Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-513/2025 23.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs) Maraqlı şəxs1 iştirakları ilə, İddiaçı cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 iyun 1994-cü il tarixdə ölmüş mərhum atası X18 oğlundan miras qalmış Şəki şəhəri Məmmədiyə Süleymanoğlu ünvanında yerləşən 0.04 ha torpaq sahəsi üzrə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum atası X18 oğlu xx.xx.1994-cüil tarixdə, mərhum anası X4 isə xx.xx.2014-cü il tarixlərdə ölmüşlər. Belə ki, mərhum X3 adına xüsusi mülkiyət növündə Şəki şəhəri Məmmədiyə Süleymanoğlu ünvanında 0.04 ha torpaq sahəsi olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki ərazi idarəsi tərəfindən Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyesrtindən qeydiyyat nömrəsi ********** olan qeydiyyat tarixi 05.112024cü il olan arayış verilmişdir. Bundan əlavə, qeyd edilən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki ərazi idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X16 İslam oğlunun adına torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanıb verilmişdir. X2 aşağıdakı vərəsələri olmuşdur: 1. Arvadı - X4 2. Oğlu - İddiaçı 3. Qızı - X9 4. Qızı - X10. İddiaçı oğlu məhrum atası X6 miras qalmış əmlakı yəni, Şəki şəhəri Məmmədiyə Süleymanoğlu ünvanında yerləşən 0.04 ha torpaq sahəsini faktiki olaraq qəbul etmişdir. Bundan əlavə, İddiaçı oğlundan əlavə bütün vərəsələr demək olar ki, mirası faktiki qəbul etmişlər. Bundan sonra məhrum atası X6 miras qalmış əmlakdan özünə düşən miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Şəki regional Asan Xidmət mərkəzində notariat ofisinə müraciət edilmiş və Şəki regional Asan Xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli X-4036 nömrəli qərarı ilə notariat hərkətinin aparılmasından imtina edilmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, İddiaçı oğlu mirasın açıldığı andan nə ərizə, nə də faktiki olaraq mirası qəbul etməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhz buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Miras əmlakı nəzarətində olduğu üçün, faktiki olaraq mirası qəbul etmişdir. Buna görə də ona mirasda pay verilməlidir. Belə ki, Şəki şəhəri Damarçın məhəllə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 441 nömrəli arayışında qeyd edilmişdir ki, X16 İslam oğlu xx.xx.1994-cü il tarixdə vəfat etmiş və onun dörd vərəsəsi olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, mərhum atası X18 oğlu xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. X3 adına xüsusi mülkiyət növündə Şəki şəhəri Məmmədiyə Süleymanoğlu ünvanında 0.04 ha torpaq sahəsi olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki ərazi idarəsi tərəfindən Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyesrtindən qeydiyyat nömrəsi ********** olan qeydiyyat tarixi 05.112024-cü il olan arayış verilmişdir. Məhrum atası X6 miras qalmış əmlakı yəni, Şəki şəhəri Məmmədiyə Süleymanoğlu ünvanında yerləşən 0.04 ha torpaq sahəsini faktiki olaraq qəbul etmişdir. X6 miras qalmış əmlakdan özünə düşən miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Şəki regional Asan Xidmət mərkəzində notariat ofisinə müraciət edilmiş və Şəki regional Asan Xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli X-4036 nömrəli qərarı ilə notariat hərkətinin aparılmasından imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs) Maraqlı şəxs1 izahat verərək bildirdi ki, atasından miras qalan əmlakı qəbul etmək niyyəti yoxdur. Gələcəkdə də həmin əmlakı tələb etmək niyyəti və tələbi olmayacaqdır. Bu səbəbdən də atasından miras qalmış əmlakdan qardaşına tam payda miras payının müəyyən edilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasına gələ bilməyəcəklərini və məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılamsını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” ********** nömrəli arayışın surətindən görünür ki, Şəki şəhəri Məmmədiyə Süleymanoğlu ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin tam pay hissədə X8 mülkiyyətindədir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında xx.xx.2024-cü il tarixli X-4036 nömrəli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətinin aparılmasına imtina edilmişdir Şəki şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 399 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 il tarixdə vəfat etmişdir. Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Şəki şəhərində vəfat etmişdir. Şəki şəhəri “Damarçın” məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X11 həqiqətən Şəki şəhəri M.Süleymanoğlu küçəsi 23 saylı evdə yaşamış, xx.xx.1994cü il tarixdə vəfat etmişdir. Ailə üzvləri X1, oğlu İddiaçı, qızı X9 və qızı X5 ibarətdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Məhkəmənin mövqeyi; Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı atası X13 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Şəki şəhəri Məmmədiyə Süleymanoğlu ünvanında yerləşən 0.04 ha torpaq sahəsi X6 miras qalmışdır. Məhkəmə iclasında da digər vərəsələrdən Maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs) Maraqlı şəxs1 da izahat verərək, atası X6 qalan bütün əmlaklardan onlara düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində olmadığını bildirmişdir. Göstərilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı X2 ölümündən sonra miras əmlaka yiyələnməsi işin mübahisəsiz halı olduğundan o, mirası faktiki olaraq qəbul etmiş sayılır. İşin bu halları onu deməyə əsas verir ki, miras qoyan X13 öldükdən sonra İddiaçı miras qalmış əmlakı faktiki surətdə yiyələndiyindən, o mirası qəbul etmiş sayılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X6 miras qalmış Şəki şəhəri Məmmədiyə Süleymanoğlu ünvanında yerləşən 0.04 ha torpaq sahəsindən İddiaçı tam hissədə payı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X6 miras qalmış Şəki şəhəri Məmmədiyə Süleymanoğlu ünvanında yerləşən 0.04 ha torpaq sahəsindən İddiaçı tam hissədə payı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-513/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-513/2025
23.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver