyi üçün ona qulluq etdyiniz illəri (xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək) təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Fondun 2 saylı Şəki –Zaqatala regional filialına təqdim etməklə təkrar müraciət əsasında uşaqlara görə güzşətli şərtlərlə yaşa görə əmək pensiya hüququna qanunuyğun qaydada baxılacaqdır. Tərəfindən təqdim edilmiş sənədlərə düzgün hüquqi qiymət verilməmiş və heç bir araşdırma aparılmadan ona imtina verilmişdir. Nəticədə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı maraqlı şəxs qismində Azərbaycan Ruspublikasımn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair e-2(075)-497/2025 nömrəli mülki iş vardır. Ərizəçi xx.xx.1963-cü il təvəllüdlü İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək mərhum əri X3 qulluq etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla da ərizəçi qulluq faktının təsdiq edilməsi ilə həmin dövrün sosial sığorta stajına daxil edilməsinə nail olmaq niyyətindədir. Hesab edirlər ki, e-2(075)-497/2025 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Etirazın hüquqi əsası kimi “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Rerspublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 1.2, 1.3, 1.4, 1.6, 14 bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 npyabr 1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 10-cu bəndinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 1996-cı il 11 dekabr tarixli 10-7 nömrəli qərarıilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə dair bəzi məsələlər haqqında 4-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 202-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, bir növdən başqa növə keçirlməsi və ödənilməsi Qaydası”nın 4.1.6-cı bəndinə istinad edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X8 etirazı müdafiə edərək təmin iddia tələbinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İş materialarında olan: - Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-410/2021 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1rşı iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2013-cü il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməklə müraciətindən əvvəlki 3 (üç) il üçün, yəni xx.xx.2017-ci il tarixdən ödənilmiş sosial müavinətlə ödənilməmiş əmək pensiyası arasındakı fərqin hesablanıb ödənilməsi öhdəliyi qoyulmuşdur. - 02 iyul 2022-ci il tarixli AZ-İİ № 287561 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 19 iyun 2022-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət və Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixdə ərizəçiyə ünvanlanan məktubunda qeyd edilmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-410/2021 nömrəli qərarına əsasən xx.xx.2017-ci il tarixdən 26 il 26 gün sığorta stajı əsasında 143,02 manat məbləğində İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2003-cü il tarixdən əlilliyə görə təyin olunmuş müavinətin ödənişi xx.xx.2021-ci il tarixdə dayandırıldığı üçün ödənilmiş sosial müavinət nəzərə alınmaqla Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövr üzrə (xx.xx.2017-ci il tarixindən) hesablanmış əlilliyə görə əmək pensiyasının fərq məbləği cari yaşa görə sosial müavinətinizin üzərinə əlavə edilməklə növbəti aylarda ödəniləcəkdir. - Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət və Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixdə ərizəçiyə ünvanlanan məktubda qeyd edilmişdir ki, “Sosial ödənişlər” alt sistemində olan məlumatlara əsasən mərhum əriniz X5 xx.xx.2019-cu il tarixindən 19.06.202-ci il tarixinədək qulluq etdiyi dövrlər də nəzərə alınmaqla sığorta stajı 22 il 4 ay 16 gün təşkil edir. xx.xx.2021-ci il tarixdən sağlamlıq imkanları məhdud uşağını 8 yaşına kimi tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilib, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. - Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, xx.xx.1957-ci il təvllüdlü X3 xx.xx.2015-ci il tarixdən ümumi xəstəlik üzrə birinci dərəcəli əlillik verilmişdir. - Şəki Şəhər İcra Hakimiyyəti “Fətəli” məhəllə nümayəndəsi, ƏƏSMN tabeliyində DSMF-nin 13 saylı Regional Ərazi Filialının Pensiya təminatı şöbəsinin müdiri, ünvan 2 ünvanlarında yaşayan sakinlər tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yaşayan X6 həqiqətən xx.xx.1990-cı il təvəllüdlü doğma oğlu X4 həqiqətən xx.xx.1993-cü il tarixdən 18 yaşı tamam olduğu 03.03.208-ci il tarixədək sağlamlıq imkanları məhdud olduğu üçün bir mənzildə yaşayaraq qulluq etmiş, qayğısına qalmış, bütün ehtiyaclarını ödəmişdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, ərizəçi hazırkı iddianın verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: “Əməkpensiyalarıhaqqında”Azərbaycan Respublikasının Qanunu: 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası: 4.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:
1. patronajın təyin edilməsi barədə qərara əsasən;
2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: 13.4-cü bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
Mülki Prosessual Məcəllənin: 307.2.11. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, ərizəçinin mərhum həyat yoldaşı X10 19.06.202-ci il tarixdə vəfat etmişdir. Ərizəçi, tələbini belə əsaslandırır ki, o, xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək mərhum həyat yoldaşı X3 qulluq etdiyindən həmin dövr onun əmək stajına daxil edilməlidir. Bunun üçün hazırkı tələbin təmin edilməsini xahiş edir. Maraqlı şəxs isə tələbə etiraz edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da, məlum olur ki, ərizəçi İddiaçı mərhum həyat yoldaşı X3 xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qulluq etməsi öz təsdiqini tapmamışdır. İş materiallarına qulluq etmə ilə bağlı yalnız xx.xx.2021-ci il tarixli akt təqdim edilmiş, həmin aktda isə ərizəçinin sağlamlıq imkanları məhdud oğlu X4 qulluq etməsi ilə bağlı təqtib edilmişdir. Başqa hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla “qulluq etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə hissəsi:
Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmaqla “qulluq etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev